Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-3 VİDEO

Bakı, 16 may, AZƏRTAC

Mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:

- Hörmətli Aleksandr Qriqoryeviç.

Hörmətli qonaqlar.

Sizi bir daha Azərbaycanda salamlayıram. Çox şadam ki, mənim dəvətimi qəbul etmisiniz və ölkəmizə dövlət səfərinə gəlmisiniz.

Bir çox məsələlər - ikitərəfli gündəlik, regional və beynəlxalq məsələlər üzrə ətraflı danışdıq. Münasibətlərimizin strateji xarakterini bir daha təsdiq etdik. Ölkələrimiz arasında etimada, qarşılıqlı hörmətə, dostluğa və əməkdaşlığa əsaslanan kreativ tərəfdaşlığı çox yüksək qiymətləndiririk. Bu münasibətlər zamanın sınağından çıxıb və zənnimcə, Belarus ilə Azərbaycanın etibarlı dost olmaları heç kimdə şübhə doğurmur. Bu, dövlətlərarası münasibətlərimizin əsasıdır, çünki yalnız qarşılıqlı etimad şəraitində həmişə bütün vəziyyətlərdə ikitərəfli dəstəyə arxalanaraq irəliləmək mümkündür.

Nümayəndə heyətlərinin üzvləri dünən görüşüblər və bildiyimə görə, təmaslar çox səmərəli, müsbət olub. Həlli vacib olan çoxlu məsələlər var. Qarşılıqlı fəaliyyətimizin perspektivlərinə baxdıqda böyük potensialı, əmtəə dövriyyəsinin artmasını və sənaye kooperasiyasının, kənd təsərrüfatında əməkdaşlığın genişləndirilməsini görürük. Əlbəttə ki, biz azad edilmiş ərazilərin bərpasında Belarus şirkətlərinin, müəssisələrinin iştirakına şad olardıq. Nümayəndə heyətlərinin üzvləri bu məsələni də müzakirə ediblər. Nümayəndə heyətlərinin tərkibi də çox mətləblərdən xəbər verir. Məhz gündəlikdə olan məsələlərdən danışılıb. Amma, əlbəttə, nümayəndə heyətlərinin üzvlərinin cavabdeh olduqları məsələlərlə kifayətlənmək olmaz. Belə ki, əməkdaşlığımız yetərincə çoxplanlıdır, yaxşı keçmişə və yaxşı gələcəyə malikdir.

Aleksandr Qriqoryeviç, bir daha Sizi salamlayıram. Sizə dost ölkə olan Azərbaycanda yaxşı vaxt keçirməyinizi arzulayıram.

X X X

Prezident Aleksandr Lukaşenko dedi:

- İlham Heydər oğlu, çox sağ olun. Həqiqətən bizim bağlı mövzumuz yoxdur. Bizdə hər şey açıqdır. Biz müzakirə aparırıq, hətta kimsə hansısa məsələlər barədə eşidirsə, onlar münasibətlərimizin necə olduğu barədə düşünürlər. Münasibətlər çox səmimi, çox yaxındır, biz qardaş kimi ünsiyyət qururuq. Dünyanı eyni şəkildə anlayır, onun haraya doğru getdiyini başa düşürük. Bilirsiniz, Sizə təkbətək görüş zamanı Heydər Əliyev haqqında danışmışdım, kaş ki, o, Azərbaycanın necə inkişaf etdiyini və uğurlarını görəydi. Mən bir daha düşündüm və müharibədən əvvəl, Sizin azadlıq müharibənizdən öncə söhbətimizi xatırladım. Həmin vaxt biz nahar süfrəsi arxasında ikilikdə fəlsəfi fikir yürüdürdük və belə nəticəyə gəldik ki, müharibədə qələbə çalmaq olar. Bu vacibdir, Qələbəni qoruyub saxlamaq daha vacibdir. Üçüncüsü isə, Sizin də bu mövzuya toxunduğunuz kimi, biz ümumi fikrə gəldik ki, müharibədən sonra ən ağır dövr başlayacaq, azad etdiyiniz torpaqları dirçəltməyə, bərpa etməyə başlamaq lazım gələcək. Həmin ağır dövr gəlib çatdı, bu torpaqları dirçəltmək, insanları artıq qaytarmaq lazımdır, onların bəziləri şəhərdə anadan olub, problemlər ola bilər və sair. Qələbə çaldınız və onu qoruyub saxladınız. İndi dirçəliş dövrüdür. Bu, zaman, böyük zəhmət tələb edir, beş və ola bilər ki, on il ərzində həmin işlər yerinə yetirilməlidir.

