Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aqrar sığortanın əhatə etdiyi əkin sahələrinə dəyən 2 milyon manata yaxın zərər ödənəcək - zərərçəkən fermerlərlə görüş VİDEO

Masallı, 1 aprel, İ.Cəfərli, AZƏRTAC

Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri son günlər əkin sahələrinə böyük zərər dəymiş cənub bölgəsinə səfər ediblər.

Fonddan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycan ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti, güclü külək, qasırğa, fırtına, leysan yağışları, selsubasma və digər hallar bölgələrdə əkin sahələrinə zərər vurub.

Baş verən sığorta hadisələri ilə tanış olmaq, hadisələrin araşdırılması və əkin sahələrinə dəyən zərəri müəyyən etmək məqsədilə Aqrar Sığorta Fondunun rəhbərliyi və mütəxəssisləri, eləcə də müstəqil aqrar sığorta ekspertləri Neftçala, Cəlilabad və Masallı rayonlarında olublar.

Səfər zamanı Neftçala rayonunun Xəzərkənd, Cəlilabad rayonunun Göytəpə və Maşlıq, eləcə də Masallı rayonunun Boradıgah kəndlərindəki əkin sahələrinə baxış olub, fermerlərlə görüş keçirilib, onların müraciətləri dinlənilib.

Sözügedən ərazilərdə taxıl-buğda və arpa əkilmiş təqribən 300 hektar sığortalı əkin sahəsinə zərər dəyib.

Neftçalada zərər dəyən əkin sahələrinin sahibləri ilə görüşən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov bildirib ki, hazırda hadisələrin baş verdiyi bütün ərazilərdə zərərin qiymətləndirilməsi prosesi həyata keçirilir: “Neftçala rayonunda 11 min hektara yaxın əkin sahələri Aqrar Sığorta Fondu tərəfindən sığortalanıb. İndiyədək Neftçalada 240 hektara yaxın əkin sahələrinə zərər dəyib. Hadisələr əsasən havaların qeyri-sabit keçməsi və selsubasma nəticəsində baş verib. Bu sahələrdən təqribən 200 min manatlıq məhsulun yığılması gözlənilirdi. Bütün sığorta hadisələri üzrə ödənişlər ediləcək”.

Görüşlərdə fermerlərə bildirilib ki, əkin sahələrinə dəyən zərər iki mərhələdə qiymətləndiriləcək: “Hadisədən dərhal sonra əkin ərazisinə baxış keçirilir, sənədlərin uyğunluğu yoxlanılır və dəyən zərər ilkin olaraq qiymətləndirilir. Növbəti qiymətləndirmə isə biçindən əvvəl həyata keçirilir və əkin sahəsinə dəyən zərərin dəqiq məbləği müəyyən edilir. Yəni, fermerin sahədən gözlədiyi məhsuldarlıqla real olaraq əldə edilən məhsuldarlıq arasında fərq dəqiqləşdirilir”.

Səfər zamanı hadisə yerlərinə baxış keçirilib, fermerlərin sənədləri dəqiqləşdirilib, onlardan əlavə məlumatlar alınıb. Eləcə də ilk dəfə olaraq aqrar sığorta hadisələrinin araşdırılmasında və sahəyə baxış məqsədilə dronlardan istifadə edilib.

“Fermerlərə bildirmək istəyirəm ki, zərərə görə ödəniş edilməsi, onların tam məhsulu biçməsi vaxtında baş verəcək. Məhz həmin vaxt dəqiq bilinəcək ki, sahədən nə qədər məhsul gözlənilirdi və nə qədər məhsul əldə edilib. Məsələn, məhsullar tam məhv olacaqsa, bu, o deməkdir ki, ayrı-ayrı şəxslərə ümumilikdə 200 min manat məbləğində ödəniş ediləcək. Amma zərər məsələn, 70 min manat olacaqsa, fermerlərə həmin məbləğ ödəniləcək və fermerlərin hesabına köçürüləcək, - deyə fond rəhbəri sığorta ödənişi prosesini fermerlərə izah edib.

