2008-2009-CU İLLƏRİN ÇEMPİONLAR LİQASININ FİNALINA BİLETLƏRİN SATIŞI BAŞLANMIŞDIR
Bakı, 3 mart (AZƏRTAC). Geniş kütlə üçün 2008-2009-cu illər Çempionlar liqasının finalına biletlərin satışı başlanmışdır. Avropanın əsas klub turnirinin həlledici “döyüşü” mayın 27-də Romada Olimpiya stadionunda keçiriləcəkdir. Ərizəni yalnız UEFA-nın rəsmi saytında vermək olar.
Əgər tələb təklifdən çox olarsa, verilmiş bütün ərizələr avtomatik olaraq lotereyada iştirak edəcəkdir və lotereyanın yekunları üzrə geniş auditoriya üçün ayrılmış 10 min biletin sahibləri müəyyən olunacaqdır. Onlar, iştirakçıların heyətindən asılı olmayaraq, finala gəlmək istəyən neytral azarkeşlər üçün nəzərdə tutulmuşdur. Lotereya keçiriləcəyi halda ərizə verilməsi tarixinin əhəmiyyəti yoxdur, tək o, nəzərdə tutulmuş müddətdə verilmiş olsun.
Ərizə verən hər kəs iki bilet ala bilər. Geniş kütləyə bu kateqoriyalı biletlər təklif olunur: 1-ci kateqoriya (mərkəzdə) - 200 avro; 2-ci kateqoriya (bir qayda olaraq, künc sektorlar) -140 avro; 3-cü kateqoriya (qapı arxasında) - 90 avro; əlillər üçün yerlər - 70 avro. Biletlərin çatdırılmasının dəyəri - İtaliya sakinləri üçün 21 avro, Avropanın qalan sakinləri üçün 33 avro, qalan dünyanın sakinləri üçün 45 avro.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]