Azərbaycan Dövlət İnformasiya Agentliyi

Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb VİDEO

Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb VİDEO

Bakı, 27 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb. AZƏRTAC məlumatı təqdim edir.

2018-ci ildə qlobal və regional güclər arasında artan ixtilaflar beynəlxalq münasibətlər sistemində davam edən gərginliyi, o cümlədən dövlətlərin suverenliyi və daxili işlərinə müdaxilələri, beynəlxalq hüququn norma və prinsiplərinə ikili yanaşmanı, həmçinin silahlı münaqişələr, etnik qarşıdurmalar, birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və humanitar böhran vəziyyətini daha da kəskinləşdirib.

Yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində daxili sabitlik və inkişafını təmin etmək, iqtisadiyyatını müsbət artım dinamikasına kökləmək və irimiqyaslı layihələr həyata keçirməklə beynəlxalq səviyyədəki nüfuz və rəğbətini daha da möhkəmləndirməyə müvəffəq olub.

Cari ildə Azərbaycan Respublikasının xarici siyasəti qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında iki və çoxtərəfli münasibətlərin inkişafı, təhlükəsizliyin, iqtisadi və sosial rifahın dayanıqlılığının təmin edilməsi və mədəni təşəbbüslərin artırılması istiqamətlərinə yönəlib. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 may tarixli “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına uyğun olaraq xarici siyasətimizdə Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünün qeyd edildiyi cari ildə milli istiqlaliyyət və dövlətçilik dəyərlərimizin beynəlxalq müstəvidə geniş təşviq olunmasına xüsusi diqqət ayrılıb.

Xalqın iradəsinə əsaslanan ölkədəki sabit ictimai-siyasi vəziyyət, sosial-iqtisadi sahələrdə aparılan səmərəli islahatlar və quruculuq işləri, habelə uğurla davam etdirilən müstəqil və çoxşaxəli xarici siyasət kursu Azərbaycanı Cənubi Qafqaz regionunun aparıcı və ən inkişaf etmiş ölkəsi olaraq qalmasını təmin edib.

Dövlətimizin başçısı tərəfindən 2018-ci ildə çoxsaylı rəsmi və işgüzar səfərlər həyata keçirilib, o cümlədən Azərbaycan Respublikası Prezidentinin Türkiyə, Rusiya, Böyük Britaniya, Fransa, Belçika, Xorvatiya, İsveçrə, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistana səfərləri reallaşdırılıb. Eyni zamanda, Türkiyə, Rusiya, İran, İtaliya, Serbiya, Monqolustan, Benin, Tacikistan, Əfqanıstan, Moldova, Makedoniya və Albaniyanın prezidentləri, həmçinin Almaniyanın federal kansleri ölkəmizə rəsmi və işgüzar səfərlər ediblər.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliya və Fransaya rəsmi və işgüzar səfərləri baş tutub.

Cari il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədləri çərçivəsində həll olunması istiqamətində diplomatik səylərimiz davam etdirilib.

Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan baş naziri arasında MDB-nin Düşənbə və Sankt-Peterburq zirvə görüşləri çərçivəsində söhbətlər baş tutub və Azərbaycan Respublikasının xarici işlər naziri ilə ermənistanlı həmkarı arasında son altı ay ərzində 3 görüş keçirilib. Cari il dekabrın 6-da ATƏT-in Milanda keçirilmiş Nazirlər Görüşü çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin nümayəndə heyətlərinin rəhbərləri, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin birgə bəyanatı qəbul olunub. Bəyanatda münaqişənin sülh yolu ilə ədalətli və davamlı həlli üzrə danışıqların davam etdirilməsinin razılaşdırıldığı qeyd olunur. Burada, həmçinin iki ölkənin rəhbərləri səviyyəsində Düşənbədə əldə edilən razılaşmaya riayət olunması və hər iki ölkə əhalisinin sülhə hazırlanması üçün konkret addımların atılması çağırışı əksini tapır. Vacib məqamlardan digəri isə birgə bəyanatda münaqişənin ədalətli və davamlı həllinin təşviq edilməsi üçün yaxın gələcəkdə Azərbaycan və Ermənistan rəhbərliyi səviyyəsində intensiv nəticəyə yönəlik danışıqların keçirilməsi fikrinin əks olunmasıdır. Bu yanaşma ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən tam dəstəklənir.

