Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində olublar YENİLƏNİB VİDEO

Şuşa, 24 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri dekabrın 24-də Hadrut qəsəbəsinə səfərdən sonra Şuşa şəhərinə gəldilər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Şuşanın məşhur Cıdır düzündə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Son günlər ərzində mənə çoxlu təbrik məktubları gəlir, təbriklər gəlir, həm xaricdən həmkarlarımdan, müxtəlif ölkələrin dövlət və hökumət başçılarından, xaricdə yaşayan azərbaycanlılardan, təbii ki, ölkə vətəndaşlarından. Mən bütün insanlara - mənə xoş sözlər ünvanlayan, təbrik edən insanlara öz təşəkkürümü bildirmək istəyirəm. Xüsusilə Azərbaycan xalqına öz təşəkkürümü bildirmək istəyirəm, həm təbriklərə görə, həm də mənə göstərilən dəstəyə görə. Mən bu dəstəyi 2003-cü ildən - Prezident vəzifəsinə ilk dəfə seçiləndən bu günə qədər hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək iradəmi möhkəmləndirir. Bu dəstək nəticəsində biz hamımız - bütün Azərbaycan xalqı böyük tarixi uğurlara imza atmışıq.

Mən həmişə deyirdim ki, gün gələcək, işğal altındakı torpaqlarımız azad ediləcək, biz bu torpaqlara qayıdacağıq və qayıtmışıq. Azərbaycan xalqı bütün bu illər ərzində mənə inanırdı. Baxmayaraq ki, həm ovaxtkı məcburi köçkünlər, həm ölkə ictimaiyyəti ildən-ilə davam edən mənasız danışıqlara nəzər salaraq görürdü ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli çətinləşir. Amma buna baxmayaraq, doğma xalqım mənim sözlərimə inanırdı. Mən deyirdim ki, gün gələcək Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada dalğalanacaq və bu müqəddəs günü biz şəhidlərimizin qanı-canı bahasına yaşadıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bu gün biz azad Qarabağdayıq. Bu gün biz azad Zəngəzurdayıq. Biz - bu torpaqların sahibləri bu torpaqlara qayıtmışıq və bundan sonra biz bu torpaqlarda əbədi yaşayacağıq. Azərbaycan xalqının mənim sözlərimə inamı məni daha da çox inandırırdı ki, biz buna nail olacağıq. Xalqımız birləşdi, bir amal uğrunda, bir müqəddəs ideya uğrunda birləşdi və istədiyinə nail oldu.

Azərbaycan xalqı yaxşı bilir ki, mən ad günlərimi qeyd etmirəm. Adətən ad günlərimə təsadüf edən günlərdə hansısa sosial obyektlərin açılışında iştirak edirdim, məcburi köçkünlərlə, şəhid ailələri ilə görüşürdüm. Şəhid ailələri üçün inşa edilmiş yeni evlərin açılışlarında, yeni salınmış köçkün qəsəbələrində bu kateqoriyadan olan insanlarla görüşürdüm. 50 illiyimi də məcburi köçkünlərlə bərabər qeyd etmişdim. 50 illiyimi Qarabağda - Ağcabədidə keçirdim, 60 illiyimi isə Qarabağda - bu dəfə Şuşada keçirirəm. Bu iki tarix arasında bir canlı bağlantı var. Ölkə ərazisində və bölgədə gedən proseslərə biz, sadəcə olaraq, seyrçi deyildik. Biz bu prosesləri böyük dərəcədə idarə edirdik. Biz bölgə gündəliyini formalaşdırırdıq. İkinci Qarabağ müharibəsində əldə edilmiş Zəfərdən sonra bizim gücümüz, nüfuzumuz, təsir dairəmiz daha da genişləndi.

Bu gün azad Qarabağda, Şuşada və Hadrutda olarkən mən, - əgər belə demək mümkündürsə, - öz ad günümü qeyd edirəm. Bu gün səhər Hadrutda Müzəffər Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi yeni silahlı birləşmə olan Komando Briqadasının hərbi hissəsinin açılışında iştirak edirdim. Mən bilirdim və hesab edirəm Azərbaycan xalqı da bu seçimi dəstəkləyər ki, bu gün mən Prezident, Ali Baş Komandan kimi hərbçilərə, Müzəffər Azərbaycan Silahlı Qüvvələrinə öz təşəkkürümü bildirmək və onların qarşısında yeni vəzifələr qoymaq üçün hərbçilərlə birlikdə olmalı idim.

Bu gün keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin tərkib hissəsi olan Hadrutda - Xocavənd rayonunda ordu quruculuğunda aparılan işlərin yeni mərhələsinə qədəm qoyduq. Ondan sonra isə Şuşaya gəldim. Bu, mənim Şuşaya bu il yeddinci səfərimdir. Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olmasını bir daha təsdiqləyir. Amma, eyni zamanda, hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm.

Bu gün bir şeyə kədərlənirəm ki, atam bu günü görə bilməyib. Ancaq bilirəm ki, onun ruhu şaddır. Necə ki, Vətən həsrəti ilə yaşamış və həyatdan getmiş, azad edilmiş bu torpaqları görməyən minlərlə, on minlərlə məcburi köçkünlərin ruhu şaddır, şəhidlərimizin ruhu şaddır. Biz şəhidlərimizin qanını yerdə qoymadıq, qanını aldıq və əcdadlarımızın ruhunu şad etdik.

Bu il “Xarıbülbül” festivalında Ulu Öndərin Şuşa haqqında tarixi sözlərinin bir hissəsi videoformatda təqdim edildi. Hər birimiz o anları xatırlayır. Necə böyük inamla, necə böyük sevgi ilə Heydər Əliyev deyirdi ki, biz Şuşaya qayıdacağıq, inanın ki, qayıdacağıq. O, özü inanırdı, bizi də inandırırdı. Bizə də onun inamı, xalqın iradəsi əlavə güc verdi və bu gün biz buradayıq, bu müqəddəs torpaqdayıq. Qeyd etdiyim kimi, bundan sonra bu torpaqlarda Azərbaycan xalqı əbədi yaşayacaq, bundan sonra Qarabağda Azərbaycan muğamı əbədi səslənəcəkdir.

Əziz bacılar və qardaşlar, bütün xoş sözlərə, bütün təbriklərə görə sizə bir daha öz dərin təşəkkürümü bildirmək istəyirəm. Sizi əmin etmək istəyirəm ki, bundan sonra da eyni əzmkarlıqla, eyni qətiyyətlə ölkə maraqlarının keşiyində duracağam, sizin dəstəyinizlə biz yeni böyük uğurlara imza atacağıq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

X X X

Sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Şuşa şəhərində olublar YENİLƏNİB VİDEO

Almaniyanın keçmiş kansleri ölkəsinin rəqəmsallaşmada geridə qaldığını etiraf edib

NASA: ABŞ və Kanada astronavtları günəş panelləri quraşdırmaq üçün kosmosa gedəcəklər

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib