Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daşkənddəki Əlişir Nəvai adına Universitetdə “Addım-addım Özbəkistan” kitabının təqdimatı olub VİDEO

Daşkənd, 29 oktyabr, АZƏRTAC

Azərbaycan Milli Məclisinin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti Daşkənddəki Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı Universitetindəki Məhəmməd Füzuli adına Mədəniyyət, Təhsil və Tədqiqatlar Mərkəzində olublar.

AZƏRTAC xəbər verir ki, mərkəz Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə yaradılıb.

Əvvəl Qənirə Paşayeva və digər nümayəndələr mərkəzdə yaradılan şəraitlə tanış olublar.

Universitetin prorektoru, professor Baxodir Xalikov qonaqları salamlayaraq ölkələrimiz arasında mədəni-humanitar sahədə əlaqələrin inkişafından danışıb. Prorektor bildirib ki, universitet cəmi bir neçə il əvvəl yaradılıb, buna baxmayaraq qısa müddətdə Özbəkistanın ali məktəbləri arasında hörmət qazana bilib.

Qənirə Paşayeva özbək xalqını və özbək ədəbiyyatını çox sevdiyini, bu xalqın şairlərini mütaliə etdiyini, onlar haqqında məqalələr yazdığını deyib. O, Özbəkistanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv olmasını sevinclə qarşıladığını diqqətə çatdırıb. Deputat bildirib ki, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi Azərbaycanın şair və yazıçılarının əsərlərini özbək dilində çap etdirir və bu, təqdirəlayiq haldır: “Mən burada AMM-nin çap etdirdiyi kitabları da görürəm”.

AMM-nin direktoru Samir Abbasov bildirib ki, Mədəniyyət Mərkəzi bu qurumu lazımı kitab və digər avadanlıqlarla təchiz edib. Tələbələr bu mərkəzdə Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə tanış olurlar. Buradakı kitablardan istifadə edərək Azərbaycan ədəbiyyatı və mədəniyyəti ilə bağlı tədqiqatlar aparırlar.

Mərkəzin rəhbəri, dosent Gülbahar Aşurova belə bir mərkəzin yaradılması üçün Azərbaycan Mədəniyyət Mərkəzinə minnətdarlıq edib, burada keçirilən tədbirlər və gələcək planlardan söhbət açıb.

Sonra universitetdə Qənirə Paşayevanın Bakıda çap olunan “Addım-addım Özbəkistan” kitabının təqdimatı keçirilib.

Universitetin professoru Səadət Muxammedova kitabın məziyyətlərindən danışıb, toplunun tələbələr üçün maraq kəsb edəcəyini bildirib.

Baxodir Xalikov özbək və Azərbaycan xalqlarının, həmçinin yazıçı və şairlərimizin dostluğu, AMM ilə həyata keçirilən birgə layihələrdən söhbət açıb. O əmin olduğunu bildirib ki, “Addım-addım Özbəkistan” toplusu tələbələrin sevimli kitablarından olacaq.

Özbəkistan Yazıçılar İttifaqının katibi Qayrat Məcid bildirib ki, zaman-zaman Azərbaycan ədəbiyyatı nümunələri özbək, özbək ədəbiyyatı seçmələri Azərbaycan dilinə çevrilib və bu proses indi də davam edir. Bu işdə Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mədəniyyət Mərkəzi Azərbaycan ədəbiyyatı, mədəniyyəti, tarixi ilə bağlı Daşkənddə özbək dilində 90-a yaxın kitab çap etdirib və bu, təqdir olunmalıdır.

Q. Məcid deyib ki, Azərbaycan Milli Məclisinin deputatının Özbəkistan haqqında kitab yazması dostluğumuzun və qardaşlığımızın təcəssümüdür.

Direktor Samir Abbasov Azərbaycanın və Özbəkistanın müstəqilliklərinin 30 illiyindən danışıb, bu illər ərzində həm Azərbaycanın, həm də Özbəkistanın böyük layihələrə imza atdığını bildirib. O deyib ki, böyük şairlər Nizami Gəncəvi və Əlişir Nəvai ilə başlayan ədəbi əlaqələrimiz bu gün də davam edir. O, Özbəkistanın ali məktəbləri ilə Azərbaycanın universitetləri arasında müəllim və tələbə mübadiləsinin əhəmiyyətindən danışıb.

