35 YAŞLI “QARABAĞ BÜLBÜLLƏRİ”
AZƏRTAC-ın müxbiri xəbər verir ki, 35 il əvvəl Ağdamda yaradılmış “Qarabağ bülbülləri” uşaq instrumental ansamblı bu gün də yeni yaradıcılıq uğurları qazanır. Səhnəmizə onlarla istedad bəxş etmiş ansambl 1993-cü ildən bəri keçirdiyi didərginlik həyatına baxmayaraq, ənənəsinə sadiqdir, müntəzəm olaraq maraqlı konsert proqramları ilə çıxış edir.
Hazırda 200 gənc istedadı birləşdirən “Qarabağ bülbülləri” fəaliyyətini Bakıda davam etdirir. Kollektivin nəzdındə “Xarı bülbül” rəqs ansamblı yaradılmışdır.
Son vaxtlar “Qarabağ bülbülləri”nin sorağı Koreyada və Moskvada keçirilən Azərbaycan günlərindən, Bakıda fəaliyyət göstərən “SOS” uşaq kəndindən, digər maraqlı musiqi tədbirlərindən gəlir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:04]
Zövq, kimlik və qadın zərifliyinin ipək simvolu - Kəlağayı
- 15.10.2026 [13:14]