İranın hərbi gəmiləri Bakıya gəlib VİDEO
Bakı, 25 iyul, AZƏRTAC
İran Hərbi Dəniz Qüvvələrinin “Peykan” və “Cövşən” raket katerləri Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək “Dəniz Kuboku - 2018” beynəlxalq yarışlarında iştirak etmək məqsədilə iyulun 25-də Bakıya gəliblər.
Bu barədə AZƏRTAC-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.