Fond rəhbəri bildirib ki, hadisələrin araşdırılması prosesində digər müvafiq icra hakimiyyəti orqanlarına da müraciət ediləcək və hadisənin baş verməsi barədə onlardan da rəylər alınacaq.

Aqrar Sığorta Fondunun rəhbərliyi və nümayəndələri ilə görüşən Neftçala, Cəlilabad və Masallıdan olan fermerlər Fondun hadisələrə belə tez reaksiya verməsindən və çevik işləməsindən məmnun qaldıqlarını bildiriblər. Fermerlərin bəziləri etiraf edib ki, sahələrini sığorta edərkən bunun formal proses olduğunu, hadisə baş verdikdə ödəniş almayacaqlarını düşünüblər, amma hadisələrin araşdırılmasından sonra fikirlərini dəyişiblər: “Aqrar sığorta sisteminin belə sürətli işləyəcəyini gözləmirdik”.

Fermerlər fond rəhbərliyinə çoxsaylı məsələlər barədə suallar ünvanlayıb, xüsusilə üçüncü şəxslərin hərəkətlər, o cümlədən əkin sahələrinə mal-qaranın buraxılması ilə bağlı dəyən zərərin ödənilməsi prosesi ilə maraqlanıblar. Onlara ətraflı cavablar və izahatlar verilib.

Fuad Sadıqov bir daha fermerləri əkin sahələrinə baxış keçirməyə və hadisə baş verdiyi halda Aqrar Sığorta Fonduna məlumat verməyə çağırıb: “Xatırladım ki, 2-3 həftə əvvəl Qobustan rayonu ərazisində güclü külək nəticəsində taxıl sahələri təqribən 10 santimetr qalınlığında qum qatı ilə örtülüb. Bu da məhsuldarlığın kifayət qədər azalmasına səbəb olacaq. Artıq həmin sahələrə baxış keçirilib. Fermerlərə bu sahədə nə qədər zərər dəyibsə, onlar mütləq şəkildə fond tərəfindən ödəniləcək”.

Fond rəhbərliyi bildirib ki, indiyədək sığortalanan əkin sahələrində baş verən hadisələr üzrə zərərlərin həcmi, ilkin qiymətləndirməyə görə 2 milyon manata çatır. “Fond bu zərərləri tamamilə qarşılamaq gücündədir, hadisələrin hamısı araşdırılır və fermerlərə dəyən zərərə görə, müvafiq ödənişlər ediləcək”, - deyə o vurğulayıb.

Hadisələr nəticəsində zərər çəkən, amma sığortalı olmayan fermerlərə gəlincə, Fond rəhbəri deyib ki, ASF tərəfindən ödənişlər yalnız sığortalı sahələrə görə ediləcək: “Sığorta xidmətindən istifadə etmiş bütün fermerlərin zərərləri qarşılanacaq. İndiyədək öz sahələrini sığorta etməyən fermerlərə isə növbəti ildə hökmən əkin sahələrini sığortalamağı, bununla da öz zəhmətlərinə dəyər verməyi, məhsullarını və gəlirlərini qorumağı tövsiyə edirəm”.

Xatırladaq ki, Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi çərçivəsində 41 bitki, əkin sahələri və məhsullar 30-a yaxın riskdən qorunur. Fermerlərə dəstək məqsədilə hesablanmış sığorta haqqının 50 faizini dövlət ödəyir.

Aqrar sığortanın əhatə etdiyi meyvə məhsullarının sığorta şərtləri və tarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik məhsulları” bölməsində ətraflı tanış olmaq mümkündür.

Fermerlər əkin sahələrinin sığortası üzrə sığorta haqlarını və ödənişləri Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsində “Bitkiçilik kalkulyatoru” bölməsində hesablaya bilərlər.

Əlavə məlumatları ASF-nin sosial şəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqə saxlamaqla əldə etmək olar.

