Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qürbətdə milli ruhun məkanı: Berlindəki “Xarıbülbül” Mədəniyyət Evindən REPORTAJ VİDEO

Berlin, 25 iyun, AZƏRTAC

Azərbaycan mədəniyyətinin, dilinin və milli dəyərlərinin xaricdə yaşadılması istiqamətində görülən işlər Almaniyada da davam edir. Bu fəaliyyətin mühüm ünvanlarından biri də Berlində fəaliyyət göstərən “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evidir. Burada uşaqlar ana dilini öyrənir, milli rəqs və musiqi irsimizlə tanış olur, eyni zamanda, Azərbaycan tarixi və mədəniyyəti haqqında biliklərini zənginləşdirirlər. Müxtəlif yaş qruplarını bir araya gətirən mərkəz artıq Almaniyadakı azərbaycanlı ailələr üçün həm təhsil, həm də mədəniyyət məkanı kimi mühüm rol oynayır.

“Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliouri AZƏRTAC-a müsahibəsində bu mədəniyyət ocağının fəaliyyəti barədə söz açaraq deyib: “Azərbaycan dilini, mədəniyyətini, incəsənətini və milli dəyərlərini yaşadan “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evi Berlində 2022-ci ildən fəaliyyət göstərir, 2024-cü ildən etibarən isə fəaliyyətini Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində davam etdirir. Burada müxtəlif yaş və səviyyələrə uyğun Azərbaycan dili kursları keçirilir. Hazırda beş qrup - kiçik, orta, başlanğıc dil, irəli və dili yeni öyrənən balacalar üçün qruplar fəaliyyət göstərir. Bundan əlavə, rəqs və nağara kursları da təşkil olunur. Məqsədimiz uşaqlara və gənclərə Azərbaycan dilini və mədəniyyətini sevdirərək onların öz köklərinə bağlılığını gücləndirməkdir. Uşaqlar dərslərə böyük maraqla gəlirlər. Təcrübəli müəllimlərimiz isə onların inkişafına xüsusi diqqət və qayğı ilə yanaşırlar. Bu fəaliyyətlərin həyata keçirilməsində Diasporla İş üzrə Dövlət Komitəsi, Mədəniyyət Nazirliyi və Almaniyadakı səfirliyimiz bizə yaxından dəstək göstərir”.

Mədəniyyət Evinin fəaliyyətində ən vacib istiqamətlərdən biri də məktəbəqədər və kiçikyaşlı uşaqlarla işdir. Bu yaş dövründə dərslər oyunlar, mahnılar və interaktiv fəaliyyətlər vasitəsilə təşkil olunur.

Dərslərin aşağı yaş qruplarından etibarən başladığını vurğulayan müəllim Xəyalə Çiftçi bildirib: “Bu uşaqlar bağçada, məktəbdə alman dilində təhsil aldıqları üçün onlar Azərbaycan dilini həftəsonları burada öyrənirlər. Uşaq mahnıları, uşaq şeirlərini öyrətməklə, bayramlarda Azərbaycanın milli adət-ənənələri ilə bağlı müxtəlif tədbirlər zamanı onlara şeir və mahnılarımızı da öyrədirik. Dərslərimizdə uşaqlara saylar, rəqəmlər, rənglər, sadə riyazi təsəvvürlər, sabah təlimi öyrədirik. Bu biliklər həmin uşaqların yuxarı yaş qruplarına keçdikləri zaman onların inkişafına kömək edir”.

Mədəniyyət Evində Azərbaycan dili dərsləri uşaqların yaş xüsusiyyətlərinə uyğun şəkildə təşkil olunur. Bu barədə məlumat verən Azərbaycan dili müəllimi Səma Kərimli deyib: “Burada orta yaş qrupunda 6-9 yaşlı uşaqlara Ana dilimizi öyrədirik. Hərfləri bir yerdə həm oyunlarla, həm də uşaqlara maraqlı olacaq şəkildə öyrətməyə çalışırıq. Uşaqların mədəniyyətimizi, Ana dilimizi və milli köklərimizi unutmamasına çalışırıq. Ümummilli Liderimiz Heydər Əliyevin də dediyi kimi, biz Amerikada, Almaniyada, başqa ölkələrdə yaşaya bilərik, xoşbəxt də yaşaya bilərik, amma hər bir azərbaycanlının bir Vətəni var, o da Azərbaycandır. Bizim də ən əsas məqsədimiz odur ki, uşaqlarımız öz köklərini unutmasınlar və daim Azərbaycana bağlı qalsınlar”.

Mədəniyyət Evində müxtəlif yaş qrupları üçün Azərbaycan dili kursları təşkil olunur. Dərslər uşaqların yaş və bilik səviyyəsinə uyğun proqram əsasında keçirilir. Azərbaycan dili müəllimi Pərvanə Aslanova hazırda iki müxtəlif yaş qrupunda uşaqlarla işlədiyini vurğulayaraq qeyd edib ki, kiçik yaş qrupu ilə iş zamanı əsas məqsədimiz Ana dilini sevdirmək, yazı və oxu bacarıqlarını inkişaf etdirməkdir: “Əlbəttə ki, bunları müxtəlif interaktiv oyunlar vasitəsilə əyləncəli və maraqlı etməyə çalışırıq. Böyük yaş qrupu ilə iş zamanı isə əsas məqsədimiz oxuyub-anlama və öz fikirlərini inamla ifadə etmək bacarıqlarını inkişaf etdirməkdir. Hər iki yaş qrupu ilə iş zamanı şagirdləri Ana dilimiz, dövlət atributlarımız, milli bayramlarımız, tariximiz, ədəbiyyatımız haqqında məlumatlandırmağa diqqət edirik. Qərib ölkədə yaşasaq da, əsas məqsədimiz azərbaycanlı şagirdlərdə və gənclərdə Vətən sevgisini yaşatmaq, adət-ənənələrimizi və mədəniyyətimizi qorumaq, onlarda milli kimlik duyğularını formalaşdırmaqdır”.

Azərbaycan dilinin tədrisi təkcə uşaqlarla məhdudlaşmır. Mədəniyyət Evində böyüklər üçün də dil kursları təşkil edilir. Bu kurslarda həm Azərbaycan əsilli, lakin dili kifayət qədər bilməyən şəxslər, həm də Azərbaycan dili və mədəniyyətinə maraq göstərən əcnəbilər iştirak edirlər.

“Xarıbülbül” Azərbaycan Mədəniyyət Evində müxtəlif yaş qruplarında Azərbaycan dilini tədris edən Afət Nəbili deyib: “Dilin insanın həyatında nə böyük qapılar açdığını, insanın həyatını necə dəyişdiyini müşahidə edirik. Təbii ki, Azərbaycan dilinin hekayəsi burada bir az fərqlidir. Burada Azərbaycan dili bir səslə, bir ritmlə, yəni həyatında, ailəndə olan insanların bağlılığı ilə başlayır və sonra bu bağlılıq böyük bir marağa səbəb olur. Biz bu marağın dərinləşməsində insanlara yardım edirik, dilin sirlərini açırıq və bu bizi həddindən artıq xoşbəxt edir. Bu işin bir parçası olmaq şəxsən mənim üçün böyük bir fəxrdir”.

Mədəniyyət Evində Azərbaycan dili ilə yanaşı, milli musiqi və rəqs sənətinin tədrisinə də xüsusi önəm verilir. Burada uşaqlar xalq rəqslərimizin incəliklərini öyrənir, səhnə mədəniyyəti qazanır və milli irsimizlə daha yaxından tanış olurlar.

Rəqs müəllimi Səid İbrahimli müsahibəsində uşaqların milli rəqslərimizi öyrənməyə böyük maraq göstərdiklərini bildirib: “Ritm” rəqs qrupunun Avropa filialı olaraq, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdində fəaliyyət göstəririk. Həftəsonları nağara və rəqs dərslərimiz olur. Çox şadam ki, azərbaycanlı uşaqlar mədəniyyətimizə böyük maraq göstərirlər, onun təbliğində iştirak edirlər. Təbii ki, Berlində yaşayan bütün azərbaycanlı uşaqların dərslərimizdə iştirak etməsini, mədəniyyətimizi daha da yaxından öyrənmələrini və təbliğ etmələrini istərdik. Çünki rəqs həm də uşaqların fiziki inkişafına çox böyük töhfə verir. Biz öz mədəniyyətimizi əcnəbilər qarşısında təqdim edəndə böyük fərəh hissi keçiririk. Uşaqlar da bundan son dərəcə sevinirlər. Ona görə də bütün uşaqları dərslərimizə qoşulmağa dəvət edirəm”.

Dərslər yalnız rəqs texnikasının mənimsənilməsi ilə məhdudlaşmır. Şagirdlərə hər bir rəqsin mənşəyi, tarixi və daşıdığı mədəni məna barədə də məlumat verilir. Məşğələlər zamanı Azərbaycan musiqisinin ritmləri ilə böyüyən uşaqlar öz milli kimliklərini daha dərindən dərk edirlər.

Rəqs dərdlərinin hər həftənin bazar günləri təşkil olunduğunu bildirən rəqs müəllimi Əzizə İbrahimli fikirlərini bizimlə bölüşüb: “Biz xarici ölkədə yaşasaq da, milli kimliyimizi, mədəniyyətimizi, zəngin irsimizi yaşatmağa və təbliğ etməyə xüsusi önəm veririk. Rəqs dərslərimiz vasitəsilə təkcə texniki bacarıqları deyil, eyni zamanda, Vətənimizin ruhunu, tarixini və ənənələrini də şagirdlərimizə öyrədirik. Bu fəaliyyət bizim üçün təkcə bir dərs deyil, həm də doğma mədəniyyətimizi gələcək nəsillərə çatdırmaq, onu yaşatmaq və təbliğ etmək missiyasıdır”.

Beləliklə, “Xarıbülbül” Azərbaycan Mədəniyyət Evi Berlində doğma dilimizi, mədəniyyətimizi və milli dəyərlərimizi yaşadan, təbliğ edən kiçik bir Azərbaycan mühiti formalaşdırılıb. Burada uşaqlar Ana dilini öyrənir, milli musiqi və rəqslərlə tanış olur, öz tarixi və mədəni kökləri haqqında biliklərini zənginləşdirirlər. Bu mədəniyyət ocağı xaricdə yaşayan azərbaycanlı ailələr üçün sadəcə dərs məkanı deyil. Müxtəlif nəsilləri bir araya gətirən, milli kimliyi yaşadan və gələcək nəsillərə ötürən bir körpü rolu oynayan bu mədəniyyət ocağında Vətənə bağlılıq hissi hər dərsdə, hər mahnıda və hər rəqsdə öz əksini tapır, yaşadılır və təbliğ olunur.

Elvin Mövsüm
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
Qürbətdə milli ruhun məkanı: Berlindəki “Xarıbülbül” Mədəniyyət Evindən REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İmişlidə “Mercedes” işıq dirəyinə çırpılıb: 3 nəfər xəsarət alıb

“Azərkosmos”un KOSMİK Akademiyası IAF-ın nüfuzlu mükafatına layiq görülüb

Türkiyə klubu Nəriman Axundzadənin transferini açıqlayıb

Pentaqon dronlara qarşı 400 milyon dollarlıq lazer sistemləri alır

Uşaqlıqda az şəkər qəbulu gələcəkdə Altsheymer və depressiya riskini azaldır – ARAŞDIRMA

ABŞ İrana kömək edən iki kriptovalyuta birjasını sanksiyaya məruz qoyub

Almaniyada hərbi obyekt üzərində naməlum PUA-lar qeydə alınıb

Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb

Şəki-Zaqatala bölgəsində yeni tədris ilinə hazırlıq: məktəb və bağçalar yenilənir

Tovuzda iki avtomobil toqquşub, xəsarət alan var

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Laçında yaşayış evlərinin yaxınlığında yanğın baş verib VİDEO

Antarktida buzlaqları civə mənbəyinə çevrilir

İsmayıllıda yol qəzası olub, 5 nəfər xəsarət alıb

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Cəbrayılda açıq sahədə baş verən yanğın söndürülüb VİDEO

Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur

Bu saata olan əsas xəbərlər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sahəsində Ər-Riyad və İslamabadla imzalanan saziş digər ölkələrə qarşı yönəlməyib

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Azərbaycan dilinin qorunması milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edir - Uşaq Səfirlər Məclisi VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Uşaq Səfirlər Məclisinin üzvü: Azərbaycan dilini qorumaq milli kimliyimizi qorumaq deməkdir VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar – KONFRANS VİDEO

İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

"Xocalı Ensiklopediyası"nın təqdimatı olub VİDEO

Parisdən xəbərdarlıq: Fransa seçki prosesinə xarici müdaxilələrə dözməyəcək

Emil Əliyev yenidən Rusiya Minifutbol Assosiasiyasının prezidenti vəzifəsinə seçilib

On yeddi yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundular

Naxçıvanda velosiped və elektrik skuterləri üçün yeni infrastruktur yaradılıb

Rəssamlıq Akademiyasında rəqəmsal incəsənət və animasiya üzrə yeni tədris imkanları yaradılır

Tatyana Poloskova: Azərbaycanın xarici siyasətinin əsasında milli maraqların qorunması dayanır

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

İctimai Birliyin sədri: Rəqəmsal informasiya dövründə ana dilinin saflığının qorunması daha da aktuallaşır VİDEO

Malayziyadan idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluq aşkarlanıb

Sosial Xidmətlər Agentliyi 37 şəhid ailəsinə evlərində sosial-məişət xidməti göstərir

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

İspaniyada iri miqrant qaçaqmalçılığı şəbəkəsi zərərsizləşdirilib, 78 nəfər saxlanılıb VİDEO

Tarixi Vaşinqton görüşü: ABŞ-Azərbaycan əlaqələrində və Cənubi Qafqazın sülh gündəliyində mühüm mərhələ - ŞƏRH

Naxçıvan idmançıları turniri 43 medalla başa vurublar

“Aqroservis”in İdarə Heyətinin sədri Qubada vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Xarici ölkələrin informasiya şəbəkələrinə hücumlar edən şəxslər saxlanılıblar

® “Fitch Ratings” “Expressbank”ın müsbət kredit reytinqini növbəti dəfə təsdiqləyib

Heyvan kəsimi məntəqələrində monitorinqlər aparılıb

İyulda Enerji Məsələlərini Tənzimləmə Agentliyinə 1837 müraciət daxil olub

Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

Süni intellekt ilk dəfə bakteriyaları yoluxduran həyat qabiliyyətli virusları layihələndirib

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Yeddi ayda 6,4 milyondan çox sərnişin dəmir yolundan istifadə edib

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər VİDEO

Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları qan verib

Nazir müavini: Valideyn-dövlət-özəl əməkdaşlığı məktəbəqədər təhsilin əhatəliliyini genişləndirir

Dövlətə məxsus faydalı qazıntı yatağı hərraca çıxarılacaq

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

Lənkəranda təqaüdçüləri aldadan şəxs saxlanılıb VİDEO

“Zirə” Namik Ələskərovla yollarını ayırıb

Azərbaycan müxtəlif geosiyasi məkanlar arasında kommunikasiya imkanları olan dövlət mövqeyini gücləndirir - ŞƏRH

Qazaxıstan Batumi vasitəsilə beynəlxalq nəqliyyat əlaqələrini inkişaf etdirir

Vaşinqton Zirvə Görüşü Cənubi Qafqazda qarşıdurma modelinin dəyişməsinin mühüm mərhələsi kimi qiymətləndirilir - ŞƏRH

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Şəhla Quliyeva: Sosial şəbəkələrdə dil normalarının pozulmasının qarşısının alınması elmi yanaşma tələb edir VİDEO

Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb

Jurnalistika ixtisası üzrə qabiliyyət imtahanının nəticələri açıqlanıb: 543 nəfər məqbul qiymət alıb

Rüşvət almaqda təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib

® “PAŞA Holdinq” 2025-ci ildə start verdiyi “Fərqindəlik” layihəsini uğurla davam etdirir

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

BMU-İNHA ikili diplom proqramı üzrə qəbul planı 100 faiz dolub

Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib

Azərbaycan ilə İran arasında gənclər və idman sahələrində Fəaliyyət Planı təsdiqlənib

Yarım ildə Maliyyə Nazirliyinin aparatına 1090 müraciət daxil olub

Toğrul Xəlilov: Ailə arxivləri ölkənin tarixi yaddaşının ayrılmaz hissəsidir

Kənan Hənifəyev: Nəqliyyat imkanlarının genişlənməsi turist axınını artıra bilər

Dövlət müəssisələrinin maliyyə sağlamlığı Fiskal Risk Reytinqi ilə qiymətləndiriləcək

“Delfin” qasırğası Yaponiya və Çinə yaxınlaşır: yüz minlərlə insan təxliyə edilib

Baş prokuror Laçın və Qubadlı rayonlarında olub

Gürcüstanda tanınmış azərbaycanlı fotojurnalistin kitab-albomu nəşr olunub

Bu il Dövlət Proqramı qaliblərinin məzun olduqları universitetlər üzrə ilk onluq açıqlanıb

Vaşinqton razılaşmaları Azərbaycanın sülh modelinə beynəlxalq dəstəyi təsdiqlədi – ŞƏRH

® “Bizon” lotereyasında daha 4 avtomobil sahibini tapıb

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Aynur Sofiyeva: Dilimizi qorumaq və zənginləşdirmək gənclərin üzərinizə düşən məsuliyyətdir VİDEO

Pekin parklarında robot “əməkdaşlar” peyda olub

Çin iyulda 2023-cü ilin oktyabrından bəri ən böyük həcmdə qızıl alıb

Mərkəzi Asiyada Sırdərya hövzəsində avtomatlaşdırılmış su ölçmə sistemi planının hazırlanması təsdiqlənib

Hərbi qulluqçular məharət dərəcələri üzrə sınaq imtahanlarına cəlb olunublar

Orta Dəhlizin strateji elementinə çevrilən Zəngəzur dəhlizi: Birillik Vaşinqton diplomatiyasının uğurları - TƏHLİL

AHİK: Texnoloji inkişafın yaratdığı imkanlar həm də işçilərin rifahının yüksəlməsinə xidmət etməlidir

Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV

Türkiyənin Malatya şəhərində zəlzələnin dağıtdığı muzey bərpa edilib

Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb

Nazirlik: Həyata keçirilən nəzarət tədbirləri nəticəsində 91,6 milyon manat vəsait dövlət büdcəsinə qaytarılıb

Trans-Xəzər fiber-optik xətti Azərbaycanı Avrasiyanın rəqəmsal körpüsünə çevirir - Ekspert rəyi

Ədliyyə naziri Lerikdə 6 rayonun sakinlərinin müraciətlərini dinləyib

® “Fitch” ABB-nin reytinqini növbəti dəfə yüksəldib

® “Birbank Biznes”dən mikrobiznes kreditinə 5 faizədək endirim

Culfadakı “Xoşgəri I” qum-çınqıl yatağı hərraca çıxarılıb

Ukraynalı ekspert: Azərbaycan xarici siyasətinin əsas prioritetinin yalnız milli maraqların qorunması olduğunu nümayiş etdirir

Birinci yarımildə Maliyyə Nazirliyi 68 akt layihəsi hazırlayıb

Türkan Hüseyn: Gənc kinematoqrafçılar üçün xarici dil bilikləri mühüm rol oynayır

Fransada seçkiöncəsi informasiya savaşı: hökumət xarici müdaxilələrə qarşı yeni qanun hazırlayır

Azad edilmiş ərazilərdə aqropark layihələrinin investorlara təqdimatı baş tutub

Türkiyə Pakistan və Səudiyyə Ərəbistanı ilə üçtərəfli müdafiə müqaviləsi imzalayıb – YENİLƏNİB

Almaniyanın Milli Təhlükəsizlik Şurası Leypsiq-Halle hava limanındakı insidenti müzakirə edib

Bu ilin ilk yarısında işğaldan azad edilmiş ərazilərdə 340 layihə icra edilib

Sorğu: Ukraynalılar müharibənin uzun müddət davam edəcəyi qənaətindədirlər

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Səbaildə binada baş verən yanğın söndürülüb – YENİLƏNİB 3 VİDEO

Maliyyə savadlılığının artırılması istiqamətində sistemli maarifləndirmə proqramlarına ehtiyac var - AÇIQLAMA

Türkan Hüseyn: Beynəlxalq platformalar müəllif baxışının inkişafına yeni imkanlar yaradır

Bu ilin I yarısında dövlət investisiya proqramı çərçivəsində 287 layihə icra edilib