Bu il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir sıra beynəlxalq təşkilatlar tərəfindən maraqlarımıza cavab verən aşağıdakı önəmli sənədlərin qəbul edilməsinə nail olunub.

2018-ci il aprelin 3-6-da 117 ölkə və 16 beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmilərinin iştirakı ilə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Aralıq Nazirlər Konfransının yekun sənədinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipi əsasında həll edilməsinin vacibliyini vurğulayan bənd daxil edilib.

2018-ci il aprelin 16-17-də Düşənbə şəhərində keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurası iclasının yekun sənədinə Ermənistan-Azərbaycan münaqişəsinin regional iqtisadi əməkdaşlığa maneə törətdiyi və münaqişənin tezliklə dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət prinsipləri əsasında həllinin vacibliyinə dair bənd daxil edilib.

2018-ci il mayın 5-6-da Banqladeş Xalq Respublikasının Dəkkə şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 45-ci sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğal olunmuş ərazilərimizdə dini-mədəni irsin dağıdılmasına dair qətnamələr qəbul edilib.

İƏT Xarici İşlər Nazirləri Şurasının iclasında “1992-ci il Xocalı qırğınının qurbanları ilə həmrəylik” adlı qətnamə də qəbul olunub. Qətnamədə Azərbaycanın Xocalı şəhərində və digər işğal edilmiş ərazilərində Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə və hərbi şəxslərə qarşı törədilmiş kütləvi vəhşiliklər qəti şəkildə pislənilir və üzv dövlətlər münaqişə dövründə Azərbaycanın Xocalı şəhəri və işğal edilmiş digər ərazilərində törədilmiş cinayətlərin müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımı kimi yerli və beynəlxalq səviyyədə tanınması istiqamətində lazımi səy göstərməyə səslənib.

2018-ci ilin iyul ayında Avropa İttifaqı ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri” sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığı ilə bağlı Avropa İttifaqından Azərbaycana önəmli dəstək ifadə olunub. Bununla yanaşı, 2018-ci il dekabrın 12-də Avropa Parlamentinin qəbul etdiyi “Vahid Xarici və Təhlükəsizlik Siyasətin həyata keçirilməsi üzrə illik plan” adlı qətnamədə Avropa İttifaqının Şərq Tərəfdaşlığı ölkələri, o cümlədən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsi bir daha təsdiqlənib.

Eyni zamanda, 2018-ci il iyulun 11-12-də Brüsseldə keçirilmiş NATO Zirvə görüşünün yekun bəyannaməsində Alyans üzvləri Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə davamlı dəstək ifadə edib və regiondakı mövcud münaqişələrin məhz bu prinsiplər əsasında həll olunmasına çıxış ediblər.

2018-ci il oktyabrın 5-də keçirilmiş Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat - GUAM dövlətlərinin hökumət başçılarının iclasında qəbul edilmiş Birgə Bəyanatda Ermənistan-Azərbaycan münaqişəsi və GUAM üzv ölkələri ərazisində həllini tapmamış digər münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyi vurğulanıb və bu münaqişələrin beynəlxalq sülhə, təhlükəsizliyə və sabitliyə təhlükə təşkil etdiyini nəzərə alınaraq, onların yuxarıda göstərilən prinsiplər əsasında tezliklə həlli məqsədilə beynəlxalq ictimaiyyətə səylərin artırılması üçün çağırış edilib.

2018-ci ildə dövlətimizin dayanaqlı inkişafını təmin etmək məqsədi ilə beynəlxalq, regional və ikitərəfli formatda məqsədyönlü xarici siyasət fəaliyyəti davam etdirilib. Ölkə iqtisadiyyatının potensialının xaricdə təbliğ olunması, ixracının təşviqi və genişləndirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin rəqabət qabiliyyətinin artırılması, həmçinin xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi aparılan xarici iqtisadi əməkdaşlığın əsas istiqamətlərini təşkil edib.

Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində əldə edilən iqtisadi uğurlarımız mötəbər beynəlxalq iqtisadi qurumlar tərəfindən də yüksək qiymətləndirilib. Belə ki, dünyanın ən nüfuzlu iqtisadi forumu olan Davos İqtisadi Forumunun qiymətləndirməsinə əsasən ölkəmiz rəqabətqabiliyyətliliyə görə dünya miqyasında 35-ci yerdə qərarlaşıb.

İkitərəfli ticari-iqtisadi əlaqələrin inkişafı məqsədilə Misir, İordaniya, İran, Avstriya, Mərakeş, İsrail, Vyetnam, Hindistan, Qazaxıstan, Bolqarıstan, Belarus, Serbiya, Rumıniya, Rusiya və Sankt-Peterburq hökumətləri daxil olmaqla, 15 Hökumətlərarası komissiyaların iclasları, həmçinin Azərbaycan ilə Pakistan arasında ticarət sahəsində əməkdaşlıq üzrə birgə İşçi Qrupunun ilk görüşü, eyni zamanda, Çin, İran, Avstriya, Pakistan, İsveçrə, İtaliya, Estoniya, Çexiya, Serbiya ilə biznes forumlar keçirilib. Çin, Polşa, Ukrayna və Latviyada Azərbaycanın Ticarət evləri fəaliyyətə başlayıb.

2018-ci il ərzində Azərbaycan Respublikası insan hüquqları, demokratiya, qanunun aliliyi və yaxşı idarəçiliyin təşviqi sahəsində beynəlxalq və regional təşkilatlarla səmərəli fəaliyyətini davam etdirib. 2018-ci il martın 22-də BMT İnsan Hüquqları Şurasının 37-ci sessiyası çərçivəsində ölkəmiz tərəfindən irəli sürülmüş “Dövlət xidmətlərinin səmərəli, şəffaf və məsuliyyətli çatdırılması vasitəsilə insan hüquqları və Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib. 2018-ci il aprelin 25-də Avropa Şurası Parlament Assambleyasında qəbul olunmuş “Avropada məcburi köçkünlərin humanitar ehtiyacları və hüquqları” adlı qətnamədə işğal edilmiş ərazilərin əhalisinin başqa yerə köçürülməsi və işğalçı qüvvə tərəfindən bu ərazilərə digər əhalinin yerləşdirilməsi müharibə cinayəti kimi qeyd olunub. 2018-ci il dekabrın 17-də BMT Baş Assambleyasında Azərbaycan tərəfindən irəli sürülmüş və əsas məqsədi silahlı münaqişələr şəraitində itkin düşmüş şəxslərin probleminə diqqətin daha da artırılmasından ibarət “İtkin düşmüş şəxslər” adlı qətnamə yekdilliklə qəbul edilib.

Demokratiya, insan hüquqları və qanunun aliliyi sahələrində beynəlxalq təsisatlarla aparılan səmərəli əməkdaşlıqla yanaşı, cari ildə mədəniyyətlərarası dialoqun təşviq edilməsinə də böyük önəm verilib.

2018-ci il 26 noyabr-1 dekabr tarixlərində keçirilmiş UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclasında Azərbaycan tərəfinin təqdim etdiyi “Çövkən-ənənəvi Qarabağ atüstü oyunu” ilə bağlı milli hesabat qəbul olunub, həmçinin “Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” adlı nominasiya Qorunmaya Ehtiyacı olan UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

İl ərzində beynəlxalq təsisatların seçkili vəzifələrinə ölkəmizdən irəli sürülən namizədliklərin müvəffəqiyyətlə irəliləməsi Azərbaycanın ikitərəfli və çoxtərəfli beynəlxalq münasibətlər müstəvisində apardığı uğurlu siyasətinin bariz nümunəsini təşkil edib.

2018-ci il iyunun 4-6-da UNESCO-nun baş qərargahında keçirilmiş təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyasında Azərbaycan adıçəkilən Komitəyə üzv seçilib.

2018-ci il iyunun 7-də Nyu-York şəhərində keçirilmiş BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Konvensiyasına tərəf dövlətlərin iclasında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin rəsmisi BMT-nin qadınlara qarşı ayrı-seçkiliyin aradan qaldırılması üzrə Komitəsinin üzvlüyünə seçilib.

2018-ci il sentyabrın 17-21-də Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Konfransının 62-ci sessiyasında ölkəmiz AEBA-nın Müdirlər Şurasının 2018-2020-ci illər üzrə üzvü seçilib.

2018-ci ilin 26 oktyabr-17 noyabr tarixlərində keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) konfransında Azərbaycan 2019-2022-ci illər müddətinə BTİ Şurasına yenidən üzv seçilib, həmçinin ölkəmizin təmsilçisi həmin müddət üzrə təşkilatın Radio Tənzimləmə Komitəsinə üzv seçilib.

2018-ci ildə VI Bakı Beynəlxalq Humanitar Forumu, VI Qlobal Bakı Forumu, Qoşulmama Hərəkatının Xarici İşlər Nazirləri Konfransı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının iclası, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Nazirlər toplantısı, Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi, Formula 1 Azərbaycan Qran-Pri yarışları, XXV Beynəlxalq Xəzər Neft və Qaz-2018 sərgisi, ADEX-2018 III Beynəlxalq Müdafiə Sərgisi və digər mötəbər beynəlxalq tədbirlərin Azərbaycanda yüksək səviyyədə keçirilməsi ölkəmizin artan beynəlxalq nüfuzunun, ona bəslənilən yüksək etimadın, həmçinin zəngin təcrübə və bacarıqlarının göstəricisini təşkil edib.

Cari ildə qonşu və region ölkələri ilə qarşılıqlı hörmət və etimad əsasında siyasi, iqtisadi və humanitar sahələrdə tərəfdaşlıq münasibətləri inkişaf etdirilib. Müxtəlif regional əməkdaşlıq formatları çərçivəsində öz təşəbbüskarlığı ilə seçilən Azərbaycan Respublikası ilk dəfə olaraq dövlət başçıları səviyyəsində keçirilmiş Azərbaycan-Rusiya regionlararası forum və Azərbaycan-İran biznes forumu, həmçinin Azərbaycan, Gürcüstan, İran və Türkiyənin xarici işlər nazirlərinin birinci dördtərəfli görüşünə ev sahibliyi edib, eyni zamanda, “Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası” və xarici işlər nazirləri səviyyəsində baş tutmuş Azərbaycan-Türkiyə-Gürcüstan və Azərbaycan-Türkiyə-İran üçtərəfli toplantılarında fəal iştirak edib.

2018-ci il avqustun 12-də Xəzər dənizinin hüquqi statusuna dair aparılan uzunmüddətli danışıqların nəticəsi olaraq, Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının V Zirvə Toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” və Xəzər dənizində əməkdaşlığı təşviq edən digər saziş və protokollar imzalanıb.

Cari il fevralın 21-22-də keçirilmiş Azərbaycan-Rusiya Birgə demarkasiya komissiyasının iclası çərçivəsində ilk dəfə olaraq Azərbaycanın demarkasiya sərhəd nişanı Azərbaycan-Rusiya dövlət sərhədinin 49 nömrəli delimitasiya nöqtəsi sahəsində Samur çayının sahilində Qusar rayonu ərazisində quraşdırılıb.

