CƏMİYYƏT
Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan İran vətəndaşları saxlanılıb VİDEO
Bakı, 10 dekabr, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 9-da gecə saat 22:00 radələrində İran İslam Respublikasının Germi şəhərinin sakinləri Bədəli Reza İsa oğlu və Qafarzadə Mehdi Murtaza oğlu saxlanılıblar.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onların üzərində olan bağlamaya baxış keçirilərkən 5 kiloqram marixuana, 360 ədəd psixotrop maddə olan pregabiox həbi, 100 ədəd actopentin həbi, 60 qram kokain və 1 ədəd bıçaq aşkar edilərək götürülüb.
Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.