Metronun Cəfər Cabbarlı stansiyasından Nizami stansiyasına birbaşa getmək mümkün olacaq VİDEO
Bakı, 15 avqust, AZƏRTAC
Bakı metrosunda xətlərin ayrılması layihəsinə start verilir. Məqsəd həm təhlükəsizliyi, həm də sürətli gediş-gəlişi təmin etməkdir. İlkin mərhələdə “Cəfər Cabbarlı” və “Nizami” stansiyaları arasında yeni tunellərin qazılması işlərinə başlanılacaq.
Hazırlıq işləri çərçivəsində “28 May” stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Tikinti meydançalarından biri stansiyanın yuxarı hissəsində – Süleyman Rəhimov və Mirəli Qaşqay küçələrinin kəsişməsindəki avtomobil parklanma sahəsində, digəri isə stansiyanın qarşısında yerləşir.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.06.2026 [15:42]
Neft qiymətləri həftəni itkilərlə tamamlayır
- 05.06.2026 [15:18]
Kənd təsərrüfatı naziri Türkiyədə səfərdədir
- 05.06.2026 [14:30]