Təlimlərdə gecə vaxtı döyüş atışları keçirilib VİDEO
Bakı, 5 iyul, AZƏRTAC
Genişmiqyaslı təlimlərin gecə vaxtı döyüş atışlı mərhələsi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələdə qoşunlar şərti düşmənin bütün hədəflərini məhv edərək tapşırıqları uğurla yerinə yetiriblər.
Gecə vaxtı və məhdud görmə şəraitində keçirilən təlimlərə qatılan motoatıcı, tank, raket-artilleriya, zenit-raket bölmələri, eləcə də aviasiya vasitələri döyüş atışlarını dəqiq və peşəkarlıqla icra ediblər.