Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
Bakı, 3 oktyabr, AZƏRTAC
Bu gün ərzində Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrdən təmizləyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi və digər döyüş texnikası məhv edilib.
Sentyabrın 27-dən oktyabrın 2-si saat 20.00-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:
- 230-dək tank və digər zirehli texnika;
- 250 ədəd artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 38 ədəd hava hücumundan müdafiə vasitələri;
- 10 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 7 silah-sursat anbarı;
- 130-dan artıq avtomobil texnikası;
- 1 ədəd “S-300” zenit-raket kompleksi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [12:38]
Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
- 20.09.2026 [16:13]
Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO
- 20.09.2026 [16:01]
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
- 20.09.2026 [15:33]