Qarşılıqlı səfərlər, güclənən əməkdaşlıq: Bakı–Əbu-Dabi xətti VİDEO
Bakı, 4 fevral, AZƏRTAC
Ötən il Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) üç dəfə səfər edib. Qarşılıqlı əməkdaşlıq çərçivəsində BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan da ölkəmizdə səfərdə olub. Liderlərin intensiv təmasları Azərbaycan-BƏƏ münasibətlərinin yüksələn xətt üzrə inkişaf etdiyini göstərir. Bu görüşlər yalnız siyasi dialoqu möhkəmləndirmir, eyni zamanda, iqtisadi və hərbi əməkdaşlığın da dinamikasını artırır. Azərbaycan və BƏƏ arasında energetika sahəsində tərəfdaşlıq prioritet istiqamətlərdən biridir. 2025-ci il iyulun 9-da imzalanmış “Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi” isə ikitərəfli iqtisadi münasibətlərdə keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. Daha ətraflı AZƏRTAC-ın əməkdaşlarının hazırladığı videomaterialda izləyə bilərsiniz.