20 Yanvar - xalqımızın taleyində unudulmayacaq gün
Bakı, 19 yanvar, AZƏRTAC
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr edilmiş tədbir keçirilib. Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun baş direktoru professor Abbas Seyidov 20 Yanvar faciəsi haqqında geniş məruzə ilə çıxış edib. Bildirilib ki, faciənin səhəri günü - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib.
Həmçinin institutun Həmkarlar Təşkilatının sədri dosent Pirağa İsmayılzadə, professorlar Qafar Cəbiyev, Əsədulla Cəfərov və Əliağa Məmmədli çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan xalqının taleyində unudulmayacaq gün olduğunu bildiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [15:31]
Alban xristian irsinin tanıtımında vətəndaş sektorunun rolu
- 28.09.2026 [15:02]
Qazaxıstanlı tədqiqatçılar MEK-in fondu ilə tanış olublar
- 28.09.2026 [14:35]
Şəhid anası: Ən böyük əsərim oğlum Emil oldu
- 28.09.2026 [14:21]
“Birinci Türkoloji Qurultay 100: tarixə nəzər” – yeni nəşr
- 28.09.2026 [14:17]
Seyid Yəhya Bakuvi irsi - əsrlərin yaddaşına həkk olunan irfan məktəbi
- 28.09.2026 [14:03]
“Şərq memarlıq ənənələri və Əcəmi Naxçıvani” - elmi sessiya
- 28.09.2026 [12:29]
Azərbaycan komandası kibertəhlükəsizlik üzrə beynəlxalq yarışda uğur qazanıb
- 28.09.2026 [12:04]
DİM-in sürücülük imtahanında 580-dən çox namizəd iştirak edəcək
- 28.09.2026 [11:53]