REGİONLAR
Sabirabadda yol qəzası baş verib, xəsarət alanlar var VİDEO







Sabirabad, 12 yanvar, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər xəsarət alıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 21-ci kilometrliyində, Sabirabad rayonu Nərimankənd kənd ərazisində qeydə alınıb. Qəza zamanı “Mercedes” markalı minik maşını və “Toyota” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri Abbasova Nailə Rəhim qızı və Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.