Direktor qeyd edib ki, böyük Nizami Gəncəvinin “Xəmsə”si Özbəkistanda ilk dəfə çap olunub və böyük maraq doğurub. O, təqdim olunan kitabın əhəmiyyətindən danışıb, topluda bu ölkənin tanınmış şəxsiyyətləri, ziyarətgahları haqqında məlumat verildiyini diqqətə çatdırıb.

Gülbahar Aşurova Qənirə Paşayevanın bir şair, nasir və publisist kimi yaradıcılığından danışıb, əsərlərinin mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Qənirə Paşayeva çıxışında Əlişir Nəvainin adını daşıyan universitetdə “Addım-addım Özbəkistan” kitabının təqdimatının keçirilməsindən məmnunluğunu ifadə edib. Deputat deyib ki, türk dünyasını azman ağaca bənzətsək, mənim kitabım Özbəkistanın zəngin tarixi, mədəniyyəti, ədəbiyyatının bir yarpağıdır. Kitabda Azərbaycan və özbək xalqlarının böyük oğlu, şair, tərcüməçi, müəllim Maqsud Şeyxzadə, Azərbaycanın Əməkdar artisti Kövkəb Əliyeva, şair İxtiyar Rza, heykəltəraş Eynulla Əliyev və digər soydaşlarımız haqqında da söhbət açılır.

Komitə sədri 30 il Ermənistanın işğalı altında olan Qarabağın azad olunmasından da danışıb, şəhərlərimizin, kəndlərimizin, məscid və ziyarətgahlarımızın dağıdıldığını, yerlə-yeksan olunduğunu diqqətə çatdırıb. Vurğulanıb ki, artıq azad edilən torpaqlarımız məkrli ermənilərin basdırdığı minalardan təmizlənir və quruculuq işlərinə başlanıb. Bu ərazilərdən köçkün düşən vətəndaşlarımızın öz dədə-baba torpaqlarına dönəcəyi gün isə çox da uzaqda deyil.

Deputat kitabın təqdimatını keçirdikləri üçün universitetin rəhbərliyinə minnətdarlıq edib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

Daşkənddəki Əlişir Nəvai adına Universitetdə “Addım-addım Özbəkistan” kitabının təqdimatı olub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SSANA İsveç institutunun 30 ölkədən olan məzunlarını bir araya gətirib

Rusiya XİN Ermənistanla münasibətlərdə sonrakı siyasi kursu açıqlayıb

BMU-nun tələbəsi İtaliyanın dörd nüfuzlu universitetinə qəbul olub

Paytaxtda çoxzolaqlı yolda avtomobillə vurulan piyada hadisə yerində ölüb

Aleksandr Sırski: İlin əvvəlindən bəri Ukraynanın 600 kvadrat kilometrdən çox ərazisi azad edilib

Qarabağ və Şərqi Zəngəzurun bitki aləminə dair fundamental kitab nəşr olunub

AzTU və Beynəlxalq Türk Dövlətləri Universiteti arasında ikili diplom proqramı imzalanıb

Varşavada "İkinci Dünya müharibəsində nasizm üzərində qələbədə Azərbaycanın rolu" adlı sərgi təşkil olunub

Azərbaycanın və Türkiyənin xarici işlər nazirləri İstanbulda görüşüblər

“Liverpul”dan ayrılan futbolçu “Real Madrid”lə müqavilə imzalayıb

Anar Bağırov: Hər şəhər və rayonda vəkil bürolarının fəaliyyət göstərməsi olduqca vacibdir

Mehmet Seven: Azərbaycanın enerji diplomatiyası ölkəni qlobal enerji xəritəsinin əsas aktorlarından birinə çevirib

Culfada Vəkil Bürosu açılıb

Erol Özvar: Təhsil sahəsində əməkdaşlıq türk dövlətləri üçün strateji əhəmiyyətə malikdir

Mərkəzi Afrika Respublikası ABŞ-dən deportasiya olunan miqrantları qəbul edəcək

SOCAR-ın “yaşıl istiqraz”ları üzrə növbəti kupon ödənişi edilib

® “Expressbank”dan Mingəçevirdə təmizlik aksiyası

Mərkəzi Bankın əməkdaşları Daşkəsəndə vətəndaşların müraciətlərini dinləyiblər

BDU-nun Astrofizika kafedrası: Bootid meteor yağışı olacaq

Dünyada müharibələr fonunda Azərbaycanda sabitliyin olması ölkəmizə yeni imkanlar qazandıra bilər - ŞƏRH

