SİYASƏT
Ölkəmizin İtaliyadakı səfirliyi çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Azərbaycanın İtaliyadakı səfirliyi Roma şəhərindən çarter reysi ilə Bakıya yola düşəcək vətəndaşlarımıza müraciət edib.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, martın 17-də yerli vaxtla saat 20:00-da Roma şəhərinin Fiumicino hava limanından Bakı şəhəri Heydər Əliyev Beynəlxalq Aeroportuna AHY4231 nömrəli birbaşa çarter reysinin həyata keçirilməsi nəzərdə tutulur.
İtaliyadakı epidemioloji vəziyyətlə əlaqədar İtaliyadan ölkəmizə qayıtmaq istəyi ilə səfirliyə müraciət edərək qeydiyyatdan keçmiş Azərbaycan vətəndaşlarının Fiumicino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları və növbə gözləyərkən öz aralarında bir metrlik təhlükəsizlik məsafəsinə riayət etmələri xahiş olunur.
Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin bu nömrələri ilə əlaqə saxlaya bilərlər: Telefon nömrəsi: 06 85305557, “Qaynar xətt”: 349 8155582.