Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub YENİLƏNİB VİDEO

Bakı, 12 aprel, AZƏRTAC

Aprelin 12-də Bakıda “Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” adlı kitabın təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, kitabın müəllifi, SOCAR-ın vitse-prezidenti Rəfiqə Hüseynzadə Britaniyanın "Senate Publishing" nəşriyyatı tərəfindən çap olunan əsər barədə ətraflı məlumat verib. Bildirib ki, kitabda Azərbaycan ilə Böyük Britaniyanın münasibətləri, eyni zamanda, Azərbaycanın tarixi, mədəni irsi haqqında məlumat verilir. Qeyd edilir ki, Azərbaycan-Böyük Britaniya münasibətlərinin müasir tarixi öz başlanğıcını keçən əsrin 90-cı illərinin əvvəllərindən götürsə də, qısa müddətdə iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə olunub. 1993-cü ildən başlayaraq münasibətlərimizin yüksələn xətt üzrə inkişafı siyasi, iqtisadi, mədəni, təhsil və idman sahələrində əməkdaşlıqda müsbət çalarlarla öz əksini tapıb. R.Hüseynzadə ölkələrimiz arasındakı münasibətlərin müxtəlif sahələri əhatə etdiyini bildirib. Qeyd edib ki, bu əlaqələrin qurulması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün bu əlaqələr Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir.

Xarici işlər nazirinin müavini Ramiz Həsənov Azərbaycan ilə Böyük Britaniya arasındakı əlaqələrin tarixindən danışıb. Bildirib ki, bu əlaqələrin dərin tarixi kökləri var. Böyük Britaniya Azərbaycanın müstəqilliyini tanıyan ilk Qərb ölkələrindən biri olub. Ulu öndər Heydər Əliyevin 1994-cü ildə Böyük Britaniyaya səfəri ilə iki ölkə arasında münasibətlər daha da dərinləşdi. Bu gün bu münasibətlər Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ölkələrimiz arasında əlaqələrin daha çox enerji sahəsi ilə bağlı olduğunu deyən R.Həsənov bu münasibətlərin digər sahələrdə də inkişaf etdiyini bildirib. Azərbaycan və Böyük Britaniya təhsil sahəsində də uğurlu əməkdaşlıq edirlər. Çoxsaylı azərbaycanlı tələbələr bu ölkədə təhsil alır. Azərbaycan Böyük Britaniyanın Qafqaz və Xəzər regionunda etibarlı tərəfdaşıdır. Azərbaycan və Böyük Britaniya həm ikitərəfli şəkildə, həm də beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq təhlükəsizliyin qorunmasına mühüm töhfə verirlər. Azərbaycanda 500-ə yaxın Böyük Britaniya sərmayəli şirkət var və onların arasında qeyri-neft sektorunda fəaliyyət göstərən şirkətlərin sayı çoxluq təşkil edir. Mədəni sahədə də mühüm əməkdaşlıq mövcuddur və bu istiqamətdə hər iki ölkədə müntəzəm tədbirlər keçirilir. Bu kitab Böyük Britaniya ictimaiyyətinin Azərbaycanı daha yaxından tanımasına imkan verəcək.

Sonra BP şirkətinin baş icraçı direktoru Bob Dadlinin tədbir iştirakçılarına təbriki səsləndirilib. Təbriki “BP Azerbaijan” şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli oxuyub.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasındakı əlaqələrin tarixindən və müasir inkişaf səviyyəsindən danışıb. Qeyd edib ki, ölkələrimiz arasında əlaqələrin tarixi daha qədimlərə, təxminən XVI-XVII əsrlərə gedib çıxır. Müstəqillik dövründə Azərbaycan-Britaniya əlaqələri daha da genişlənib. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyevin böyük xidmətləri olub. Ölkələrimizin münasibətlərində inkişafın yeni mərhələsi Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Prezidentin köməkçisi vurğulayıb ki, Böyük Britaniya Azərbaycanın Avropada ən etibarlı tərəfdaşlarından biridir. Azərbaycan ilə Böyük Britaniya arasında iqtisadi, siyasi, sosial və digər sahələrdəki münasibətlər Avropanın başqa ölkələri üçün nümunədir.

Əli Həsənov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının 853-cü qətnaməsi birbaşa Böyük Britaniyanın təşəbbüsü ilə qəbul edilib. Həmin vaxt Böyük Britaniya BMT Təhlükəsizlik Şurasının sədri idi. BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı qəbul etdiyi 4 qətnaməyə diqqət yetirsək görərik ki, məhz 853-cü qətnamə ən dəqiq ifadə ilə erməni işğalçı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından qeyd-şərtsiz çıxarılmasını tələb edir. “Düşünürük ki, Böyük Britaniya Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində indiyə qədər oynadığı rolu bundan sonra da davam etdirəcək, Azərbaycanın haqlı mövqeyinin beynəlxalq aləmdə tanınmasına, işğal olunmuş torpaqlarımızın azad edilməsinə, bir milyondan çox qaçqın və məcburi köçkünümüzün öz doğma yurdlarına qayıtmalarına dəstək göstərəcək”, - deyə Əli Həsənov bildirib.

