“Kubinka”da narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər saxlanılıb VİDEO
Bakı, 25 avqust, AZƏRTAC
Paytaxtın Yasamal rayonu Zivər bəy Əhmədbəyov (“Kubinka”) küçəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 8 nəfər müəyyən olunaraq saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Yasamal Rayon Polis İdarəsi və 27-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həmin şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Araşdırmalar davam etdirilir.