Döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Genişmiqyaslı təlimlərin planına əsasən təlimlərdə iştirak edən döyüş aviasiya vasitələrinin yerdəyişməsi həyata keçirilib. "Həyəcan" siqnalı ilə qaldırılan döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına çıxarılıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hava hücumundan müdafiə vasitələrinin ərazidə yerləşdirilməsi başa çatdırılıb.