Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır VİDEO
Bakı, 26 noyabr, AZƏRTAC
Ölkəmizi “Avroviziya” mahnı müsabiqəsində təmsil etmiş, “Səs Azərbaycan” yarışmasının mükafatçısı, bu il Laçında 28 May - Müstəqillik Günü münasibətilə keçirilən konsertin iştirakçısı gənc xanəndə İlkin Dövlətov işğaldan azad edilmiş ərazilərdə doğma yurduna qayıdan keçmiş məcburi köçkünlərin sevinc, qürur hissləri keçirdiklərini görüb və bununla bağlı təəssüratını bölüşüb.
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planına uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən məlumatlandırma, təbliğat-izahat və təşviqat işləri çərçivəsində sənət adamlarının, müxtəlif sahələrdə çalışan ziyalıların və gənclərin iştirakı ilə videoçarxlar hazırlanır.
AZƏRTAC gənc ifaçı İlkin Dövlətovun müsahibəsini təqdim edir: https://www.youtube.com/watch?v=nX90iIFQY7s