CƏMİYYƏT
“Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı yeni sosial çarx hazırlanıb VİDEO




Bakı, 10 iyul, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu tərəfindən “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır” adlı sosial çarx hazırlanıb.
Bu barədə AZƏRTAC-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupundan məlumat verilib.
Sosial rolikdə narkotik istifadəçisi olan bir gəncin narkotikdən istifadə etdiyini ailəsindən və yaxınlarından gizlətməyə çalışması təsvir olunub. Yekun olaraq videoçarx “Narkotiklərdən istifadə beyində silinməz izlər buraxır" xəbərdaredici şüarları ilə tamamlanıb. Maarifləndirici sosial rolikin media subyektləri vasitəsilə, eyni zamanda, sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.