SİYASƏT
Nazir: Azərbaycandan Belçikaya qoyulan investisiya 250 milyon ABŞ dolları həcmindədir VİDEO

Bakı, 24 avqust, AZƏRTAC
Belçikadan Azərbaycana qoyulan investisiya 120 milyon, Azərbaycandan Belçikaya qoyulan investisiya isə 250 milyon ABŞ dolları həcmindədir.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 24-də Belçikanın xarici işlər naziri Hadija Labib ilə birgə keçirdiyi brifinq zamanı səsləndirib.
Nazir bildirib ki, görüşdə, həmçinin Azərbaycanın son illər ərzində Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyində artan rolu, yeni icra olunan layihələr ətrafında fikir mübadiləsi aparılıb.