Aqrar sığortanın əhatə etdiyi əkin sahələrinə dəyən 2 milyon manata yaxın zərər ödənəcək - zərərçəkən fermerlərlə görüş VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Avropa Kuboku: Azərbaycan basketbol millisi finala yüksəlib

İsrail Beyrutun cənubundakı hədəflərə zərbələr endirib

Şəhid mayor Elnur Hacıyevin xatirəsi anılıb

“Gimnastika hamı üçün” festivalı başa çatıb

Baş katib: “Gimnastika hamı üçün” festivalına maraq ildən-ilə artır

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

Qarabağın və Şərqi Zəngəzurun aqrar gələcəyi ilə bağlı yeni planlar nələrdir? VİDEO

BDU-nun nəzdində “Gənc istedadlar” liseyində “Son zəng”

Peru Prezidenti Azərbaycan səfirinin etimadnaməsini qəbul edib

Almatıda TDT-nin Beynəlxalq Gənclər Düşərgəsi başa çatıb

Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib

Heydər Əliyevin Ukrayna xalqı qarşısında xidmətləri – tarixi faktlar və rəylər

Milli Qurtuluş Günü dövlətçiliyin xilası, xalqın birliyi və gələcəyə inamın təntənəsidir- ŞƏRH

Sərhədçi gənc əsgərlər Vətənə sədaqət andı içiblər

Oğuzda Milli Qurtuluş Günü qeyd olunub

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Türkiyədə “Ankara Hava Limanı”nın açılışı olacaq

Ebola virusu Konqoda sürətlə yayılır

Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər

Ukraynalı filosof: Heydər Əliyevin qayıdışı ilə onilliklər boyu düşünə bilən bir dövlətin təməli qoyulurdu

Aİ siyasətçilərinin demoqrafik böhranla bağlı narahatlıqları artıb

AAYDA: Sel suları nəticəsində zədələnmiş 25 avtomobil yolunda infrastruktur bərpa edilir

Milli Qurtuluş Günü münasibətilə vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Xətai rayonunda şəhid mayor İlqar Verdiyevin şərəfinə ucaldılmış abidənin açılışı olub VİDEO

Britaniyada həkimlər hökumətin yeni təklifindən sonra tətili təxirə salıblar

Kurık limanında Trans-Xəzər fiber-optik kabel xətti üçün yük qəbul edilib

Zelenski Rusiya ərazilərinə endirilən hava zərbələrinin detallarını açıqlayıb

Aygün Attar: Bu günün güclü, qalib və suveren Azərbaycanı Heydər Əliyev dövlətçilik məktəbinin parlaq nəticəsidir

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub VİDEO

Qazaxıstan-Rusiya sərhədində yük maşınlarının sıxlığı müşahidə olunur

Britaniya La-Manş boğazında Rusiyanın “kölgə donanmasına” məxsus neft tankerini saxlayıb

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

Akkan Suver: Azərbaycan öz uğurlarının əsasını 15 iyun 1993-cü ildə qoyulmuş dövlətçilik kursuna borcludur

Türkiyə Avropa Parlamentində səsverməyə çıxarılacaq layihəyə etiraz edib

Abşeron rayonunda Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaqlar

Bu saata olan əsas xəbərlər

MDU-nun rektoru: Milli Qurtuluş Günü Azərbaycan təhsilinin uğurlu gələcəyinə gedən yolun təməlidir

“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu təşkil olunub

Balakəndə “Qurtuluşdan Zəfərə” konfransı baş tutub

Qurtuluşdan Böyük Zəfərə: Heydər Əliyev siyasətinin tarixi nəticələri

Mədəniyyət Nazirliyi yazıçı-dramaturq Hidayət Orucovun vəfatı ilə bağlı məlumat yayıb

Fuad Rəsulov: Bu gün minlərlə xəstənin həyatının xilas edilməsində dövlət dəstəyi mühüm rol oynayır

