Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gömrük Sərnişin Məlumat Mərkəzi istifadəyə verilib VİDEO YENİLƏNİB

Gömrük Sərnişin Məlumat Mərkəzi istifadəyə verilib VİDEO YENİLƏNİB

Bakı, 25 yanvar, AZƏRTAC

Yanvarın 25-də Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük Sərnişin Məlumat Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində DGK-nın sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, Komitənin aidiyyəti strukturlarının rəhbərləri, Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp, BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva, Böyük Britaniya Sərhəd Xidmətinin Avrasiya regionu üzrə rəhbəri Mateyu Bekinqem, BMT-nin Terrorizmə qarşı mübarizə İdarəsinin Terrorçuların səyahətləri ilə mübarizə şöbəsinin müdiri Kristin Erika Bredli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digər şəxslər iştirak ediblər.

Gömrük Sərnişin Məlumat Mərkəzi Dövlət Gömrük Komitəsi və Böyük Britaniyanın Sərhəd Xidməti arasında birgə həyata keçirilən “Hunter” layihəsi çərçivəsində və BMT-nin "Terrorçuların Səyahətləri ilə Mübarizə Proqramı"nın dəstəyi əsasında təsis edilib.

Mərkəzin açılışı münasibətilə keçirilən tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Gömrük Sərnişin Məlumat Mərkəzinin fəaliyyətə başlamasının Azərbaycan gömrük xidməti üçün əlamətdar hadisə olduğunu bildirib.

Komitə sədri qeyd edib ki, ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin apardığı zəngin dövlətçilik ənənələrinə söykənən uğurlu daxili və xarici siyasət ölkə iqtisadiyyatını sürətlə inkişaf etdirir və aparılan kompleks islahatlar müstəqil Azərbaycanı dünyanın tərəqqi edən ölkələri sırasında yer almasına şərait yaradıb.

Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı ərazilərimizin azad edilməsi regional inteqrasiyanın gücləndirilməsi, Azərbaycanla yanaşı, qonşu dövlətlərin də iqtisadi inkişafı üçün yeni imkanlar yaradıb. Azərbaycanın “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağında yerləşməsi iqtisadi inkişafa təkan verməklə yanaşı, öz növbəsində təhlükəsizliyin təmin olunması üzrə davamlı səmərəli tədbirlərin həyata keçirilməsini və bu istiqamətdə müasir texnologiyaların tətbiqini zəruri edir.

Ölkəmizin təhlükəsizliyini qorumaq, dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək istiqamətində gömrük orqanlarının son illər həyata keçirdiyi tədbirlərin müsbət nəticələrindən də bəhs edən Komitə sədri fiskal, hüquqpozmalarla mübarizə, ticarətin asanlaşdırılması istiqamətində əldə edilən nailiyyətlər barədə məlumat verib.

Dövlət Gömrük Komitəsinin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini söyləyən Səfər Mehdiyev bu istiqamətdə Böyük Britaniyanın aidiyyəti qurumları və BMT ilə işgüzar münasibətlərdən danışıb və onlara Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulmasında göstərdikləri dəstəyə görə minnətdarlığını bildirib.

Komitə sədri ümidvar olduğunu bildirib ki, Gömrük Sərnişin Məlumat Mərkəzi məlumatların dövlət orqanlarına əvvəlcədən ötürülməsi və səmərəli risk idarəetmə sisteminin tətbiqi ilə dövlət qurumları, aviaşirkətlər və digər maraqlı tərəflər arasında mövcud prosedurların sadələşdirilməsinə, məlumat təhlili bazalarının inkişaf etdirilməsinə, səyahətçilərin gömrük-sərhəd buraxılış məntəqələrindən sürətli keçidinin təmin edilməsinə, ölkəmizin milli maraqlarına zərər verə biləcək şəxslərin və malların ölkəyə daxil olmasının vaxtında qarşısının alınmasına töhfə verəcək.

Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp ölkəmizin gömrük orqanları ilə səmərəli əməkdaşlığından, əldə edilən uğurlardan danışıb və gömrük əməkdaşlarının sərhədlərin təhlükəsizliyi baxımından diqqətəlayiq işlər gördüyünü, həyata keçirilən tədbirlərin ölkələrin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib.

BMT-nin rezident əlaqələndiricisi Vladanka Andreyeva Mərkəzin açılışını mühüm hadisə kimi qiymətləndirib və bunun səmərəli beynəlxalq əməkdaşlığın nəticəsi olduğunu bildirib. BMT nümayəndəsi gömrük orqanlarının təqdirəlayiq fəaliyyət həyata keçirdiyini, iqtisadi, milli və ekoloji təhlükəsizliyin təmin olunmasında, insanların rifah halının yaxşılaşdırılmasında mühüm rol oynadıqlarını diqqətə çatdırıb, qarşılıqlı əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Böyük Britaniya Sərhəd Xidmətinin Avrasiya regionu üzrə rəhbəri Mateyu Bekinqem, BMT-nin Terrorizmə qarşı mübarizə İdarəsinin Terrorçuların səyahətləri ilə mübarizə şöbəsinin müdiri Kristin Erika Bredli, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev çıxış edərək Azərbaycan gömrük xidməti ilə faydalı əməkdaşlıqdan, xüsusilə narkotik vasitələrin aşkar edilməsində ölkəmizin gömrük orqanlarının səmərəli fəaliyyətindən danışıblar. Qeyd olunub ki, Azərbaycan gömrüyünün müasir texnologiyalara, peşəkar kadrlara malik olması layihənin digər ölkələrlə müqayisədə daha qısa zaman kəsiyində reallaşdırılmasına şərait yaradıb.

Sonra Dövlət Gömrük Komitəsi Gömrük Nəzarətinin Təşkili və Ticarətin Asanlaşdırılması Baş İdarəsinin Beynəlxalq ticarətə dəstək şöbəsinin rəisi Rövşən Namazov “Azərbaycanda “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması” üzrə görülən işlər, o cümlədən yeni yaradılan “Gömrük Sərnişin Məlumat Mərkəzinin funksiyaları və məqsədləri” barədə təqdimat nümayiş etdirib.

Xatırladaq ki, “Sərnişinlərə dair ilkin məlumat” (API) və “Sərnişin adlarının qeydiyyatı” (PNR) sistemlərinin qurulması üzrə aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət yaradılmış İşçi Qruplara Dövlət Gömrük Komitəsi rəhbərlik edir.

Daha sonra Mərkəzin açılışında səmərəli fəaliyyətlərinə görə Böyük Britaniyanın Sərhəd Xidməti və BMT-nin aidiyyəti qurumlarının əməkdaşlarına “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 illiyi (1992-2022)” Azərbaycan Respublikasının yubiley medalları təqdim olunub.

Tədbirin sonunda Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasında yerləşən Gömrük Sərnişin Məlumat Mərkəzinin rəsmi açılışı olub.

Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan tədbir iştirakçılarına “goTravel” risk idarəetmə sisteminin tətbiqi ilə bağlı təqdimat nümayiş etdirilib.

 

Gömrük Sərnişin Məlumat Mərkəzi istifadəyə verilib VİDEO YENİLƏNİB

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub