2004-CÜ İL AVROPA ÇEMPİONATININ YARIMFİNALÇILARI DAHA PERSPEKTİVLİDİRLƏR
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, 2006-cı il dünya futbol çempionatında yeni komandalar arasında Çexiya yığmasının yaxşı oyun nümayiş etdirmək şansı daha böyükdür. Bu, çempionatın rəsmi saytının keçirdiyi internet-sorğudan məlum olmuşdur. Respondentlərə “Almaniya çempionatının yeni iştirakçılarından hansı daha irəli çıxacaqdır” sualı ilə müraciət olunmuşdu. Avro-2004-ün yarımfinalçıları ikinci yeri tutmuş ukraynalılardan 12 faiz artıq (32 faiz) səs toplamışlar. Sonrakı yerləri Qana (13 faiz), Kot-d’İvuar (10 faiz), Trinidad və Tobaqo (9 faiz), Serbiya və Çernoqoriya (7 faiz), Anqola və Toqo (hərəsi 4 faiz) tutmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:08]
Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb
- 30.09.2026 [13:43]
Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib
- 30.09.2026 [12:54]
Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb
- 30.09.2026 [12:49]
Fransanın məşhur klubu 1 avroya satılıb
- 30.09.2026 [11:28]
Azərbaycanın 4 velosipedçisi Avropa çempionatında mübarizə aparacaq
- 30.09.2026 [10:46]