Ermənistanın təxribatı nəticəsində hərbi qulluqçumuz yaralanıb VİDEO
Bakı, 1 sentyabr, AZƏRTAC
Ermənistan silahlı qüvvələri bölmələrinin Basarkeçər rayonunun Zod yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Məhəmməd Ramiz oğlu yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qarşı tərəfin təxribatı nəticəsində yaralanan hərbi qulluqçumuza dərhal ilkin tibbi yardım göstərilib və o, hərbi tibb müəssisəsinə təxliyə edilib.
Hazırda qeyd olunan istiqamətdə mövqelərimizin atəşə tutulması davam edir. Bölmələrimiz tərəfindən cavab tədbirləri görülür.
“Ermənistan tərəfinin törətdiyi təxribatın nəticələrinə görə bütün məsuliyyət məhz bu ölkənin hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”, - məlumatda vurğulanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [16:00]
Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar
- 07.08.2026 [12:54]