Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub VİDEO
Bakı, 5 mart, AZƏRTAC
Təlimlərdə qoşunların yerdəyişməsi icra olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, genişmiqyaslı komanda-qərargah təlimlərində qəbul edilən qərara əsasən qoşunların və idarəetmə məntəqələrinin əməliyyat təyinatı rayonlarına yerdəyişməsi, cəbhə və ordu aviasiyasının ehtiyat aerodromlarına köçürülməsi, eləcə də raket və artilleriya qoşunlarının ehtiyat atəş və start mövqelərinə çıxarılması icra olunub.