14 İYUL 1969-CU İL TARİXİMİZİN PARLAQ SƏHİFƏSİDİR
Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli liderimiz Heydər Əliyevin məzarı önünə əklil qoydular, ulu öndərimizin əziz xatirəsini ehtiramla yad etdilər. Onlar görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın da məzarı üstünə gül-çiçək dəstələri düzdülər.
Tədbirdə rayon icra hakimiyyətinin başçısı Azər Əliyev, YAP rayon təşkilatının sədri, professor Fikrət İsmayılov, sədrin müavini, professor İmran Mehdiyev, Milli Məclisin deputatı Gülər Əhmədova, rayon ziyalılar cəmiyyətinin sədri, professor Rasim Nəbiyev, AMEA-nın müxbir üzvü, professor Kərim Kərimov ümummilli lider Heydər Əliyevin ölkəmizə siyasi rəhbərliyə başlamasının tarixi-siyasi əhəmiyyəti və real nəticələri barədə danışdılar.
Bu əlamətdar günün milli dövlət müstəqilliyimizin möhkəmlənməsində oynadığı roldan bəhs edən natiqlər, ölkəmizdə son illər bütün sahələrdə əldə edilən uğurların ulu öndər Heydər Əliyev zəkasının bəhrəsi olduğunu, eləcə də bu siyasi xəttin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini konkret faktlarla vurğuladılar. XXI əsrin ilk nəhəng mühəndis layihəsi, dünya neft sənayesinin tarixində mühüm bir mərhələ olan Bakı-Tbilisi-Ceyhan boru kəmərini dahi şəxsiyyətin şah əsərlərindən biri, onun siyasi uzaqgörənliyinin təntənəsi olduğunu bildirdilər. Onlar rayonun əmək kollektivlərində Heydər Əliyev siyasi irsinin öyrənilməsi işinin daha səmərəli təşkili üçün konkret təkliflərini verdilər.
Axşam əlamətdar gün münasibətilə AMEA-nın əsas binasının qarşısındakı bağda incəsənət ustalarının konserti oldu.