Rəfiqə Hüseynzadə: SOCAR bu ilin sonunadək hasilatda səmt qazlarının emissiyasını sıfra endirməyi planlaşdırır VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
SOCAR bu ilin sonunadək hasilatda səmt qazlarının emissiyasını sıfra çatdırmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu sözləri SOCAR-ın Ekologiya üzrə vitse-prezidenti Rəfiqə Hüseynzadə Bakı Enerji Forumunda deyib.
R. Hüseynzadə bildirib ki, ötən il bu göstərici 2 faiz səviyyəsində olub. SOCAR karbonlaşsızdırma, enerji effektivliyi, səmt qazlarının yığılması və digər ekoloji məsələlər üzrə də aktiv fəaliyyət göstərir.