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər

BVF: Qloballaşma prosesi zamanı dünya iqtisadiyyatı yaxşılaşsa da bir çox icma boşluqda qaldı

“Real Madrid”in futbol və basketbol komandaları 16 ildən sonra ilk dəfə mövsümü titulsuz başa vurub

Qarabağ və Şərqi Zəngəzurda sakinlərin məşğulluq imkanları qiymətləndirilib

Yoqa, yaradıcılıq və harmoniya: Bakıda “Nine Senses Fest-2026” keçiriləcək

Çimərlik güləşi üzrə millinin baş məşqçisi Vyetnamda təlim keçib

BDYPİ: Son iki gündə yol-nəqliyyat hadisələri zamanı 4 piyada həlak olub, 2-si xəsarət alıb

Vətəndaş cəmiyyəti nümayəndələri üçün DOST Çağrı Mərkəzi 142-yə infotur təşkil olunub

Almaniyada 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir

Tehrandakı yeraltı avtodayanacaqlar əhali üçün sığınacaq kimi istifadə edilir

İlqar Qasımov: Sosial şəbəkələrdə virtual həyata qovuşan uşaq real həyatdan çəkinir

Kənd Təsərrüfatı Nazirliyi vəzifəli şəxslərinin iyun ayı üzrə vətəndaş qəbulu qrafikini açıqlayıb

Husilər İsrail gəmilərinin Qırmızı dənizdə hərəkətinə qadağa qoyublar

Britaniya hökuməti uşaqların rəqəmsal texnologiyalardan istifadəsinə dair təlimat hazırlayır

İsrail İranın neft-kimya kompleksinə zərbə endirib

Şalva Papuaşvili: Ermənistanla Azərbaycan arasında dialoq Gürcüstan üçün çox vacibdir

Qaxda 1 tondan artıq çətənə kolu məhv edilib

Dövlət Komitəsinin rəsmisi: Vətəndaşlarımız üçün daha uğurlu layihələr həyata keçiriləcək

Natiq Məmmədli: Rəqəmsal mühitdə maarifləndirici resursların sayı artırılmalıdır

Yekaterinburqda azərbaycanlı gənclər arasında intellektual yarış təşkil olunub

İsveçrədə Qarabağ atına həsr olunan abidə açılıb

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Adil Karaismayıloğlu: Türkiyə WUF13-də urbanizasiya üzrə qabaqcıl təcrübəsini təqdim edib

Zəka Muradov: Səyyar ASAN xidmət fəaliyyət coğrafiyasını genişləndirir

Deputat: Enerji gəlirləri Azərbaycanın sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib - ŞƏRH

Bahar Muradova: Asılılıq yaradan rəqəmsal mexanizmlər ciddi sosial nəticələrə səbəb olur

Neft bazarında bahalaşma: geosiyasi risklər qiymət artımını sürətləndirir

Nərimanov rayonunda 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

Nazir müavini: Mərhələli sanksiyalar yeni qanunun daha uğurlu tətbiqinə dəstək olacaq

Leyla Axundzadə repressiya qurbanlarının xatirəsinə həsr olunan tədbirin əhəmiyyətini vurğulayıb

Kaya Kallas Yaxın Şərqdəki müharibədə yeni eskalasiya barədə xəbərdarlıq edib

Ukrayna Rusiyanın bir neçə mühüm obyektinə zərbələr endirib

“Turizmdə təhlükəsizlik” – BİRGƏ TƏLİM

AzTU-da təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu elan olunur

Nazir müavini: Məktəblərdə uşaqların internetdən istifadəsinə nəzarət gücləndirilib

Pakistanın şimal-qərbində 27 silahlı öldürülüb

Qazaxıstan yükdaşıyıcıları Azərbaycana giriş icazəsini onlayn formatda rəsmiləşdirə bilərlər

Azərbaycan–Litva dostluğuna və repressiya qurbanlarının xatirəsinə həsr olunmuş tədbir

Səfir: “ASAN xidmət”in Gürcüstana gəlməsi dövlətimizin xaricdə yaşayan vətəndaşlarımıza daimi diqqətini göstərir

AMADA-nın yeni Strategiya layihəsi ilə bağlı fikir mübadiləsi aparılıb

Moldova XİN ölkə ərazisinə dron düşməsi ilə bağlı bəyanat yayıb

İran ABŞ ilə əlaqələri davam etdirəcəyini açıqlayıb

Yaxın Şərqdə artan gərginlik fonunda neft kəskin bahalaşıb

Yaponiyada ayıya görə 94 məktəbdə dərslər dayandırılıb

Beynəlxalq Enerji Agentliyi: Dünyada 750 milyon insan elektrik enerjisinə çıxış əldə edə bilmir

İsveçdə tarixin ən isti yaz mövsümü qeydə alınıb

Əməkdar jurnalist: Müşfiqin poeziyası gənc nəslin estetik zövqünü formalaşdırır

® “AzInTelecom” IV Milli Kibertəhlükəsizlik Forumunda

Elektromobillər Çində havanın çirklənməsini azaldır

İsrail İranın hava hücumundan müdafiə sistemlərinə zərbələr endirib

Bu saata olan əsas xəbərlər

Cənubi Qafqazdan Balkanlara uzanan strateji körpü: Azərbaycan-Serbiya münasibətləri

Kənd təsərrüfatında yeni inkişaf mərhələsi pərakəndə ticarət sektorunun fəaliyyətinə müsbət təsir göstərəcək - ŞƏRH

Litva səfiri: Ortaq tarixi yaddaş xalqlarımız arasında həmrəyliyi gücləndirir

Lukaşenko: Çin Belarusa dost və tərəfdaş kimi etibar edə bilər

Ombudsman: Uşaqların rəqəmsal təhlükəsizliyi üçün nəzarət mexanizmləri gücləndirilməlidir

Hicran Hüseynova: Əsas məsələ uşaqları təhlükələrdən qoruyan rəqəmsal mühitin yaradılmasıdır

Xınayaxdıdan “Henna Party”yə: rəqəmsal mühit mərasimlərimizi necə dəyişir?

Yanvar-may aylarında istehlakçılara 87 milyon manat ƏDV qaytarılıb

ŞƏT Beyin Mərkəzləri Forumunda Azərbaycanın Orta Güc statusu müzakirə edilib

Fotoqraf Aydın Mehdiyev Romada ikinci sərgisini təqdim edib

Premyer Liqanın yeni iştirakçısı “Şəfa” ilk transferini reallaşdırıb

Azərbaycanlı sənətkar Qazaxıstanda Dövlət İmtahan Komissiyasına rəhbərlik edib

Pediatr: Tətilə başlamadan öncə uşağın pediatr tərəfindən müayinəsi təşkil olunmalıdır

Zahid Oruc: Başlıca məqsəd uşaqları sosial şəbəkələrin zərərli təsirlərindən qorumaqdır

Prezidentin Sərəncamı ilə təltif olunan xalçaçılara medalları təqdim edilib

Stend atıcılığı üzrə ölkə kuboku başa çatıb

Azərbaycan təhsilinin ixrac modeli - UNEC-in Dərbənd filialı

BTQ xəttinin yenidən istifadəyə verilməsi Azərbaycanın tranzit mövqeyini gücləndirir ŞƏRH

Moldovada kənd yaxınlığında pilotsuz uçuş aparatı partlayıb

Türkiyənin Millət Kitabxanasına Qərbi Azərbaycanın irsinə dair kitablar təqdim olunub

Son iki gündə 99 cinayətin açılması təmin olunub

“Bakı Enerji Həftəsi” Azərbaycanın enerji strategiyasının nümayiş platformasıdır ŞƏRH

Ermənistanda seçkilərdə səslərin sayılması başa çatıb: parlamentdə dörd siyasi güc təmsil olunacaq

AHİK-in təşkilatçılığı ilə “Sağlam həmkar” minifutbol turnirinə start verilib

İdarə rəisi: “112” qaynar telefon xəttinə daxil olan müraciətlərin 80 faizi əsassızdır

Qızıl medal qazanan Azərbaycan gimnastı: Ən böyük üstünlüyümüz bir-birimizə olan inam və dəstəyimizdir

Sosial şəbəkələrdə qeydiyyat üçün yaş tələbləri sərtləşdirilir

Xocavənd sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib