2025–2026-cı tədris ili üçün ümumi təhsildə hədəflər açıqlanıb
Bakı, 12 sentyabr, AZƏRTAC
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 2025–2026-cı tədris ili üçün ümumi təhsildə hədəfləri açıqlayıb.
AZƏRTAC xəbər verir ki, Agentliyin direktoru hədəflərdən birinin Azərbaycan dili və riyaziyyat fənləri üzrə IV və VI sinif monitorinqlərində, həmçinin IX və XI sinif buraxılış imtahanlarında aşağı nəticə göstərən şagirdlərin payını azaltmağı, yüksək nəticə göstərən şagirdlərin payını artırmaq olduğunu söyləyib.
Agentliyin direktorunun sözlərinə görə, rəqəmsal bacarıqlar üzrə V sinifdə zəif göstəricilərin azalmasına nail olmaq nəzərdə tutulur.
Ümumi nəticələrin yaxşılaşdırılması üzrə IV sinif monitorinqlərində yarısından çox şagirdi yüksək nəticə göstərən ümumi təhsil müəssisələrinin sayını artırmaq, şagirdlərinin yarısından çoxu minimum tələbi ödəməyən məktəblərin payını azaltmaq nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:13]
BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:17]
Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [13:00]