Qubada poçtdan oğurluğa cəhd edən şəxs saxlanılıb VİDEO
Quba, 15 dekabr, Elxan Yusifli, AZƏRTAC
Oğurluq etməkdə şübhəli bilinən rayon sakini İlkin Piriyev Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, həmin şəxs rayon ərazisində olan marketlərdən birinə daxil olaraq oradan 490 manat pul və 20 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığını, eləcə də Quba Poçt filialının Birinci Nügədi poçt şöbəsinə maddi ziyan vurmaqla oğurluğa cəhd etdiyini etiraf edib.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb və araşdırmalar davam etdirilir.