Azərbaycan Dövlət İnformasiya Agentliyi

1918-ci ildə Basarkeçərin Kərkibaş kəndində ermənilərin törətdikləri vəhşiliklər – Hadisə şahidinin söylədiklərindən

1918-ci ildə Basarkeçərin Kərkibaş kəndində ermənilərin törətdikləri vəhşiliklər –  Hadisə şahidinin söylədiklərindən

Bunları Göyçə mahalının ağsaqqalı, cəfakeş və müdrik insan mərhum atam Zeynalabdin Cəfərovun əlyazması və mənə söylədikləri əsasında yazmışam - Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov

Bakı, 17 aprel, AZƏRTAC

1918-ci ildə ermənilər bizim Kərkibaş kəndinə tez-tez hücum edirdilər. Kəndin igid oğlanları (Cəlil əmim, Əliş, Məhəmməd, Cavad, Abbas və başqaları) özlərini müdafiə etmək üçün ermənilərin silahlı hücumuna cavab verirdilər. Cəlil əmim (Zeynalabdinin əmisi) sərrast atəşlə üç erməni quldurunu (Tüstülü İsacanı, Şimavonu, Zağalı Xurşudu) öldürür. Ermənilər bunu görəndə daha da azğınlaşırlar. Onlar sayca çox olsalar da, əmimi üzbəüz vura bilmirlər. Ermənilərdən biri əmimi arxadan - ombadan vurub yaralayır. Sonra başqa bir erməni də ona arxadan atəş açaraq güllə ilə vurub öldürür. Əmim öləndən sonra ermənilər onun çuxasını, məngülə arxalığını və şalvarını soyundurub gümüş kəmərini, xəncərini, papağını, osmanlı beşatılanını götürürlər. Meyitini sürüyüb elə qənşər, dik yerə qoyurlar ki, onu oradan aparmaq asan olmasın. Üç gün meyit orda qalır, onu gətirmək mümkün olmur. Qohum-əqrəba sonra belə qərara gəlir ki, qaranlıq düşəndə meyiti dəfn etsin. Bu məqsədlə Cəlilin əmisi oğlu Dünyamalı, onun qardaşları ( Süleyman, Molla Həmid), anası Sədət xanım qaranlıq düşən kimi həmin yerə gələrək meyiti bir kilimin üstünə qoyub sürüyə-sürüyə gətirib dərənin başına çıxarırlar.

Ərazinin relyefinin çətin olmasından istifadə edən Zağalı Şetoy güllə ilə Dünyamalını gözündən vurur, dərd üstünə dərd gəlir. Cəlil əminin meyitini gətirib yolun üstündəki qəbiristanlıqda dəfn edirlər. Qohum-əqrəba Dünyamalını ağır vəziyyətdə tanınmış loğman Hacı Nağının (qonşu Qanlı kəndindəndir) yanına aparırlar. Hacı Nağı onu müalicə etsə də, Dünyamalı üç aydan sonra vəfat edir. Ardınca Dünyamalının arvad-uşağı da xəstəlikdən vəfat edir, yurdu boş qalır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qərbi Azərbaycanın Göyçə mahalından olan Əmiraslan Cəfərov söyləyib.

O deyib: “Cəfər babamızın həyat yoldaşı Sədət nənə Çamırlı kəndindən idi. Aşıq Alının anası Fatma isə Sədətin bibisi olub. Sədət nənəmiz çox cəsur və çevik bir qadın idi. O, at çapmaqda, sərrast güllə atmaqda çox mahir imiş. Beşatılanı ilə ermənilərə qarşı Göyçənin Həcəri kimi vuruşurmuş. Ondan kəndxuda, pristav, dövlət adamları belə qorxurlarmış.

1918-ci ildəki qaçaqaç dövründə qadınları Kərkibaşdan Sədənağaca (Güney) gətirəndə yolda ermənilərlə vuruşaraq bir neçə düşməni beşatılanla öldürüb. O Gilli çayından qadınları çox çətinliklə keçirib. Sədət nənə insanları Sədənağaca gətirib deyir ki, buradan dağları aşıb Gədəbəyə gedərsiniz. Sədət nənəmiz Güney qəbiristanlığına çatanda ürəyi kövrəlir. Oradan vətəni Çamırlıya - Kərkibaşa baxır. Ürəyi dayanıb vəfat edir. Onu Sədənağac qəbiristanlığında dəfn edirlər.

Sən demə faciə hələ bitməyibmiş. 1918-ci ilin martında Mollalıda Sədət nənənin qardaşı oğlanları (Murad, Xasay, Səməndər) eşidirlər ki, ermənilər Cəlil əmimi qətlə yetiriblər. Onlar Qızılvəndə- Qaçaq Əhmədin evinə gəlirlər. Əhməd onları dağ yolu ilə Kərkibaşa yola salır. Amma onlar yasda iştirak edə bilmirlər. Ermənilər onları qətlə yetirib quyuya atır. Bundan əlavə, anamın qardaşı oğlanları (Səkinənin) Alı ilə Mojdun ( Məcnun) qoyun otardıqları yerdə Sulikovun əsgərləri ilə qarşılaşırlar. Ermənilər silahsız cavanları öldürüb, qoyun sürüsünü də aparırlar.

1918-ci ildə Sulikovun qoşunları Kərkibaşın Qoşa təpə adlanan yerində Cəfər babamın sürüsünü (100 baş mal, 10 öküz, 5 at, 500 qoyun) otaran oğlanlarına - Mahmuda və Cabbara hücum edib mal-qaralarını əllərindən alırlar. Oğlanlar isə qaçıb canlarını qurtarırlar. Bunları yazdıqca ürəyimdən qara qanlar axır”.

Əmiraslan Cəfərov bildirib ki, erməni vəhşiliyi saysız-hesabsızdır, yazmaqla qurtaran deyil: “Kəndimizdə Çuluq Rəhim adlı kasıb bir kişi varmış. 1918-ci ilin Novruz bayramı günü ermənilər onun evinə doluşub, hər şeyini qarət edib, qapıdakı qalağa od vururlar. Sonra Rəhimi atırlar odun içinə, kişi yanıb külə dönür.

Bizim, yəni, müsəlmanların, xüsusilə azərbaycanlıların təbiətində sadəlik, ürəyində Allah xofu, qəlbində haqqa tapınma olduğundan uşaq qədər sadəlövhdürlər, hər şeyə inanırlar. Sadəlövhlük başımıza həmişə bəla gətirib, gətirəcək də. Belə ki, 1918-ci ildə kərkibaşlı qohumumuz Şirməmmədi Zağalı keşiş aldadıb öz evinə aparır. Əslində, Şirməmməd neçə illər imiş ki, keşişlə dostluq edirmiş. Şirməmməd keşişin sədaqətinə inandığından onun evinə gedir. Amma keşişin qəlbindən keçənləri nə bilsin? Keşiş Şirməmmədi Zağalının üstündəki paroxod dayanan yerdəki böyük zağaya aparır. Şirməmməd gözləri qan çanağına dönən erməniləri görüb işi başa düşür, keşişə deyir: “Bu nədir? Axı biz dostuq. Sən məni haraya gətirmisən?”. Keşiş onun sözünə heç əhəmiyyət vermir. Oğlanlarına işarə edir ki, bunun işini bitirsinlər. Keşişin oğlanları Şirməmmədi tikə-tikə doğrayıb quyuya atırlar.

Aradan xeyli keçəndən sonra (1918-1920) - 1921-ci ildə azərbaycanlılar yenə öz yurdlarına qayıdırlar. Şirməmmədin qardaşları (Səfəralı, Bəyməmməd) keşişin oğlanlarına deyirlər: “Heç olmasa qardaşımızı qətlə yetirdiyiniz yeri deyin. Gedib sümüklərini gətirib qəbiristanlıqda torpağa basdıraq. Keşişin oğlanları Şirməmmədi qətlə yetirdikləri zağanı (quyunu) Səfəralı və Bəyməmmədə nişan verirlər. Qardaşlar zağaya girəndə dəhşətə gəlirlər. Baxırlar burada 30-40 adamın cəsədi var. Bu faciəli mənzərə qardaşlara çox pis təsir edir, onlar az qalırlar ki, dəli olsunlar. Adamların paltarlarının cırıqları, çarıq, patava bir tərəfdə, başsız cəsədlər, kəllələr o biri tərəfdə... İnsanın ürəyi nə qədər daş olmalıdır ki, bu dəhşətli mənzərəyə, faciəyə ötəri baxıb keçsin. Söz yox ki, qardaşlar cəsədləri yığıb el adəti ilə qəbiristanlıqda dəfn edirlər”.

Yaxşı yadımdadır (Zeynalabdin müəllimin dediklərindən), Səfəralı kişi deyirdi: “Ermənilər həmişə bizə düşmən olublar, olacaqlar da. Mən heç vaxt o zağadakı gördüklərimi unutmayacağam. Yadımdadır, o hadisədən sonra uzun müddət özümə gələ bilmədim. İndi də bu hadisə yadıma düşəndə dəhşətdən bədənim əsir”.

Əmiraslan Cəfərov bildirib ki, erməni vandalizminin vurduğu yaralar heç vaxt sağalan deyil. Həmin cinayətlər bizim qəlbimizdə əbədi iz salıb. Sovet hökuməti qurulduqdan sonra azərbaycanlılar yenidən öz yurd-yuvalarına köçür, Qaraimanlı Məşədi İsa və Daşkəndli Hacı Rəhim də vətənlərinə gəlirlər. İnsanların öz işləri ilə məşğul olmasına baxmayaraq, kommunist cildinə girmiş daşnaklar 1924-cü ildə Qaraimanda Məşədi İsanı otağında, Hacı Rəhimi isə Daşkəndin aşağısında “Binnətin zağası” altında öz əkin yerində güllə ilə vurub öldürürlər. Ermənilər 1918-ci ildə Cəlil əmimi öldürdükdən sonra onun iki uşağını-( 2-3 yaşı olan Cəfər və Səfər yetim qalmış) balaca Cəfər xəstəlikdən ölmüş, lakin Səfəri atam Mahmud və anam Səkinə (Zeynalabdinin ata və anası) öz oğlu kimi böyütmüşlər.

1948-1952-ci ildə Stalin-Mikoyan siyasətindən irəli gələn vətəndən köçürülmə nəticəsində 1948-ci ilin yayında Cabbar əmim Ucarın Qazyan kəndində istidən vəfat etdi. Əmimin iki uşağı (Xuraman, Xıdır) yetim qaldı. Onları da atam və anam öz uşaqları kimi böyütdülər. Lakin atam 1953-cü ildə, anam isə 1960-cı ildə (Zeynalabdinin ata və anası) vəfat ediblər. Bu ailələrin ağırlığı atam Zeynalabdin və anam Saniyənin (1930-2018) üstünə düşdü. Atamgil: 4 bacı, 3 qardaş (7 nəfər), atamın ailəsi isə 2 qız, 5 oğuldan (7 nəfər) ibarət idi. Onlar digər ailələrlə birlikdə 20 nəfərdən çox olublar. Hamısını atam Zeynalabdin böyüdüb və evləndirib. Biz 1988-ci ildə Mixail Qorbaçovun siyasəti nəticəsində daşnakların təsiri nəticəsində vətənimizdən zorla didərgin salınaraq Azərbaycanın digər ərazilərinə pənah gətirdik. Nəticədə Bakıda məskunlaşdıq. Atam 2 dəfə, mən isə 1 dəfə qaçqın düşmüşük və bunları görərək yaşamışıq. Atam Zeynalabdin 2003-cü ildə, anam Saniyə isə 2018-ci ildə Vətən - Göyçə deyə-deyə vəfat ediblər.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq