SİYASƏT
AŞPA-da erməni deputat mövzudan kənar çıxış etdiyinə görə mikrofonu söndürülüb VİDEO
Strasburq, 11 aprel, AZƏRTAC
AŞPA-nın yaz sessiyası çərçivəsində Assambleyanın qaydalarında müəyyən müddəaların dəyişdirilməsinə dair müzakirələr zamanı erməni deputat Mikayel Melkumyan yenidən təxribata əl atıb.
AZƏRTAC xəbər verir ki, o, Azərbaycan deputatlarını Dağlıq Qarabağla bağlı yalanlar söyləməkdə ittiham etməyə başlayıb. Ancaq AŞPA-nın prezidenti Lilyan Paskye onu dayandıraraq mövzudan kənara çıxmamağa çağırıb. Erməni nümayəndə qurumun rəhbərinin iradına qulaq asmayıb davam edəndə onun mikrofonu söndürülüb. AŞPA-nın prezidenti mikrofonsuz qışqıraraq danışan erməni deputatı qışqırmamağa, sakitləşməyə çağırıb. Bildirib ki, qışqırmaq lazım deyil, onun söylədiklərinin müzakirə olunan mövzuya heç bir aidiyyəti yoxdur. Lilyan Paskye erməni deputatı qurumun qaydalarına riayət etməyə çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq