İQTİSADİYYAT
2045-ci ilədək OECD ölkələrinin enerji tələbatı azalacaq
Bakı, 12 oktyabr, AZƏRTAC
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (OECD) üzv olmayan ölkələrin enerji tələbatı 2045-ci ilədək gündəlik 76,5 milyon barrel neft ekvivalenti artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə 2045-ci ilədək qlobal iqtisadiyyat, neft və enerji tələbatı və tədarükü üzrə orta və uzunmüddətli proqnozları özündə cəmləşdirən OPEC-in “Dünya Neft Görünüşü 2020” hesabatında deyilir.
Hesabata görə, 2045-ci ilə qədər OECD-yə üzv ölkələrin enerji tələbatı isə sutkada təxminən 4,4 milyon barrel neft ekvivalenti azalacaq.
Çoxalan əhali və iqtisadi artım sayəsində Hindistan, Çin və digər inkişaf etməkdə olan ölkələr artan enerji tələbatında əsas rol oynayacaq. OECD-yə üzv olan inkişaf etmiş ölkələr isə enerji səmərəliliyi və aşağı karbonlu texnologiyaların istifadəsi istiqamətində səylərini artıracaq. Nəticədə enerji tələbatının yarısı Hindistan və Çin tərəfindən formalaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]