Dənizdə batma təhlükəsində olan qadın xilas edilib VİDEO
Bakı, 15 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu Qızılqum çimərliyi ərazisində bir nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Qızılqum” dalğıc-axtarış qrupu cəlb edilib.
Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1974-cü il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək həkim briqadasına təhvil verilib.