Ağdamda ildırım düşməsi nəticəsində baş vermiş yanğın söndürülüb – YENİLƏNİB

Türkiyə millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

Dünya bazarında qızıl və gümüş bahalaşıb

Dünya birjalarında neft ucuzlaşıb

Yəmənli alpinist vulkan kraterinə yıxılaraq ölüb

Milli Qurtuluş Günü və məhkəmə hakimiyyətinin formalaşması

İyunun 14-ü Ümumdünya Qan Donoru Günüdür

15 İyun Türk dünyasının strateji birliyinə aparan yolun başlanğıcı oldu - ŞƏRH

Konqoda Eboladan ölənlərin sayı 149-a çatıb

Floridada helikopter qəzaya uğrayıb, dörd nəfər xəsarət alıb

ABŞ-dən İrana dəniz blokadası: 141 ticarət gəmisi ələ keçirilib

Dünya çempionatı: Braziliya millisi xal itirib

Kaluqa hava limanı fəaliyyətini dayandırıb

Ralf Ranqnik Avstriya millisi ilə yeni müqavilə imzalayıb

Şimali Koreyadan ABŞ-yə cavab: Nüvə dövləti olaraq qalacağıq

İsveçrə yığması dünya çempionatları tarixində ilk penalti qolunu vurub

“Axios”: ABŞ və İran arasında atəşkəsi uzadacaq virtual memorandum hazırlanır

Dünya çempionatı: Qətər son dəqiqə qolu ilə bir xal qazanıb

Tbilisidə 11 əvvəl baş vermiş təbii fəlakət qurbanlarının xatirəsi anılıb

DİN: “Son zəng” tədbirləri yüksək təhlükəsizlik şəraitində başa çatıb

MDU beynəlxalq reytinqdə ilk dəfə iştirak edib, ölkə üzrə 12-ci yerdə qərarlaşıb

Makron Versal sarayında Trampın şərəfinə rəsmi qəbul təşkil edəcək

BDU-da cari tədris ilini ən yüksək ÜOMG ilə bitirən məzunların adları açıqlanıb

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Tovuzda ağır yol qəzası olub, ölən var VİDEO

Belfastda irqi ayrı-seçkiliyə qarşı aksiyaya minlərlə insan qatılıb

Naxçıvanda ildırım düşməsi nəticəsində yanğın baş verib VİDEO

Marneulidə “Qurtuluşdan Zəfərə” adlı tədbir təşkil olunub

Azərbaycanda daha çox hansı qan qruplarına ehtiyac olur?

15 İyun xalqın strateji seçimi idi – ŞƏRH

Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub

Şahin İsmayılov: Milli Qurtuluş Günü müdrik xalqımızın Ümummilli Liderinə yüksək ehtiramının ifadəsidir

Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb

Milli Qurtuluş Günü - Azərbaycan dövlətçiliyinin xilası və inkişaf yolunun başlanğıcı

ABŞ Prezidenti: İranla müqavilənin sabah imzalanması planlaşdırılır

Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb VİDEO

On il sonra Almaniyada 4,3 milyon işçiyə ehtiyac yarana bilər

Heydər Əliyev adına Hərbi Liseyin 26-cı buraxılış mərasimi olub

Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb

Bu saata olan əsas xəbərlər

Rəsmi Kiyev: Ukrayna heç vaxt bioloji silah hazırlamayıb

Yeni Azərbaycan Partiyası ilə “Belaya Rus” Partiyası arasında Qarşılıqlı Anlaşma və Əməkdaşlıq Memorandumu imzalanıb

15 İyun siyasi iradənin bərpası, planlı inkişafın və uzunmüddətli strategiyanın başlanğıcıdır – ŞƏRH

Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub

Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib

Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib

TADDEF sədrinin müavini: Türkiyədə Heydər Əliyevin xatirəsini sevgi və ehtiramla anırlar

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO

İstedadlı şagirdlərimiz riyaziyyat və məntiq üzrə ASPIRE olimpiadasının qalibi olublar

“Köklərdən inkişafa doğru”: Bakıda “Nine Senses Fest – 2026” festivalı davam edir

Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin xilas edildiyi tarix kimi xalqımızın yaddaşında əbədi yaşayacaq – ŞƏRH

Otuz üç ildən sonra Horovluda “Son zəng” çalınıb

Qazax-Tovuz regionunda 6678 şagird məzun olub

YAP Sədrinin müavini ilə Ulusal Birlik Partiyasının Sədri arasında görüş olub

Paytaxt məktəblərində “Son zəng” tədbirləri təşkil olunub

“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”