Dövlətimizin xarici siyasət kursunun vacib istiqamətlərindən biri kimi xarici ölkələrdə yaşayan Azərbaycan Respublikasının vətəndaşı olan soydaşlarımızın hüquqlarının müdafiəsi sahəsində konsulluq-hüquqi yardım əməliyyatları uğurla davam etdirilib. İraqın Bağdad şəhərində uşaq evində saxlanılan, xüsusi qayğıya ehtiyacı olan və Azərbaycan vətəndaşı olan kimsəsiz uşaqlara hüquqi yardım göstərilərək, həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində onların Azərbaycana repatriasiyası uğurla baş tutub.

Ölkəmizdə turizmin təşviqi və inkişafı məqsədilə Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi baxımından həyata keçirilmiş tədbirlər nəticəsində bir sıra xarici ölkə “ASAN Viza” sistemi vasitəsilə elektron viza verilən ölkələr siyahısına əlavə edilib. Eyni zamanda, 2018-ci ildə Serbiya Respublikası və Makedoniya Respublikası tərəfindən bu ölkələrə səfər etmək istəyən Azərbaycan Respublikası vətəndaşlarına münasibətdə viza tələbi birtərəfli qaydada ləğv edilib.

Cari il ərzində ikitərəfli və çoxtərəfli əsasda qarşılıqlı bir çox rəsmi və işgüzar səfərlər baş tutub. Azərbaycan Respublikasının Baş naziri Fransa və Qazaxıstanda işgüzar səfərdə olub. Öz növbəsində, Türkiyə, Bolqarıstan, Gürcüstan və Slovakiya hökumət başçıları, həmçinin Avstriya Respublikasının vitse-kansleri və Türkmənistanın nazirlər kabinetinin sədr müavini ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçiriblər.

2018-ci ildə Azərbaycan Respublikasının xarici işlər naziri Türkiyə, ABŞ, Çin, Bolqarıstan, Banqladeş, Belarus, Fransa, Meksika, Türkmənistan və İtaliyaya rəsmi və işgüzar səfərlər edib. Eyni zamanda, Türkiyə, İran, Yaponiya, Finlandiya, Macarıstan, Fransa, Serbiya, Bosniya və Herseqovina, Gürcüstan, Türkmənistan, Kosta Rika, Monqolustan, Venesuela, Ekvador, Əfqanıstan, Hindistan, Banqladeş, Nepal, Şri-Lanka, Koreya Xalq Demokratik Respublikası, Sent Vinsent və Qrenadin, Müqəddəs Taxt-Tac və San Marinonun xarici işlər nazirləri, Kubanın xarici işlər nazirinin müavini, həmçinin ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi və Böyük Britaniya Baş nazirinin ticarət elçisi ölkəmizə rəsmi və işgüzar səfərlər həyata keçiriblər.

Bununla yanaşı, il ərzində Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Cəmiyyətləri Federasiyasının baş katibi, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru, Beynəlxalq Əmək Təşkilatının baş direktoru, Ümumdünya Meteorologiya Təşkilatının baş katibi, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının baş katibi, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi, NATO baş katibinin müavini, UNESCO baş direktorunun müavini, Beynəlxalq Miqrasiya Təşkilatının baş direktorunun müavini, Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri - humanitar məsələləri üzrə BMT baş katibinin nümayəndəsi, Fəlakət Risklərinin Azaldılması üzrə BMT Ofisinin (UNISDR) Avropa regional ofisinin rəhbəri Azərbaycana səfər ediblər.