BP-nin Azərbaycanın enerji sektoruna ən çox sərmayə qoyan xarici şirkət olduğunu vurğulayan Prezidentin köməkçisi qeyd edib ki, bu şirkət Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin strateji səviyyəyə yüksəlməsində mühüm rol oynayıb.

"Senate Publishing" nəşriyyatının rəhbəri, Lordlar Palatasının üzvü David Evans iki ölkə arasındakı münasibətlərdən söhbət açıb. Bildirib ki, Azərbaycan və Böyük Britaniya arasında dərin dostluq münasibətləri, sıx iqtisadi əməkdaşlıq əlaqələri var. İki ölkə arasında münasibətlər strateji xarakter daşıyır. Azərbaycan Böyük Britaniyanın parlament dairələrində çox yaxşı tanınır. Azərbaycan-Böyük Britaniya əməkdaşlığı güclü ikitərəfli əlaqələrə, sabit, etibarlı tərəfdaşlığa və investisiyalara əsaslanır. Ölkələrimiz arasında maliyyə, təhsil, mədəni və digər sahələrdə də səmərəli əməkdaşlıq mövcuddur. Əminik ki, səmimi dostluğa söykənən bu münasibətlər bundan sonra da davam etdiriləcək.

“Azərbaycan və Böyük Britaniya əməkdaşlığının 100 illiyi” kitabının təqdimatı olub YENİLƏNİB VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nüvə silahlarına qlobal xərclər rekord həddə çatıb: Fransa beşinci yerdədir

Yoldaşlıq oyunu: Azərbaycan millisi San-Marinoya qalib gəlib

Tural Möyüfov: “HÜDUD” reallıqla abstraksiya arasındakı keçidin axtarışıdır

Dioqo Balau “Turan Tovuz”a keçib

Seçmə mərhələ: Azərbaycan millisi Şimali Makedoniyanı məğlub edib

“Zirə” Anatoli Nuriyev ilə vidalaşıb

Azərbaycan və Litva arasında siyasi məsləhətləşmələrin növbəti raundu aparılıb

“Diplomatic World Sweden” SSANA-nın təşkil etdiyi İsveç İnstitutunun məzunlar görüşü barədə yazıb

Taner Özbek: Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün böyük potensial var

“Renault” Fransa ordusu üçün pilotsuz aparatların kütləvi istehsalına başlayır

Dağıstanda magistral qaz kəmərində güclü partlayış baş verib

Avropa İttifaqı Əlcəzairin bir aviaşirkətinə uçuş qadağası tətbiq edib

AMEA-nın elmi işçisi: Hazırda "Peyğəmbər məscidi" haqqında kitabın üzərində işləyirəm

Beyləqanda xor və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

Beyləqanda şəhid Fəti Fətizadənin xatirəsi anılıb

“HÜDUD”: forma və qavrayış sərhədində incəsənət

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının təqdimatı olub

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Tramp: ABŞ İran tərəfindən helikopterin vurulmasına cavab verməlidir

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

Şahbuz rayonunun Kükü kəndinə dolu yağıb VİDEO

“Qarabağ”ın Avstriya toplanışındakı rəqibləri bəlli olub

Azərbaycan nümayəndələri MDB-nin antiterror qurumlarının Moskvada keçirilən müşavirəsində iştirak ediblər

Şahzadə Diananın mindiyi avtomobil hərracda rekord qiymətə satılıb

Pilotsuz qayıq Hörmüz boğazı yaxınlığında qəzaya uğrayan ABŞ helikopterinin ekipajını xilas edib

Londondakı hökumət binasında gizli kamera aşkarlanıb

Bu saata olan əsas xəbərlər

Azərbaycanın U-21 millisi yoxlama oyununda Qırğızıstana uduzub

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Uşaqların sosial şəbəkələrdən istifadəsinə tətbiq ediləcək yeni məhdudiyyətlər hansılardır? VİDEO

Sahibkarlıq subyektlərinə verilən kreditlər üzrə təminat və faiz subsidiyası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bir sıra fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Mavritaniya sahillərində 10 gün ərzində mindən çox qeyri-qanuni miqrant xilas edilib

Qeyri-neft-qaz mallarının ixracının stimullaşdırılması və daşıma xərclərinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Şimal-qərb bölgəsində buraxılış siniflərini 14 mindən çox şagird bitirir

Azərbaycanın U-20 millisi pakistanlı həmyaşıdlarına qalib gəlib

İğdırdakı “Şuşa” uşaq bağçasında Mübariz İbrahimovun adını daşıyan sinif açılıb

Çin süni intellektə 255 milyard avro sərmayə yatırmağı planlaşdırır

® “Azercell” müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib 

Dünya çempionatı: Azərbaycanın çövkən millisi Çili ilə heç-heçə edib

Enerji Dialoqu Platforması təşəbbüsü çərçivəsində gənc media nümayəndələri üçün silsilə məlumatlandırma sessiyaları başlayıb

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsində tərəflərin çıxışlarına başlanılıb

Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib

BMU ilə Çinin Sian Şiyou Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Şərurda gənclərin yaradıcılıq və idman bayramı: “Gənclik Festivalı – Şərur 2026” FOTO

Ukraynalı uşaqlar Qəbələnin tarixi məkanlarına baş çəkiblər

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən çox müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub  FOTO  VİDEO

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO VİDEO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI