Azərbaycan Dövlət İnformasiya Agentliyi

20 Yanvar – müstəqilliyə gedən yolun başlanğıcı

20 Yanvar – müstəqilliyə gedən yolun başlanğıcı

Bakı, 19 yanvar, AZƏRTAC

Məlum olduğu kimi, 1990-cı il yanvarın 20-də sovet rəhbərliyi Azərbaycanın paytaxtı Bakıya qoşun hissələrini yeridib dinc əhaliyə divan tutaraq günahsız insanları amansızlıqla qətlə yetirdi. Bu hadisə nə üçün baş verdi? Ona gətirən yol necə olub?

AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “20 Yanvar - müstəqilliyə gedən yolun başlanğıcı” adlı məqaləsini təqdim edir.

Bəşəriyyətə və insanlığa qarşı ağır cinayət

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan televiziyasının enerji bloku partladıldı. Bu addımı atmaqla mərkəzi hakimiyyət əsasən iki məqsəd güdürdü: Birincisi, Bakıda və respublikanın digər rayonlarında sovet ordusunun törətdiyi vəhşiliklərdən əhali xəbər tuta bilməsin. İkincisi, televiziya işləyəcəyi təqdirdə bütün əhaliyə müraciət ola bilər, xalq mərkəzi hakimiyyətə qarşı üsyana qalxa bilərdi.

M.Qorbaçov yanvarın 19-da Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə dekret imzaladı və yanvarın 20-nə keçən gecə əsasən Rostov, Krasnodar və Stavropoldan gətirilmiş ehtiyat əsgər və zabitlərdən komplektləşdirilmiş ordu hissələrinə Bakıda dinc əhaliyə qarşı silah işlətmək əmrini verdi. Əsgər və zabitlər arasında ermənilər də var idi.

Ölkəni xarici hərbi müdaxilədən qorumalı olan ordu Bakıda və Azərbaycanın digər ərazilərində dinc əhaliyə qarşı görünməmiş vəhşiliklər törətdi. Kütləvi qırğın nəticəsində 131 nəfər dinc vətəndaş öldürüldü, 744 nəfər yaralandı, 12 nəfər itkin düşdü. Həlak olanların arasında uşaqlar, qadınlar, qocalar, həmçinin təcili yardım işçiləri var idi. Dinc əhali arasında kütləvi həbslər aparıldı. Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib. Onların bir qismi SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərildi. Bundan əlavə, vətəndaşların mülkiyyətinə ziyan dəydi, evləri, maşınları gülləbaran edildi. Dövlət əmlakına da ziyan dəydi.

20 Yanvar hadisəsi Azərbaycanda hakimiyyət dəyişikliyinə gətirdi. Əbdürrəhman Vəzirov respublikadan qaçdı. Azərbaycan Xalq Cəbhəsinin liderləri də qaçıb gizləndilər. Xalq başsız qalmışdı. Bir neçə gün sonra Mərkəzi Komitənin plenumunda Ayaz Mütəllibov Azərbaycan KP MK-nın birinci katibi seçildi.

Bu zaman sərt nəzarət altında olan böyük dövlət və siyasi xadim Heydər Əliyev, oğlu İlham Əliyev və digər ailə üzvləri Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verdi, respublika və sovet rəhbərliyinin qanlı hərəkətlərini ittiham etdi, baş verən hadisəni hüquqa zidd, demokratiyaya yad, humanizm prinsiplərinin əleyhinə olan kimi qiymətləndirdi.

20 Yanvar hadisəsi sovet hakimiyyətinin vətəndaşlarına qarşı törətdiyi ağır cinayət idi. Ordu ölkə daxilində mülki vətəndaşlara qarşı silah işlətmişdi.

Şəhidlər 1918-ci il 31 mart soyqırımı qurbanların dəfn edildiyi Çəmbərəkənd qəbiristanlığında torpağa tapşırıldı. Dəfn mərasimində təxminən 2 milyon nəfər iştirak etdi.

SSRİ-nin əsaslarının sarsılması və Azərbaycan xalqının həyatında dönüş anı

20 Yanvar hadisəsi SSRİ-nin mövcudluğuna son qoyan amillərdən biri oldu. Bu, sovet siyasi sisteminin böhranını, M.Qorbaçovun yenidənqurma, aşkarlıq və demokratikləşdirmə siyasətinin iflasını göstərdi. Azərbaycan xalqı və hakimiyyət arasında uçurum daha da dərinləşdi. Həlak olanların xatirəsinə ehtiram olaraq Azərbaycanda fabrik və zavodlar 40 gün işləmədi. Bu isə vahid bir zəncir kimi bir-birinə bağlanmış sovet iqtisadiyyatının dağılmasına ciddi təsir etdi. Ölkənin iqtisadi əsasları sarsıldı.

Xalqın orduya, xüsusi xidmət orqanlarına, bütövlükdə mərkəzi hakimiyyətə olan inamı tamamilə sarsıldı.

Kommunistlər partiya biletlərindən imtina etməklə SSRİ-nin ideoloji əsasını sarsıtdılar. Moskvadan başlayaraq ən ucqar dağ kəndlərindəki partiya təşkilatlarına qədər sıx bağlı olan bu təşkilatın sonu yaxınlaşdı.

20 Yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Xalq bundan sonra mərkəz ilə yolunun bir olmayacağını, keçmişə qayıdışın mümkünsüzlüyünü dərk etdi və yerli hakimiyyətə də etimad bəsləmədi. Azərbaycan xalqı nicat yolunu yalnız dövlət müstəqilliyində gördü.

Mərkəzin sovet atributlarından imtina edilir

Belə bir şəraitdə Moskvada yaşamaq mümkün olmadığından Bakıya, oradan da doğulduğu Naxçıvana gedən Heydər Əliyev 1990-cı ilin sentyabrında keçirilən seçkilərdə həm Naxçıvan MSSR Ali Sovetinin, həm də Azərbaycan SSR Ali Sovetinin deputatı seçildi. Ağsaqqal deputat olaraq Heydər Əliyevin sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 1990-cı il noyabrın 17-də keçirilən birinci sessiyasının qərarı ilə Naxçıvan MSSR adından “Sovet Sosialist” ifadələri çıxarılaraq Naxçıvan Muxtar Respublikası adlandırıldı. Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağı rəsmi olaraq qəbul edildi. Sessiya Azərbaycan SSR Ali Sovetinə müraciət edərək sovet sosialist ifadələrindən imtina etməyi, üçrəngli bayrağı dövlət bayrağı olaraq qəbul etməyi təklif etdi. Naxçıvanda sovet sistemindən imtina olunması geniş əks-səda doğurdu. Naxçıvan müstəqil Azərbaycan dövlətçiliyinin onurğa sütunu oldu.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1990-cı il 21 noyabr tarixli sessiya iclasında “1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında” qərar qəbul edildi. Sənəddə törədilən qanlı hadisələr ittiham edilirdi. Bu qərarla 20 Yanvar Naxçıvan Muxtar Respublikasında Milli Matəm Günü kimi qeyd olunmağa başladı.

1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin qərarı ilə Azərbaycan Respublikası adı rəsmi olaraq qəbul edildi. Martın 17-də ölkədə SSRİ-nin saxlanılıb-saxlanılmaması barədə referendum keçirildi. SSRİ-nin saxlanılması tərəfdarları üstünlük qazandılar. Azərbaycanda isə Naxçıvan Muxtar Respublikasında referendum boykot edildi.

Dünyada və ölkədə baş verən obyektiv proseslərin təsiri altında SSRİ-nin dağılması sürətləndi. 1991-ci il avqustun 19-da M.Qorbaçovun devrilməsi məqsədi ilə edilən çevriliş cəhdi iflasa uğradıqdan sonra ölkənin dağılması sürətləndi. Azərbaycan 1991-ci il avqustun 30-da dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul etdi. Bir müddət sonra hələ SSRİ mövcud olduğu bir şəraitdə -oktyabrın 18-də isə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya aktı qəbul olundu.

Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da 31 dekabr tarixinin dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edilməsi haqqında qərar qəbul edildi. Beləliklə, Heydər Əliyev imperiyanın Azərbaycan xalqı üzərinə atmaq istədiyi ləkəni silərək ilk dəfə olaraq cəmiyyətə və dünya azərbaycanlılarına həmrəylik ideyasını gətirdi. Həmin ilin dekabrın 25-də Bakıda ölkə parlamentində 31 Dekabr gününü Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi qəbul edən müvafiq qanun qəbul olundu.

Şəhid adının uca tutulması və ailələrinə dövlət qayğısı

Heydər Əliyev ölkə rəhbəri seçildikdən sonra 20 Yanvar hadisəsinə hüquqi-siyasi qiymət verilməsindən ötrü zəruri addımlar atdı. 1994-cü il martın 29-da onun təşəbbüsü ilə bu hadisəyə hüquqi-siyasi qiymət verildi, totalitar kommunist rejimi tərəfindən Azərbaycan xalqına qarşı hərbi təcavüz və cinayət kimi qiymətləndirildi.

Azərbaycan Respublikasının Prezidentinin 1998-ci il 31 mart tarixli Fərmanı ilə də “20 Yanvar Şəhidi" fəxri adı təsis edildi. Bu gün ölkədə təxminən 150 nəfər 20 Yanvar şəhidi vardır. Şəhid ailələri dövlətin qayğısı və himayəsi altındadır. Təkcə bir faktı demək kifayətdir ki, Prezident İlham Əliyevin 2023-cü il 11 yanvar tarixli Fərmanı ilə 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği bu ilin əvvəlindən etibarən 600 manat müəyyən edilib.

20 Yanvar və bütün şəhidlərin ruhu ehtiramla yad edilir. Şəhidlər xiyabanını ziyarət etmək dövlət protokoluna daxil edilib. Hər il yanvarın 20-də Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edərək xatirələrinə ehtiramını bildirir. Xarici qonaqlar da Şəhidlər xiyabanını ziyarət edərək əklil qoyurlar.

20 Yanvar şəhidlərinin ruhu bu gün şaddır. Arzuları həyata keçirilib. Torpaqlar işğaldan azad edilib. Güclü Azərbaycan dövləti vardır. Xankəndi, Xocalı, Xocavənd, Əsgəran və digər yerlərdə də bayrağımızın ucaldılacağı gün uzaqda deyildir.

Alınacaq ibrət dərsləri

20 Yanvar hadisəsi bir sıra ibrət dərsləri almağa imkan verir. Millət öz idealları və qarşıya qoyduğu məqsədlər naminə əzmkar olmalı, kimsədən yardım ummamalı, yalnız özünə güvənməlidir. Heç bir güc milli iradədən üstün deyildir. Azərbaycan xalqının inkişafının və qarşıya qoyduğu məqsədlərə çatmasının təməlində güclü dövlət və qüdrətli dövlət rəhbəri amilləri dayanır. Xaos, anarxiya və zəif hakimiyyət millətin yolunda başlıca əngəldir. Azərbaycan xalqı daim yenilənməli, inkişaf etməli, dövləti güclü olmalı və vətənpərvərlik hissləri güclü olmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvan Muxtar Respublikasının 7 yaşayış məntəqəsində minifutbol meydançaları yaradılacaq

“Əmək sahəsində” standartlaşdırma üzrə Texniki Komitədə daha 20 standart layihəyə baxılıb

® “AzInTelecom” “ICTWEEK Uzbekistan 2026”da rəqəmsal həllərini təqdim edib

Azərbaycan enerji və logistika imkanlarını birləşdirən sabit iqtisadi məkandır - ŞƏRH

Tufan Erhürman: Kipr probleminin həlli üçün “nəticəyə yönəlmiş danışıqlara” hazırıq

Azərbaycan idmançıları hapkido üzrə dünya birinciliyi və çempionatında 13 medal qazanıblar

Postmüharibə dövründə şəhid ailəsi üzvü və müharibə iştirakçısı olan 30 min 700 şəxsin məşğulluğuna dəstək göstərilib

Avropanın təhlükəsizliyi gücləndirilir: Aİ beş hərbi layihəni təsdiqləyib

Azərbaycanın dağ-mədən və metallurgiya sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatına yeni imkanlar açır - ŞƏRH

Krakov şəhərində soydaşlarımıza səyyar konsulluq xidməti göstərilib

Biləsuvarda pambıq yığımına start verilib

® “Bakcell” İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq

Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu

Azərbaycan ən uğurlu inkişaf modelini seçib ŞƏRH

Rusiya ordusunun Dneprdəki biznes mərkəzinə hücumu zamanı 3 nəfər ölüb

Firdovsiyyə Əhmədova: Kilsə arxivlərinin Ermənistana verilməsi tarixi həqiqətlərin təhrifinə şərait yaradıb

Peskov: Ukrayna ilə bağlı danışıqların bərpası qərarı Rusiyanın maraqlarına əsaslanaraq veriləcək

Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət

İraq ABŞ qüvvələrinin Bağdaddakı əsas qərargahını təhvil alıb

Tarixçi-alim: Ermənilərin bu bölgələrə köçürülməsindən sonra Qafqaz Albaniyasının tarixi saxtalaşdırılıb

Çinli turist: Azərbaycanın palçıq vulkanlarını canlı görmək tamam fərqli və həyəcanvericidir

Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar

Sarayevoda 27 Sentyabr - Anım Günü qeyd olunub

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Ağsuda dağlıq ərazidə yanğın baş verib VİDEO

Xəlvətiyyədən Gülşəniyyəyə: Seyid Yəhya Bakuvi irsinin davamı

Politoloq: Ermənilər xristianlıq amilindən istifadə etməklə saxta tarixlərini əsaslandırmağa çalışırlar

Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

Şimali Kipr sahillərində batan gəmidə itkin düşmüş şəxslərin axtarışı zamanı iki cəsəd tapılıb

“Fənərbağça”nın yoldaşlıq oyunu üçün Azərbaycana gəliş tarixi məlum olub

Gənclər və İdman Nazirliyi ilə İƏT arasında əməkdaşlıq müzakirə edilib

Ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələrinə SosialLab müsabiqəsinin şərtləri barədə məlumat verilib

Çin və ABŞ 60 milyard dollarlıq sövdələşmə barədə razılığa gəlib

Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu

FAO və Xəzər Universiteti quduzluğun qarşısının alınmasında birgə səyləri gücləndirməyə çağırır

“Mançester Siti”nin maliyyə qaydalarının pozulması ilə bağlı işi illərlə davam edə bilər

Çin XİN: BMT-nin yeni Baş katibi səriştəli, qərəzsiz və dürüst olmalıdır

Azərbaycan millisinin voleybolçusu “Murov Az Terminal”a keçib

“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr

Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi

Messi cərimə zərbəsi qollarında yeni rekorda yaxınlaşır

Qripə qarşı peyvənd nə vaxt vurulmalıdır? – TƏBİB açıqlayır

Ukrayna ordusu Rusiyanın Krasnodar diyarında dörd neft bazasına zərbələr endirib

“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya

“HÜRKUŞ-II” təlim təyyarələrinin ilk partiyası Türkiyə HHQ-ə təhvil verilib

Böyük Britaniya strateji hərbi layihələrdə xarici şirkətlərin iştirakını məhdudlaşdırır

Naxçıvan Muxtar Respublikasının təhsil naziri kollektivə təqdim olunub

“Turan” klubunun Çempionlar Liqasındakı ilk ev oyununun biletləri pulsuz olacaq

Azərbaycanın investisiya imkanları yeni mərhələdə - ŞƏRH

Sudan və Efiopiya üsyançı qüvvələri dəstəkləməkdə ittiham olunur

Kardioloq: Ürək-damar xəstəliklərinin qarşısının alınması üçün sağlam həyat tərzi və düzgün qidalanma vərdişləri vacibdir

AQTA-nın sədri sahibkarları dinləyəcək

® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi

Türk İnvestisiya Fondu Almatı Beynəlxalq Hava Limanının modernləşdirilməsinə maliyyə vəsaiti ayırıb

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Şahin Bağırov: Azərbaycanın NCTS-yə qoşulması istiqamətində işlər davam etdirilir VİDEO

Böyük Qayıdış: Xocavənddə yeni xəstəxana fəaliyyətə başlayıb

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Göygöldə Azərbaycan, Türkiyə və Gürcüstan gömrük xidmətlərinin üçtərəfli iclası olub VİDEO

Vətən müharibəsi şəhidləri Tallində yad edilib

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

® Qızıl payız fürsəti lombard kreditində aylıq cəmi 1 faizdən başlayır

Qazaxıstan nümayəndə heyəti Azərbaycan Mərkəzi Bankında olub

Azərbaycanı Dünya Kubokunda təmsil edəcək üzgüçülər bəlli olub

Bu ilin ilk 8 ayında Palçıq Vulkanları Turizm Kompleksində 150 ölkədən 26 mindən çox turist olub

Avrokomissar üzv ölkələri enerji istehlakını azaltmağa çağırıb

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Ağstafada 34 yaşlı kişi qətlə yetirilib VİDEO

Yanvar-avqust aylarında 32 min 440 uşağa reabilitasiya xidmətləri göstərilib

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Bakının bir neçə küçəsində həftəsonları avtomobillərin hərəkətinə qoyulan qadağa bütün günləri əhatə edəcək VİDEO

Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır

Qazaxıstan millisinin sabiq məşqçisi “Sabah” klubunda təcrübə keçəcək

Hesabat: TDT ölkələrinin ticarət həcmi 1,27 trilyon dollara çatıb

İsrail Niderlandın Fələstindəki nümayəndələrinin diplomatik statusunu ləğv edib

Qarabağ və Şərqi Zəngəzurda məşğulluq imkanları genişlənəcək - ŞƏRH

Bir əsri geridə qoyan ömür: Azərbaycanın ən yaşlı sakini Rubeydə Gülməmmədovanın həyat yolu

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Aralıq dənizində 2100 illik keramika məmulatları aşkarlanıb VİDEO

Lalə Əliyeva: Nizami Gəncəvi mənəvi əbədilik qazanan elm, ürfan və poeziya günəşidir

Qazaxıstanda “Starlink Mobile” peyk mobil şəbəkəsi istifadəyə verilib

“Cahangirbəyli” stansiyasında indiyədək 45,6 milyon kilovat/saat enerji istehsal edilib

Türk ekspert: Avrasiyanın yolları Azərbaycanda kəsişir

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət edirlər

Azərbaycanın idman gimnastı Parisdə bürünc medal qazanıb

İnvestorlar nə üçün məhz Azərbaycanı seçirlər?

® “Unibank” və FMO əməkdaşlığı bərpa edir: 50 milyon dollar kredit sazişi imzalanıb

Ekspert: İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəmizin böyük iqtisadi potensialını göstərdi

Baş prokuror: Veteranlarla əməkdaşlığı davam etdirəcəyik

Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb

Vətən dar gündə tanınar: 44 günün dövlətçilik və milli həmrəylik dərsləri - ŞƏRH

Arif Əsədov: Millimizin qrupda birinci olmaq üçün yaxşı şansı var

Finlandiya müdafiə naziri İsrail silahlarına üstünlük verdiyini bildirib

Lüksemburqda 27 Sentyabr - Anım Günü qeyd olunub

İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH

“İnter” Hakan Çalhanoğlunun maaşında endirim istəyir

Gürcüstan Asiya İnfrastruktur İnvestisiya Bankı ilə Orta Dəhlizlə bağlı 158,5 milyon avroluq müqavilə imzalayıb

Türkiyə ildə 50 ton qızıl hasil edə bilər

Gənc Tamaşaçılar Teatrında “İnanıram” tamaşası nümayiş olunub

Sentyabrda Yaxın Şərq ölkələrinin neft ixracı fevraldan bəri ən yüksək göstəriciyə çatıb

DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək

“İki əsgər” Şuşa Dövlət Musiqili Dram Teatrında

Çin üç mühüm sahədə ABŞ ilə razılıq əldə etdiyini açıqlayıb

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Kamran Əliyev: Ermənistan vətəndaşlarına ittiham elan olunması və onların məhkəmə işinin yekunlaşması tarixi işdir VİDEO

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 28 sentyabr