Cari ildə Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (Azerbaijan International Development Agency /AIDA) tərəfindən aparılmış birgə fəaliyyət nəticəsində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiasiyası” ictimai birliyi təsis edilib. Assosiasiyanın yaradılmasında əsas məqsəd Azərbaycanda təhsil almış əcnəbi vətəndaşların bir araya gətirilməsi, qarşılıqlı əlaqələrin yaradılması və ictimai faydalı məqsədlərə nail olunmasıdır. 2018-ci il oktyabrın 26-da Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəstəyi ilə ADA Universitetində “Azərbaycanın Əcnəbi Məzunlarının Beynəlxalq Assosiyasiyası”nın nümayəndələrinin iştirakı ilə “Gələcəyimizə sərmayə: dayanıqlı və inklüziv inkişafa doğru” mövzusunda təşkil olunmuş dəyirmi masa da vaxtilə Azərbaycanda təhsil almış 25 ölkədən 65 yüksəkvəzifəli əcnəbi məzun iştirak edib.

2018-ci ildə Xarici İşlər Nazirliyi nəzdində fəaliyyət göstərən ADA Universiteti təhsil proqramlarını 8 bakalavr və 4 magistr proqramı vasitəsilə 43 ölkədən olan 2200 əcnəbi tələbə üçün davam etdirib. Xarici İşlər Nazirliyi və ADA Universiteti tərəfindən maliyyələşdirilən Xəzər Hövzəsinin Araşdırılması Proqramı çərçivəsində 38 ölkədən olan əcnəbi diplomatlara təlim keçirilib. Cari ildə ADA Universiteti yeni əməkdaşlıq əlaqələri quraraq, Massaçusets Texnologiya İnstitutu, Vaterlo Universiteti, Venesiyanın Kofoskari Universiteti, Macarıstanın Diplomatik Akademiyası, Latviya Universiteti, Hindistanın Diplomatik Akademiyası, Qazax - Britaniya Texniki Universiteti, Türkmənistanın Diplomatik Akademiyası, Tacikistanın Diplomatik Akademiyası və Rusiyanın Skolkovo İdarəçilik Məktəbi ilə anlaşma memorandumları imzalayıb. Mayın 25-də ADA Universitetində Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümünə həsr olunmuş beynəlxalq konfrans təşkil edilib.

Hesabat ili ərzində Azərbaycan Respublikası ilə Samoa Dövləti, Palau Respublikası, San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik münasibətlər qurulub.

2018-ci ildə Venesuela Bolivar Respublikası və Çili Respublikasının ölkəmizdə diplomatik nümayəndəlikləri, həmçinin San Marino Respublikasının fəxri konsulluğu fəaliyyətə başlayıb.

Eyni zamanda, Avstriyanın Sankt Pölten və Klaqenfurt am Vörterse şəhərlərində Azərbaycanın fəxri konsulluqlarının açılışı baş tutub, Ukraynanın Poltava şəhərində isə yeni fəxri konsulluğumuz işə başlayıb.

2018-ci ildə xarici siyasətdə əldə olunmuş nailiyyətlərimiz milli təcrübə və ənənələr, ölkənin artan maddi-iqtisadi potensialı, eləcə də ölkədaxili sabitliyə əsaslanıb. Öz növbəsində, daxili potensial, milli imkan və qabiliyyətlərin xarici siyasət fəaliyyətinə təkan verməsi münbit qarşılıqlı əlaqəni təmin edib ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev çıxışında qeyd edib: “Bizim uğurlu xarici siyasətimiz bu gün daxili inkişafımıza da müsbət təsir göstərir”.

Növbəti ildə Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının milli maraqlarının beynəlxalq müstəvidə layiqincə qorunması və təmin olunması, həmçinin Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət hədəflərinə nail olunması məqsədilə müstəqil, çevik, praqmatik və çoxşaxəli xarici siyasət fəaliyyətini davam etdirəcəkdir. Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulması, torpaqlarımızın işğaldan azad edilməsi və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtması diplomatiyamızın ən başlıca vəzifəsi olaraq qalacaqdır.

Xarici İşlər Nazirliyi 2018-ci ilin yekunlarına dair məlumat yayıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq