Azərbaycan Dövlət İnformasiya Agentliyi

Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib VİDEO

Bakı, 13 iyul, AZƏRTAC

İyulun 13-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun yanında Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Nazirlər Kabinetinin 2023-cü il 21 iyun tarixli Sərəncamı ilə yaradılmış Komissiyanın ikinci iclası keçirilib.

Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Baş nazir Əli Əsədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə Gədəbəy rayonunun Söyüdlü kəndində iyunun 20-də yaranmış narahatedici və xoşagəlməz hadisə ilə əlaqədar monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi üzrə Komissiyanın fəaliyyətinə dair iradlar bildirərək müvafiq tapşırıq verib. Həmin tapşırığın təxirə salınmadan icrası ilə əlaqədar Komissiyada aşağıdakı məsələlərə baxılıb.

Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Söyüdlü kəndində tullantıxana sahəsində və ətraf ərazilərdə aparılmış monitorinqlərin nəticələri barədə geniş məlumat verib.

Baş nazir Ə.Əsədov Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətin fəaliyyət göstərdiyi ərazidə 2018-ci ildən bəri monitorinqin aparılmamasını ciddi nöqsan adlandırıb. Bildirilib ki, nazirlik öz səlahiyyətlərinə aid olan dövlət nəzarət funksiyalarını layiqincə yerinə yetirməyib.

Baş nazir icra hakimiyyəti orqanları ilə razılaşdırılmadan tullantı anbarında müxtəlif illərdə üç dəfə inşaat işlərinin aparılması, tullantı su anbarının tikintisinə dair layihə sənədlərinin ekspertizadan keçirilməməsi, bəndin dayanıqlığının qiymətləndirilməsinin aparılmaması, tullantı anbarının istismar imkanlarının artırılması ilə əlaqədar şirkət qarşısında heç bir tələbin qoyulmaması, tullantı sularını nəql edən boruların sanitar-mühafizə zonasının müəyyənləşdirilməməsi, məhdudlaşdırıcı hasarların çəkilməməsi, boru xətti boyu və tullantıxana sahəsində məlumatverici və qadağanedici lövhələrin quraşdırılmaması və digər nöqsanların ciddi araşdırılması və aradan qaldırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə tapşırıqlar verib.

Qeyd olunub ki, ərazidə fəaliyyət göstərən müəssisədə ekoloji və geoloji auditin aparılması məqsədilə beynəlxalq şirkət müəyyənləşdirilərək dəvət edilib və onun nümayəndələrinin yaxın günlərdə ölkəmizə səfəri gözlənilir. Bu şirkət tərəfindən ətraf mühit, təhlükəsizlik və sağlamlıq məsələləri qiymətləndiriləcək.

İclasda, həmçinin Komissiya üzvlərinin aparılan monitorinqlərin nəticələrinə dair məruzələri dinlənilib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib ki, Söyüdlü kəndində və müəssisə ətrafında yerləşən yaşayış məntəqələrində müvafiq müayinələr və monitorinqlər aparılır.

Kənd təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov qeyd edib ki, Söyüdlü kəndində və ətraf ərazilərdə heyvan sağlamlığı, arıçılıq, bitkiçilik, bitki mühafizəsi və torpaq münbitliyi sahələrində monitorinqlər həyata keçirilib, kompleks müşahidələr aparılıb, örüş-otlaq sahələrinin və təsərrüfatların mövcud vəziyyəti qiymətləndirilib.

Baş nazir aparılan monitorinqlərin daha da sərtləşdirilməsi və mütəmadi qaydada keçirilməsi ilə bağlı tapşırıqlarını verib.

Ə.Əsədov Söyüdlüdə təbiətə, insanların sağlamlığına yaranmış təhlükəni nəzərə alaraq şirkətin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması ilə bağlı qərar qəbul etdiyini deyib.

Cəlb edilmiş beynəlxalq şirkət tərəfindən aparılacaq qiymətləndirilmənin nəticələrinə və veriləcək tövsiyələrə uyğun olaraq işini təşkil edəcəyi təqdirdə müəssisənin fəaliyyətinin bərpası məsələsinə baxıla bilər.

Baş nazir qeyd edib ki, ərazidə fəaliyyət göstərən şirkət tərəfindən növbəti dövrdə istehsalatda müasir texnika və yeni texnologiyaların tətbiqi təmin edilməlidir. Bildirilib ki, bu müddət ərzində müəssisə müəyyən edilən bütün nöqsanları aradan qaldırmalı, fəaliyyətini müvafiq qanunvericiliyin tələblərinə uyğun qurmalı, o cümlədən işçilər qarşısında sosial öhdəliklərini yerinə yetirməlidir.

Vurğulanıb ki, beynəlxalq şirkətlər cəlb edilməklə mövcud tullantı anbarı və gölün bəndinin dayanıqlığının yoxlanılması və istifadə imkanlarının qiymətləndirilməsi, həmçinin ərazidə fəaliyyət göstərən şirkətin sosial-korporativ öhdəlikləri çərçivəsində yerli icmalarla münasibətlərin yaxşılaşdırılması, habelə bütün digər məsələlərin həllində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəhbərliyi və Komissiyaya üzv olan dövlət qurumlarının iştirakı ilə əlaqələndirilmiş şəkildə ciddi və mütəmadi iş aparılmalıdır. Eyni zamanda, Səhiyyə Nazirliyinə aidiyyəti üzrə daimi nəzarətin həyata keçirilməsi və kənd əhalisinin, o cümlədən müəssisədə çalışan əməkdaşların vaxtaşırı dispanzerizasiya olunmalarının təmin edilməsi ilə bağlı göstəriş verilib.

Baş nazir Komissiya üzvlərinin yaxın günlərdə Söyüdlü kəndinə bir daha səfər etmələri ilə bağlı tapşırıq verib, kənd sakinlərinin müraciətlərinin ən ciddi şəkildə araşdırılmasının davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Gədəbəyin Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün yaradılmış Komissiyanın ikinci iclası keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Vitol Group”: Hörmüzdən sutkada 10 milyon barel neft və neft məhsulları daşınır

Çempionlar Liqası: “Mançester Yunayted” – “Sabah” oyununun hakimləri açıqlanıb

Türkiyə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramında ən çox irəliləyiş göstərən ölkə olub

ADRA ağacların üzərinə vurulmuş yüzlərlə reklam qurğusunu demontaj edib

Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının təqdimat videoçarxı hazırlanıb

Emin Əmrullayev: Təhsil ekosistemi dəyişəndə nəticələr də artacaq

Rumıniya hərbi imkanlarını genişləndirir

Dövlət İdarəçilik Akademiyasında “Çin Araşdırmalar Mərkəzi”nin açılışı olub

Bakı Olimpiya Stadionunda işlərə start verilib, ot örtüyü oktyabrın 5-dək tam hazır olacaq - EKSKLÜZİV

Vətəndaşların pensiya, ünvanlı dövlət sosial yardımı və təqaüdlə bağlı müraciətləri dinlənilib

Nazir: Problemlərin həlli üçün cəmiyyətin birgə səyi vacibdir

Azərbaycanda əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində atılan yeni addımlar barədə danışılıb

Məcnun Məmmədov: Proseslərin rəqəmsallaşdırılmasından kənd təsərrüfatı məlumatlarından intellektual istifadəyə keçirik

Pedaqoji Universitetdə SİP-ə uyğun hazırlanmış yeni iş planı modeli təqdim edilib

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

BCAW2026: “Çoxmühitli erkən xəbərdarlıq sistemlərinə AI inteqrasiyasının üstünlükləri və çətinlikləri” mövzusu müzakirə olunub

Emin Əmrullayev: Dil bilikləri ilə oxu savadlılığı fərqli sahələrdir, bunları qarışdırmaq olmaz

Misin qiyməti rekord göstəriciyə çatıb

Nazir: Kənd təsərrüfatında süni intellektdən istifadə genişləndirilir

FAO nümayəndəsi: Azərbaycanda fermer təsərrüfatlarının dayanıqlılığının ölçülməsi sisteminin yaradılması üzərində işləyirik

ADPU-nun baş müəllimi: Tarix dəqiqliyi sevir, ona kənardan yazılar yazmaq olmaz

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Məcnun Məmmədov: Azərbaycanda fermer reytinqi tətbiq olunmağa başlayır VİDEO

Norveçdə kral V Haraldın dəfn mərasiminə hazırlıq işləri yekunlaşır

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO

Gömrük nəzarətindən gizlədilən dərman vasitələri aşkarlanıb

ADPU-CVU ikili diplom proqramının tələbələri Qarabağ Universitetində olublar

Xəyyam Məmmədov: Biz atmosferdə və çay hövzələrində baş verən prosesləri real vaxt rejimində izləməliyik

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: İqlimə yönəlik siyasətlər gələcəkdə də nəzərə alınacaq VİDEO

Nazir: Azərbaycanda riyazi savadlılıq üzrə qızlar ilk dəfə oğlanları qabaqlayıb

Azərbaycan İnvestisiya Holdinqinin rəhbərliyində dəyişiklik edilib

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Nazir: Subsidiya mexanizmində əsas diqqət məhsuldarlığın artırılmasına yönəldilib VİDEO

Şuşa Dövlət Musiqili Dram Teatrı 153-cü mövsümünə başlayıb

Emin Əmrullayev: Bəzi bölgələrdə oxu savadlılığı üzrə ciddi problemlər var

Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar 11 faiz artıb

ABŞ Prezidentinin yaydığı yeni xəritə suallar doğurub

Nazir PISA 2025-də oxu savadlılığı üzrə nəticələr barədə məlumat verib

Nyu-Yorkda 11 sentyabr terrorundan sonra havanın keyfiyyəti ilə bağlı yeni faktlar üzə çıxıb

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Vüqar Süleymanov: Yağıntıların artması minatəmizləmə fəaliyyətinə mənfi təsir göstərir VİDEO

Azərbaycan qlobal ekoloji və iqlim gündəliyində fəal rolunu davam etdirir

PISA 2025-in təbiət elmləri üzrə nəticələri: Azərbaycan 69-cu, Bakı 47-ci yerdədir

Mişel Leviston: Azərbaycan müstəqil siyasət yürüdür və Mərkəzi Asiya ilə inteqrasiyanı dərinləşdirir

Jordi Xucla: Cənubi Qafqazda sülh möhkəmlənir və regional inteqrasiya prosesi irəliləyir

Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir

Tolqaxan Bəxtiyar: Kənd təsərrüfatı iqlim dəyişmələrinin təsirlərinin ən çox hiss olunduğu sahələrdən biridir

Türkiyə XİN-i Ratko Mladiçin dəfn mərasimi ilə bağlı ictimai narazılığa münasibət bildirib

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

PISA 2025 – Şagirdlərin Beynəlxalq Qiymətləndirilməsi Proqramının nəticələri açıqlanıb VİDEO

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

ABADA: İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir

Fərid Şəfiyev: Azərbaycanın regionda artan rolu Avropa ölkələrinin diqqətini cəlb edir

İcraçı direktor: Bakı İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr COP31 üçün mühüm əhəmiyyət daşıyır

Sədr müavini: Xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq

Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq

Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir

Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA sədri: Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir

Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub

® “Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

Musiqi müəllimi: Süni intellekt müəllimi tamamilə əvəz edə bilməz

Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri

Əmək müqaviləsi işçini hansı hüquqlarla təmin edir?

İlhamə Qədimova: İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur

Sərdar Yaylalı: Dəmir yolu infrastrukturuna daha çox diqqət yetirməliyik

Nasar Hayat: Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Fransada məktəblərinin 69 faizi yeni tədris ilinə kadr çatışmazlığı ilə başlayıb

Selesta Saulo: Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

Çinin xarici ticarəti 17,6 faiz artıb

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

BTQ: Fransa Dənizaşırı ərazilərə səfər üçün viza qaydalarını sərtləşdirir

Yaponiya Nepala 3 milyon dollar yardım ayırıb

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

® SİMA yeni maskotu “Simi”ni təqdim edib VİDEO

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu artırıb

Ötən gün 44 cinayətin açılması təmin olunub

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

Komitə sədri: Hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır

“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb

Tahir Rzayev: Fermerlər üçün əlverişli mühitin və imkanların yaradılması həlledici rol oynayır

Ulrix Şmid: Cənubi Qafqazda sülh təşəbbüslərinin regional əməkdaşlığa təsiri xüsusi maraq doğurur

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

ADY: Qərbdən Şərqə doğru olan yükü Orta Dəhlizə cəlb etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığa başlamışıq

Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir

Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır

“Səbail” yeni futbolçu transfer edib

Texnologiya müəllimi: Müasir təlim şagirdlərin yaradıcılıq imkanlarını genişləndirir

Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

Fransanın Baş naziri büdcə layihəsi ilə bağlı yayılan məlumatları təkzib edib

Məcnun Məmmədov: Meteoroloji məlumatların əldə olunması üçün 180-dan çox iqlim stansiyasının qurulmasına başlanılıb

Fərid Şəfiyev: Azərbaycan Şimal və Cənubdakı münaqişələr arasında mühüm geosiyasi bağlantı rolunu oynayır

Dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycanı seçir

Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsinə töhfə verə bilər VİDEO

Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsinə töhfə verə bilər VİDEO