Ağsu dolaylarında iri tutumlu avtobus qəzaya uğrayıb VİDEO
Bakı, 8 avqust, Rəşad Türkoğlu, AZƏRTAC
Avqustun 8-də günorta saatlarında Muğanlı- İsmayıllı avtomobil yolunun Ağsu dolaylarından keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumatlara görə içərisində turistlərin olduğu avtobus Qəbələ istiqamətində hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman yolun hərəkət hissəsindən çıxan avtobus yol kənarındakı ağaca çırpılıb
Qəza nəticəsində avtobusdakı sərnişinlərdən xəsarət alanların olduğu bildirilir. Əraziyə təcili tibbi yardım avtomobili gələrək yaralılara yardım göstərilib.
Hadisənin başvermə səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.