Tovuzda 31 yaşlı kişi meyiti tapılıb VİDEO
Tovuz, 8 avqust, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuz evdən kişi meyiti aşkarlanıb.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə Tovuz şəhərinin Xəqani küçəsində yerləşən fərdi yaşayış evlərinin birində baş verib. 1994-cü il təvəllüdlü M.Qutenkonun meyiti evdə aşkar edilib. Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.