İlham Heydər oğlu, ona görə də biz kömək göstərə və bu prosesdə iştirak edə bilərik. Sizin kifayət qədər köməkçiləriniz var, amma biz bir dost kimi bu prosesdə texnika, aqroşəhərciklər, iş yerləri ilə iştirak edə bilərik. İnsanları köçürmək, qaytarmaq olar, amma bunun üçün mənzillər, iş yerləri lazımdır. Bizim müəyyən texnologiyalarımız var, Sizin mütəxəssisləriniz, nazirləriniz bu texnologiyalara yaxşı bələddirlər. Əgər işə yarayarsa texnikamız burada olar və işləyər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyevin Prezident Aleksandr Lukaşenko ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-3 VİDEO

UNEP nümayəndəsi: Azərbaycanda kənd təsərrüfatının inkişafı proqramının həyata keçirilməsi mühüm imkanlar yaradır

PISA 2025: Azərbaycan riyazi savadlılıq üzrə 49-cu yerdə qərarlaşıb

Bu saata olan əsas xəbərlər

Dosent: Qırğız akınlığı və Azərbaycan aşıq sənəti ənənə ilə yeniliyin qarşılıqlı əlaqəsi şəraitində inkişaf edir

Şimali Makedoniya Respublikasının Prezidenti Zati-aliləri xanım Qordana Silyanovska-Davkovaya

Rezidenturaya boş qalan plan yerlərinə ixtisas seçimi elan edilir

ABADA: İlin sonunadək elektron CMR üzrə ilk daşımanın həyata keçirilməsi gözlənilir

Fərid Şəfiyev: Azərbaycanın regionda artan rolu Avropa ölkələrinin diqqətini cəlb edir

İcraçı direktor: Bakı İqlim Fəaliyyəti Həftəsində aparılan müzakirələr COP31 üçün mühüm əhəmiyyət daşıyır

Sədr müavini: Xırda və ortaölçülü təsərrüfatların da aqrar sığortaya əlçatanlığı artacaq

Nazir müavini: İqlim stansiyaların ümumi sayı 181-ə çatdırılacaq

Emin Əmrullayev: PISA nəticələri təhsil islahatlarının qiymətləndirilməsi üçün vacibdir

Ölümsüzlük həsrəti, yoxsa tarixlə təkəbbürlü dialoq?

FAO-nun nümayəndəsi: Kənd təsərrüfatının dayanıqlı inkişafı üçün inteqrasiya olunmuş yanaşmanın tətbiqi vacibdir

Qay Bonvin : Azərbaycan regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi üçün böyük imkanlara malikdir

Formula 1 Azərbaycan Qran-Prisi: Marşal proqramı üçün 10 ildə 35 mindən çox müraciət olub

İdarə Heyətinin sədri: Vətən müharibəsindən sonra 261 min 705 mina və digər partlayıcı sursat zərərsizləşdirilib

ANAMA sədri: Ərazilərin minalanması ekosistemin təhlükəsizliyinə təsir edən problemdir

Yeni subsidiya mexanizminə subtropik bitkilərin də daxil edilməsi gözlənilir

Bu il Aqrar Sığorta Fonduna 383 fermerdən 776 müraciət daxil olub

® “Bakcell Peerstack Academy” tələbələri üçün hakaton keçirib

Musiqi müəllimi: Süni intellekt müəllimi tamamilə əvəz edə bilməz

Atanın kitab rəfləri arasından gələn səsi: Yusif Səmədoğlunun xatirələri

Əmək müqaviləsi işçini hansı hüquqlarla təmin edir?

İlhamə Qədimova: İqlim dəyişikliklərinə həssas regionlarda erkən xəbərdarlıq sistemlərinin yaradılması nəzərdə tutulur

Sərdar Yaylalı: Dəmir yolu infrastrukturuna daha çox diqqət yetirməliyik

Nasar Hayat: Azərbaycan iqlim dialoqu və beynəlxalq əməkdaşlıq üçün mühüm platformaya çevrilib

Fransada məktəblərinin 69 faizi yeni tədris ilinə kadr çatışmazlığı ilə başlayıb

Selesta Saulo: Çoxsaylı təhlükələrə qarşı erkən xəbərdarlıq sistemləri mühüm ictimai infrastrukturdur

Nigar Arpadarai: “Harmoniya” təşəbbüsü dayanıqlı kənd təsərrüfatının inkişafına töhfə verən texnologiyalara xüsusi önəm verib

Çinin xarici ticarəti 17,6 faiz artıb

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

Xocavənd artıq dünənin həsrətini deyil, sabahın ümidini yaşadır VİDEO

BTQ: Fransa Dənizaşırı ərazilərə səfər üçün viza qaydalarını sərtləşdirir

Yaponiya Nepala 3 milyon dollar yardım ayırıb

® SİMA yeni maskotu “Simi”ni təqdim edib

“Goldman Sachs” neft qiymətlərinə dair proqnozunu artırıb

Ötən gün 44 cinayətin açılması təmin olunub

Gürcüstanda 4 bal gücündə zəlzələ olub

Komitə sədri: Hüquqi çərçivə texnoloji innovasiyaların sürətini məhdudlaşdırmamalıdır

“Sabah” amerikalı basketbolçu ilə yollarını ayırıb

Tahir Rzayev: Fermerlər üçün əlverişli mühitin və imkanların yaradılması həlledici rol oynayır

Ulrix Şmid: Cənubi Qafqazda sülh təşəbbüslərinin regional əməkdaşlığa təsiri xüsusi maraq doğurur

Ümumi orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilir

ADY: Qərbdən Şərqə doğru olan yükü Orta Dəhlizə cəlb etmək üçün avropalı tərəfdaşlarla əməkdaşlığa başlamışıq

Nazir müavini: İqlim dəyişmələrinin fəsadları təhlükəli hadisələrin artması və şiddətlənməsi ilə müşahidə edilir

Kənd təsərrüfatı naziri: Transformasiya fermeryönümlü və inklüziv olmalıdır

“Səbail” yeni futbolçu transfer edib

Texnologiya müəllimi: Müasir təlim şagirdlərin yaradıcılıq imkanlarını genişləndirir

Muxtar Babayev: Artıq iqlim dəyişikliyini müşahidə etmirik, onu birbaşa yaşayırıq

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

BMT rəsmisi: Xəzərin problemlərinin həlli üçün sahilyanı ölkələrin birgə fəaliyyəti vacibdir VİDEO

Fransanın Baş naziri büdcə layihəsi ilə bağlı yayılan məlumatları təkzib edib

Məcnun Məmmədov: Meteoroloji məlumatların əldə olunması üçün 180-dan çox iqlim stansiyasının qurulmasına başlanılıb

Fərid Şəfiyev: Azərbaycan Şimal və Cənubdakı münaqişələr arasında mühüm geosiyasi bağlantı rolunu oynayır

Dünyanın müxtəlif ölkələrindən tələbələr Azərbaycanı seçir

Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsinə töhfə verə bilər VİDEO

Aral dənizinin təcrübəsi Xəzər dənizində iqlim dayanıqlılığının gücləndirilməsinə töhfə verə bilər VİDEO

Çempionlar Liqasında yeni mövsümün liqa mərhələsinə start verilir

BMT-nin nümayəndəsi: Xəzər dənizində dramatik dəyişikliklər baş verə bilər VİDEO

BMT-nin nümayəndəsi: Xəzər dənizində dramatik dəyişikliklər baş verə bilər VİDEO

Nazir: İqlimədavamlı aqrar istehsal modelinin gücləndirilməsi nəzərdə tutulur

Azərbaycanlı vəkil Dünya Tibb Hüququ Assosiasiyasının komitə üzvü seçilib

Orxan Yolçuyev: Azərbaycan Avrasiyanın logistik arxitekturasının mərkəzində dayanır

Muxtar Babayev: Kənd təsərrüfatı iqlim dəyişikliyinin mənfi təsirlərini azaltmaq üçün müstəsna əhəmiyyət daşıyır

NATO-nun DEEP proqramı çərçivəsində “Müəllimlərin təkmilləşdirilməsi treninqi”nin IV mərhələsi təşkil edilib

Müasir dövrdə savadlılıq anlayışı genişlənir

Fərid Şəfiyev: Cənubi Qafqaza sovetşünas və orientalistik stereotiplərdən kənar yanaşmaq lazımdır

Küləkli havada baş vermiş hadisələr zamanı 4 nəfər xəsarət alıb

Sadiq Qurbanov: Xəzərdə mütəmadi monitorinqlər aparılmalıdır VİDEO

Sadiq Qurbanov: Xəzərdə mütəmadi monitorinqlər aparılmalıdır VİDEO

Minatəmizləmə fəaliyyəti zamanı həlak olan şəxslərin övladlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Bəzi yerlərdə yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Qızıl ucuzlaşıb, gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neftin bahalaşması davam edir VİDEO

Dünya birjalarında neftin bahalaşması davam edir VİDEO

İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin əməkdaşlığı zəruridir VİDEO

İsmail Serageldin: Xəzər hövzəsini bölüşən 5 ölkənin əməkdaşlığı zəruridir VİDEO

İsmail Serageldin: Xəzərdə dayanıqlılığın artırılması üçün suyun istifadəsinə kompleks yanaşma lazımdır VİDEO

İsmail Serageldin: Xəzərdə dayanıqlılığın artırılması üçün suyun istifadəsinə kompleks yanaşma lazımdır VİDEO

“Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq”: Bakıda beynəlxalq konfrans

Naxçıvanda muzeylərə 398 yeni eksponat və maddi-mədəniyyət nümunəsi təqdim olunub

Bu gün Beynəlxalq Savadlılıq Günüdür

Hacıqabulda yol qəzası olub, ölənlər və yaralılar var

BCAW2026: Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar müzakirə olunur YENİLƏNİB

Rauf Hacıyev: Xəzərin üzləşdiyi çağırışlar iqlim dəyişmələrinə həssas olan daxili su hövzələri üçün də təcrübə formalaşdıra bilər

Balakəndə külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Balakəndə külli miqdarda narkotik vasitə aşkarlanıb VİDEO

Azərbaycan nefti 107 dollara satılır VİDEO

Azərbaycan nefti 107 dollara satılır VİDEO

Rusiya ordusu Kiyevi ballistik raketlərlə vurub, ölənlər və xəsarət alanlar var VİDEO

Rusiya ordusu Kiyevi ballistik raketlərlə vurub, ölənlər və xəsarət alanlar var VİDEO

BCAW 2026-da ikinci gün başlayıb VİDEO

BCAW 2026-da ikinci gün başlayıb VİDEO

Malini Mehra: “Bakı İqlim Fəaliyyəti Həftəsi” qlobal iqlim gündəliyinin icrasına töhfə verir VİDEO

Malini Mehra: “Bakı İqlim Fəaliyyəti Həftəsi” qlobal iqlim gündəliyinin icrasına töhfə verir VİDEO

ABŞ İranın BAEA yoxlamalarına mane olması ilə bağlı BMT TŞ-yə qətnamə təqdim edəcək

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya almaqla hədələyib

Pentaqon İran yaxınlığında 230-dan çox döyüş təyyarəsi saxlayır

ABŞ qüvvələri Sakit okeanda narkotik kartelinin istifadə etdiyi gəmini batırıb

Almaniyada 2029-cu ilədək 723 min mütəxəssis çatışmazlığı gözlənilir

ABŞ-nin iqtisadi blokadası Kubaya son bir ildə 8 milyard dollardan çox ziyan vurub

Finlandiya Rusiya ilə sərhədində 200 kilometrlik hasarın tikintisini başa çatdırıb

ÜMT: Meşə yanğınlarının tüstüsü ildə 100 mindən çox insanın ölümünə səbəb olur

Əl-Cəzirə: Yəmən hakimiyyəti Səna üzərində nəzarəti bərpa etmək niyyətindədir

Azərbaycan səfirliyi “The Guardian” qəzetində dərc edilmiş qərəzli məqaləyə cavab verib

Media: Yəməndə husilər qaçqın düşərgəsinə ballistik raket zərbəsi endiriblər

Tovuzda zəncirvari qəza olub, ölən var VİDEO

Tovuzda zəncirvari qəza olub, ölən var VİDEO

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdir

Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır

İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb