Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nigar Qəhrəmanova: Qarabağda orqanda “Bayatı-Şiraz”ı ifa etməyi çox istərdim - MÜSAHİBƏ VİDEO

Nigar Qəhrəmanova: Qarabağda orqanda “Bayatı-Şiraz”ı ifa etməyi çox istərdim - MÜSAHİBƏ VİDEO

Stokholm, 11 iyul, AZƏRTAC

Orqanı musiqi alətlərinin kralı adlandırırlar. Minlərlə boru, güclü səs və demək olar ki, sonsuz musiqi imkanları orqanı əzəmət və təntənə rəmzinə çevirib. Bu alətdə ifa etmək asan deyil - bunun üçün illərlə davam edən təlim, təkcə əl ilə deyil, ayaqla da virtuoz ustalığa malik olmaq və müstəsna musiqi hazırlığı lazımdır. Həyatını bu alətə həsr edənlər arasında uzun illərdir Norveçdə yaşayan və işləyən həmvətənimiz Nigar Qəhrəmanova da var.

Prezident təqaüdçüsü, İnqar Dubluq Norveç Fondunun təqaüdçüsü, Norveç Musiqi Akademiyasının və Londondakı Kral Musiqi Kollecinin məzunu, beynəlxalq müsabiqələr laureatı AZƏRTAC-ın müxbirinə müsahibəsində orqan ifaçılığı sənətinin xüsusiyyətləri, “CantORganistA” yaradıcı brendi haqqında danışıb, həmçinin bir gün həyata keçirəcəyinə ümid etdiyi arzusunu dilə gətirib.

- Niyə məhz orqan?

- Musiqi təhsilimə fortepiano ilə başladım. Lakin 2010-cu ildə “World in Need” xeyriyyə təşkilatı məni İngiltərəyə dəvət edəndə hər şey dəyişdi. Orada piano ifaçısı və vokalçı kimi iki solo konsert ilə çıxış etdim. Toplanan vəsait Birinci Qarabağ müharibəsi nəticəsində zərər çəkmiş qaçqın və məcburi köçkünlərə yardım üçün köçürüldü.

Məhz kilsələrdən birində məşq zamanı ilk dəfə orqan gördüm. Dərhal bu alətin nə olduğunu anlamaq istədim. Əyləşdim, klavişlərə toxundum və elə ilk səslərdən xüsusi nəsə baş verdiyini anladım. Hiss etdim ki, məhz bu alət məni olduğum kimi ifadə etməyə qadirdir. Onun əzəmətli səsi daxili etirazımı, enerjimi və musiqi ehtirasımı məhz həmişə istədiyim kimi çatdırmağa imkan verirdi. Bu valehedici səs məni o qədər heyrətləndirdi ki, eyni anda öz-özümə dedim: “Mən piano ifaçısı deyil, orqan ifaçısı olacağam”. O zaman dərk etdim ki, fortepiano artıq özümü istədiyim qədər dərindən ifadə etmək imkanı vermir. Bəlkə də bu hiss uşaqlıqdan daxilimdə yaşayırdı, amma içimdəki səsimin tam gücü ilə səslənməsinə imkan verən alət məhz orqan oldu.

Yəqin ki, daha çətin yolu seçmişəm. Ancaq heç vaxt peşman olmamışam.

- Bu aləti mənimsəmək nə dərəcədə çətindir?

- Asan deyil! Hətta deyərdim ki, çox çətindir. Orqanın mürəkkəbliyi təkcə onun quruluşunda deyil, həm də ifa texnikasının özündədir. Orqan ifaçısı eyni vaxtda həm əli, həm də ayaqları ilə ifa edir. Pianoda cəmi üç pedal olduğu halda, orqanda təxminən iki yarım oktava diapazonuna malik tam pedal klaviaturası var və burada hər not ayaqlarla ifa olunur. İfa zamanı beyin eyni vaxtda əllərin və ayaqların hərəkətlərini idarə etməli, onları əlaqələndirməli və diqqəti eyni anda bir neçə proses arasında bölüşdürməlidir. Üstəlik, əllər birdən çox klaviaturada işləyir. Alətin ölçüsündən asılı olaraq, bir orqanın bir neçə əl mexanizmi, yəni bir neçə klaviaturası ola bilər.

Hər klaviatura üçün səsin tembrinə cavabdeh olan öz registrləri nəzərdə tutulub. Adətən, tək bir klavişə basdıqda tək bir boru səslənir. Bununla belə, eyni anda bir neçə borunu aktivləşdirən miksturlar və oberton registrləri də mövcuddur. Məhz buna görə də bir orqanda boruların ümumi sayı minlərlə ola bilər.

Bu alətin nə dərəcədə mürəkkəb olduğunu anlamağa başlayanda, istər-istəməz özünə sual verirsən: “Hansı parlaq zəka bu inanılmaz dərəcədə mürəkkəb sistemi tək bir musiqi alətində layihələndirə və birləşdirə bilib?”.

Amma sadəcə ifa texnikasına yiyələnmək kifayət deyil. Orqan ifaçısı alətin quruluşunu, registrlərini yaxşı bilməli, hər bir orqanın özünəməxsus xüsusiyyətlərini başa düşməlidir. Onlar ölçülərinə, klaviaturaların sayına, registr dəstlərinə və hətta səslərinin xarakterinə görə fərqlənirlər. Buna görə də, “evdə məşq etdim, gəldim və konsertdə ifa etdim” prinsipi burada sadəcə olaraq işləmir. Hər bir çıxışdan əvvəl ifa edəcəyiniz konkret alətlə tanış olmaq vacibdir. Bu, adətən ən azı üç-dörd saat çəkir. Bu müddət ərzində registrləri öyrənirəm, hər əsər üçün tembr kombinasiyalarını seçirəm, onları proqramlaşdırıram və alətin yaddaşında saxlayıram. Konsert zamanı bu kombinasiyalar musiqi materialından, dinamikasından və ifa xarakterindən asılı olaraq daim dəyişir.

Mən sadəcə ifa etmirəm. Partituranın səhifələrini özüm çevirirəm və lazım gələrsə, registrləri özüm dəyişirəm. Xüsusi düymələrdən istifadə edərək, əsərin hər hissəsində istənilən səsə nail olmaq üçün əvvəlcədən proqramlaşdırılmış tembr kombinasiyalarını çağırıram.

Bir çox orqan ifaçısının konsertlər zamanı partituranın səhifələrini çevirən və registrləri dəyişdirən bir köməkçisi olur. Mən isə bütün bunları özüm etməyə öyrəşmişəm.

- Siz Azərbaycan, Norveç və Böyük Britaniyanın aparıcı musiqi məktəblərində təhsil almısınız. Bu ölkələrdə orqan ifaçısı hazırlığı sistemlərində oxşarlıqlar və fərqlər nədən ibarətdir və siz hər bir ölkədə nəyi öyrənmisiniz?

- Azərbaycanda orqan ifaçılığı ənənəsi əsasən konsert orqan ifaçılarının hazırlanmasına yönəlib. Lakin bu ənənənin özü nisbətən gəncdir. Ölkəmizdə orqan məktəbi yalnız XX əsrdə formalaşmağa başlayıb. Bakıda ilk orqan 1899-cu ildə daha çox Lüteran Kirxası kimi tanınan Xilaskar Kilsəsində qurulub.

Daha sonra Bakı Musiqi Akademiyasında orqan ixtisası açılıb, bu istiqamətin inkişafı isə bir sıra müəllimlərin səyləri sayəsində mümkün olub. Bizim ölkəmiz üçün bu, nisbətən yeni sahədir və onun praktik tətbiqi imkanları hələ ki çox məhduddur.

Orqanda ifa etməyi öyrənmək asan deyil. Bu alətdə məşq etmək üçün ona daimi çıxış olmalıdır, bu, isə yalnız konservatoriyada və ya Kirxada mümkündür. Buna görə də bu ixtisası seçən tələbə tez bir zamanda “Məzun olduqdan sonra harada işləyə biləcəyəm və nə ilə dolanacağam?” sualını verməyə başlayır.

Bu onunla izah olunur ki, Azərbaycan xristian ölkəsi deyil, orqan isə ənənəvi olaraq məhz kilsələrdə səslənir. Əslində, işləyən orqan bizdə yalnız Kirxada var. Yəni, söhbət, mahiyyət etibarilə, bir orqan ifaçısı üçün yalnız bir iş yerindən gedir.

Əlbəttə ki, başqa imkanlar da var. Orqan ifaçıları tədrisi konsert fəaliyyəti ilə birləşdirə, Kirxada və Bakı Musiqi Akademiyasında çıxış edə bilərlər.

Norveç və Böyük Britaniyaya gəldikdə isə onların orqan ənənəsi, şübhəsiz ki, daha qədimdir, çünki o, kilsə ilə sıx bağlıdır. Orqan ifaçılarını əsasən kilsə prixodlarında işləmək üçün hazırlayırlar. Onlar konsertlərlə çıxış etməklə yanaşı, həm də ibadətləri müşayiət edir və kilsənin musiqi həyatında məsuliyyət daşıyırlar.

Məhz buna görə konservatoriyalarda yalnız orqan ifaçıları deyil, həm də universal kilsə musiqiçiləri yetişdirilir. Tədris proqramına xor dirijorluğu, aranjiman, improvizasiya, fortepiano müşayiəti və kilsə prixodu üçün zəruri olan digər fənlər daxildir. Azərbaycanda orqan ifaçılarının hazırlanması sistemi ilə müqayisədə əsas fərq elə bundan ibarətdir.

- Kilsə orqan ifaçısının işi konsert səhnəsində çıxış etməkdən fərqlidir. Sizcə, bu peşənin əsas xüsusiyyəti nədən ibarətdir?

- Kilsə orqan ifaçısı sadəcə orqanda ifa edən musiqiçi deyil. Artıq dediyim kimi, o kilsə prixodunun demək olar ki, bütün musiqi həyatına cavabdehdir. Norveçdə bu vəzifəni kilsə musiqiçisi, Böyük Britaniyada isə musiqi rəhbəri adlandırırlar.

Bundan əlavə, kilsə musiqiçisi pastorla birlikdə qocalar evlərinə baş çəkir və orada sakinlər üçün musiqi ifa edir. O ibadət, xaç suyuna salma mərasimləri, konfirmasiyalar, toylar, dəfn mərasimləri və digər kilsə tədbirləri zamanı ifa edir. Başqa sözlə, onun peşəsi konsert ifaçılığından daha genişdir. Məhz buna görə kilsə orqan ifaçısı peşəsinə Avropada bu qədər hörmət edilir.

Bir orqan ifaçısının qırx və ya əlli il eyni kilsədə xidmət etməsi qeyri-adi hal deyil. Kirxadan insanlar onlara yaxınlaşıb deyirlər: “Siz mənim xaç suyuna salma mərasimimdə, konfirmasiyamda, toyumda ifa etmisiniz. Həqiqətən də bir gün dəfn mərasimimdə ifa etməyinizi çox istəyirəm”. Norveçdə bu cür sözlər tamamilə təbiidir. Mən onları dəfələrlə digər orqan ifaçılarından eşitmişəm və özüm də oxşar vəziyyətlərlə qarşılaşmışam. Onlar dərin təsir bağışlayır və güclü təəssürat yaradır. Belə anlarda insanlar üçün sadəcə musiqiçi deyil, həm də onların həyatlarının ən vacib, yaddaqalan və emosional anlarının bir parçası olduğunu dərk edirsən.

Azərbaycanla və ümumiyyətlə, müsəlman ölkələri ilə müqayisə etsək, dəfn mərasimində ayinin dini hissəsini molla icra edir – Quran oxuyur və lazımi dini ayinləri yerinə yetirir. Xristian ənənəsində bu vəzifələr bölünür. Pastor mənəvi hissəyə, kilsə musiqiçisi, yəni orqan ifaçısı isə musiqi hissəsinə cavab verir.

Kilsələrdə keçirilən konsertlərə də böyük əhəmiyyət verilir. Orqan ifaçısı konsert təşkil edirsə, prixoda mənsub adamlar məmnuniyyətlə onu dəstəkləməyə gəlirlər. Belə günlərdə kilsədə xüsusi bayram ab-havası hökm sürür.

- Siz, həmçinin orqan ifaçılığı və vokalı birləşdirdiyiniz “CantORganistA” layihəsinin müəllifisiniz. Bu ideya necə yarandı və sizin üçün “oxuyan orqan ifaçısı” obrazı nə deməkdir?

- “CantORganistA” hər hansısa bir layihənin adı deyil. Bu mənim şəxsi brendim, yaradıcı adımdır. Klassik kilsə musiqisində “cantor” (lat.) ibadət zamanı prixoda mənsub adamların oxumasına rəhbərlik edən və ya liturgik dini nəğmələri ifa edən bir insandır, “organista” isə qadın orqan ifaçısıdır. Beləliklə, “CantORganistA” həm orqanda ifa edən, həm də oxuyan musiqiçidir.

Bu fikrin necə yarandığından bəhs edəcəyəm.

Əslində, hər şey Norveçə köçməzdən çox əvvəl başladı. Hələ incəsənət gimnaziyasında oxuyarkən iki ixtisas - vokal və fortepiano üzrə təhsil alırdım. Buna görə də sonradan orqanla məşğul olmağa başlayanda həm ifa, həm də vokal ifaçılığını birləşdirmək ideyası təbii olaraq yarandı. Tədricən orqan və vokal ifaçılığının birləşməsi yaradıcılıq üslubumun əsas xüsusiyyətlərindən birinə çevrildi.

Bu şəkildə ifa etdiyim ilk əsər “Sarı gəlin” xalq mahnısı oldu. Daha sonra Azərbaycanın “Sarı gəlin”, Norveçin “Mitt hjerte alltid vanker” və türkün “Üsküdar'a Gider İken” üç xalq melodiyasını birləşdirərək, onu popurriyə daxil etdim. Ortaq tonallıq seçməyi bacardım və onun sayəsində bu üç tamamilə fərqli melodiya təbii olaraq tək bir musiqi əsərində birləşdi.

Tamaşaçıların belə bir ifanı necə maraqla qarşıladığını görəndə anladım ki, bu ideyanı daha da inkişaf etdirmək lazımdır.

Sonra Azərbaycan musiqi ənənəsinin digər ölkələrin xalq musiqisi ilə sintezi əsasında xüsusi olaraq mənim üçün əsərlər yazmaq təklifi ilə bəstəkarlara müraciət etməyə başladım.

İlk belə layihələrdən biri dostum, İran bəstəkarı və santur ifaçısı Murseyid Hüseyni Pənahla birgə yaradılan “Muğam fantaziyası” idi. Mən həmişə deyirəm ki, muğam orqanda heyrətamiz dərəcədə orqanik səslənir. Bu səslənmədə o qədər təbiilik var ki, sanki muğamla orqan bir-biri üçün yaranıb.

Biz Norveçdəki beş kilsədə çıxış edərək “Muğam fantaziyası” proqramı ilə qısamüddətli qastrola çıxdıq. Bu təcrübədən sonra başa düşdüm ki, oxşar bir ideyanı başqa alətlərdən istifadə etmədən özüm həyata keçirə bilərəm. Həmin vaxt bəstəkarlara bu ifaçılıq formatı üçün xüsusi olaraq əsərlər yazmağı sifariş vermək qərarına gəldim.

Bu gün artıq Azərbaycan musiqi mədəniyyətinin Norveç musiqi ənənəsi ilə sintezinə əsaslanan üç oxşar layihəm var. Onlardan ikisi Norveç bəstəkarları Henrik Edegord və Şell Merk Karlsen ilə əməkdaşlıq çərçivəsində yaradılıb.

Mənim xüsusi həyəcanla gözlədiyim növbəti layihə “CantORganistA üçün süita” oldu. Biz onu uzun illərdir Norveçdə yaşayan Azərbaycan bəstəkarı Qalib Həsən oğlu ilə birlikdə həyata keçirdik. O, mənim üçün “Odlar qızı” əsərini yazıb.

Süita üzərində birlikdə işlədik, musiqi materialını, sözlərini və müşayiətini müzakirə etdik. Qalib müəllim birgə işimiz zamanı əsərin yaradılmasında təkcə iştirak etməyimi deyil, həm də öyrənməyimi istədi. O, mənə çox şey öyrətdi. Qara Qarayev, Fikrət Əmirov və Xəyyam Mirzəzadənin tələbəsi ilə işləmək mənim üçün böyük şərəf idi. Belə bir ustadla yeni musiqi yaratmaq fürsətini xoşbəxtlik və şərəf hesab edirəm.

Süitanın dünya premyerası bu il aprelin 29-da Norveçdəki Tensberg Katedralında baş tutdu. Mən bu konserti Qalib Həsən oğlunun 80 illik yubileyinə həsr etdim.

Bu gün artıq “CantORganistA” yaradıcı brendim ilə çıxış etməyə dəvət alıram.

- Qəribədir ki, iki nəfər Azərbaycan musiqiçisi Vətəndən uzaqda – Norveçin kiçik bir şəhərində bir-birini tapdı və birgə layihələr yarandı.

- Tanışlığımızla bağlı həqiqətən də qeyri-adi bir hekayəmiz var. Bu, ilk dəfə görüşməyimizdən çox əvvəl - mənim altı yaşım olanda başlayıb.

Mən Sumqayıtda anadan olmuşam. Anam musiqi istedadımı görüb məni hər gün Bakı İncəsənət Gimnaziyasına dərsə aparırdı. Sonralar Sumqayıtdan Bakıya gündəlik gediş-gəliş çoxaldı, ona görə də paytaxta köçdük və orada kirayə mənzildə yaşadıq. Amma evdə piano yox idi, bu da hər gün məşq edə bilməməyim demək idi. Bu, piano müəllimimi çox narahat edirdi. Onun Norveç humanitar təşkilatlarının birində işləyən Sevda xanım adında bir rəfiqəsi var idi və o, Azərbaycandan olan istedadlı bir qıza piano almağa kömək etməyin mümkün olub-olmadığını öyrənməyi xahiş etdi.

Sevda xanım işlədiyi təşkilatın rəhbərliyinə müraciət etdi. Beləliklə, öz alətimi əldə etdim.

Mən çox vaxt zarafatla deyirəm ki, məhz o zaman “qara günlərim” başladı. Çünki o andan etibarən artıq məşq etməmək üçün heç bir bəhanəm yox idi. Gündə beş-altı saat pianoda ifa etmək həyatımın bir hissəsinə çevrildi və bundan qaçmaq artıq mümkün deyildi. Yeniyetmə yaşlarımda, həm evdə, həm də məktəbdə çətin günlər keçirərkən tez-tez öz-özümə oxuduğum bir mahnı var idi: “Sən dünyaya gəldin ki”. Mahnının müəllifi Qalib Həsən oğlu idi. Məhz bu mahnı çətin anlarda mənə kömək edirdi və təsəlli mənbəyi olurdu.

İllər keçdi. Qriq Musiqi Akademiyasında birillik “International Diploma” proqramında təhsil almaq üçün Norveçə gəldim. Məhz orada müəllimlərdən və azərbaycanlı tələbələrdən kilsə xor kolleksiyasında Azərbaycan bəstəkarının əsərlərinin olduğunu ilk dəfə eşitdim. Bir azərbaycanlı olaraq bu xəbər məni sevindirdi və dərhal müəlliflə tanış olmaq istədim. Xor toplusunda bəstəkarın adı Qalib Həsən oğlu kimi qeyd olunmuşdu. Onun əsərlərini internetdə axtarmağa başlayanda birdən tanış bir melodiya eşitdim - illər əvvəl oxuduğum eyni mahnı. Yalnız indi Norveç dilində səslənirdi və “La den brenne” adlanırdı. Bu musiqi məni yenidən dərindən təsirləndirdi. Onda anladım ki, bu gözəl mahnını yazan insanla tanış olmaq imkanım yaranıb.

Kurs yoldaşlarımdan telefon nömrəsini götürüb zəng etdim. Zəngə həyat yoldaşı cavab verdi. Adı Sevda xanım idi. Söhbət zamanı birdən məlum oldu ki, bu, illər əvvəl ailəmizə piano almağa kömək edən həmin Sevda xanımdır. Bu, mənim üçün tamamilə inanılmaz idi. Onun xeyirxahlığı sayəsində bir dəfə alət əldə etdim, piano ifaçısı, sonra orqan ifaçısı oldum və illər sonra Norveçə - onların artıq çoxdan yaşadıqları ölkəyə gəldim. Hiss etdim ki, tale məni xüsusi olaraq bura gətirib ki, nəhayət, bu insanlara yaxından “sağ ol” deyim. O zaman başa düşdüm ki, bütün bunlar sadəcə təsadüflər sırası deyil. Bu insanlardan biri mənə vaxtilə xeyirxahlığı, digəri isə musiqi ilə kömək edib. Mənə elə gəlir ki, Norveçdəki görüşümüz taleyin əsl hədiyyəsi və hətta Tanrının qisməti idi.

- 2024-cü ilin dekabr ayında M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında çıxış etdiniz. Yaxın gələcəkdə yenidən Azərbaycan tamaşaçıları qarşısında çıxış etməyi planlaşdırırsınızmı?

- Bəli, Norveçə köçdükdən 11 il sonra, nəhayət ki, yenidən Azərbaycanda konsert proqramı ilə çıxış etmək şansım oldu. Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında Əməkdar artist Fəxrəddin Kərimovun rəhbərliyi ilə Qara Qarayev adına Dövlət Kamera Orkestrinin iştirakı ilə solo konsertim keçirildi.

Dəvətimlə Bakıya gələn Norveç bəstəkarı və orqan ifaçısı Yon Laukvikin Orqan və kamera orkestri üçün konserti ilk dəfə Azərbaycanda ifa edildi.

Bundan əlavə, konsert görkəmli bəstəkarımız Sevda İbrahimovanın xatirəsinə ehtiram ifadəsi oldu. Proqramda onun 25 ildir ifa olunmayan Orqan və kamera orkestri üçün konserti də səsləndi. Bu əsəri yenidən səhnəyə qaytara bildim və bu, mənim üçün çox böyük əhəmiyyət kəsb etdi. Axı, bir Azərbaycan bəstəkarının - bir qadının - orqan və kamera orkestri üçün konsert yaratması musiqi mədəniyyətimizin tarixində əlamətdar hadisədir. Mənim üçün bu konsert Norveç və Azərbaycan orqan musiqisinin əsl təntənəsi idi.

Bu əsəri xaricdə ifa etmək, beynəlxalq auditoriyanı Azərbaycan bəstəkarlarının musiqisi ilə tanış etmək və bununla da musiqi irsimizi populyarlaşdırmaq istərdim. Mən missiyamı məhz bunda görürəm - orqan musiqisi vasitəsilə Azərbaycan və Avropa musiqi mədəniyyətləri arasında körpü qurmaq.

Azərbaycanda çoxlu istedadlı musiqiçilər var - orqan ifaçıları da daxil olmaqla, müxtəlif alətlərdə ifa edənlər. Onlarla səhnəni bölüşmək və birgə layihələr yaratmaq fürsətini səbirsizliklə gözləyirəm.

Amma ən ülvi arzularımdan biri Qarabağda orqanda ifa etməkdir. Orada “Bayatı-Şiraz”ı ifa etmək, onu təkcə orqanda ifa etmək deyil, həm də oxumaq çox istərdim.

Səmimi-qəlbdən inanıram ki, bir gün Şuşadakı Qarabağ Universitetinin konsert zalında orqan quraşdırılacaq. Ümid edirəm ki, orada gözəl orqan konsertləri keçiriləcək və Qarabağın musiqi mədəniyyəti tarixində bu yeni fəsli açan musiqiçilərdən biri olmaq şansım olacaq.

Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Nigar Qəhrəmanova: Qarabağda orqanda “Bayatı-Şiraz”ı ifa etməyi çox istərdim - MÜSAHİBƏ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərkosmos” Maskatda Azərbaycanın beynəlxalq kosmik əməkdaşlığa yanaşmasını təqdim edib

Rəşad Xalıqov: Rəqəmsal transformasiya Azərbaycanda milli strateji prioritet kimi müəyyənləşdirilib

Siyasi şərhçi: Azərbaycanın müstəqil xarici siyasəti beynəlxalq çəkisini və manevr imkanlarını artırır

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Azərbaycan və Birləşmiş Krallıq arasında Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclası baş tutub YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin bəyanatları: Güc, diplomatiya və ideologiya çərçivəsi – TƏHLİL

Tədqiqat: “Samsung”, “Google” və “ChatGPT: Azərbaycanda istifadəçilər onların hansına üstünlük verirlər?

Əlavə müsabiqənin nəticələri: 1870 tələbə bakalavriat səviyyəsində ödənişsiz təhsil almaq hüququ əldə edib

Azərbaycan və Böyük Britaniya arasında əməkdaşlığa dair 4 sənəd imzalanıb

Fransada lisey şagirdlərinin aksiyalarına tələbə və müəllimlər də qatılıb

Prezident İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib YENİLƏNİB

Şəhid mayor Elsəvər Paşayevin arzusu qızlarının həyat məqsədinə çevrilib

® “Azercell”in baş icraçı direktoru Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi Dima Əl-Yəhya ilə görüşüb

Almaniyada ilk dəfə AfD siyasətçisi əyalət parlamentinin sədri seçilib

Latviya Prezidenti yeni hökumətin qurulmasını tapşırıb

Deputat: 2027-ci ilin dövlət büdcəsinin xərclərinin 44 faizinin sosial istiqamətə yönəldilməsi nəzərdə tutulur - ŞƏRH

Polşa mətbuatında polyak memarlarının Bakıdakı irsinə dair məqalə dərc edilib

“Birbank” “Adı ilə böyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Özbəkistan Prezidentinə FAO-nun yüksək mükafatı təqdim olunub

Azərbaycan və Böyük Britaniya əməkdaşlığın müxtəlif istiqamətləri üzrə yeni işçi qrupları yaradacaq

ADA Universitetində Ali Təhsildə Keyfiyyətin Təminatı üzrə III İllik Simpozium təşkil edilib

YAP-ın VIII Qurultayı suverenliyin tam bərpasından sonra ilk qurultaydır – ŞƏRH

Sumqayıtın Şəfəq qəsəbəsində tikilidə yanğın baş verib

Prezident İlham Əliyev: İqlim dəyişmələri ilə mübarizə səylərində kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik

Komitə sədri: Ölkəmizdə korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələyə keçib

TDT-nin kosmik agentlikləri arasında Kosmik Sənaye üzrə Əməkdaşlıq Sazişi imzalanıb

Azərbaycan Prezidenti: COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik

KOSMİK Akademiya Beynəlxalq Kosmik Təhsil Şurasının görüşündə iştirak edib

2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına

Azərbaycanın əmək və sosial müdafiə sahəsində rəqəmsal təcrübəsi İƏT ölkələri ilə paylaşılıb

Anas Sarvar: Britaniya şirkətləri 30 ildən artıqdır ki, Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Ficidə Pre-COP31-in Liderlər Tədbiri keçirilib YENİLƏNİB VİDEO

Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşların müraciətlərini dinləyəcək

Qırğızıstanda “kəsilmiş hər bir ağaca görə beş ağac” qaydasının tətbiqi təklif edilir

Festival iştirakçıları: Şəkidə sənətə və tarixi ənənələrə böyük dəyər verilir

Bakı Limanı: Super infrastrukturun inkişafı ilə bağlı çağırışlar logistika şirkətlərinə də aiddir

Ramil Məmmədli: Azərbaycan Ordusunun gücü ilə əldə edilən Zəfər dövlətin quruculuq siyasəti ilə möhkəmləndirilir

Korrupsiya ilə əlaqədar məlumat verən şəxslərə maddi mükafat veriləcək

Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycan məktəbliləri 3 medal qazanıblar

“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər

Britaniyalı nazir: Azərbaycan məlumat infrastrukturu üzrə iddialı planlar həyata keçirir

Ceyhun Bayramov ABŞ rəsmisini regional məsələlər barədə məlumatlandırıb

Professor İlham Məmmədzadə: Azərbaycanın yeni inkişaf modelində suverenlik mərkəzi strateji dəyərdir

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malıbəyli gölü və şəlaləsi: Xocalının gizli cənnəti VİDEO

Malayziya radiolarında Üzeyir Hacıbəylinin əsərləri səsləndirilib

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Britaniya Azərbaycandakı layihələrin maliyyələşdirilməsinə 5 milyard funt sterlinqdən çox vəsait ayıra bilər VİDEO

Səbinə Əliyeva: BMT ilə insan hüquqları sahəsində əməkdaşlığın inkişafı vacibdir

ADY: Orta Dəhlizin inkişafında koordinasiya və əməkdaşlıq əsasdır

Nazir: bp ilə əməkdaşlığımız yeni layihələrlə inkişaf edir

Fizika üzrə Nobel mükafatı laureatının adı açıqlanıb

Nazir müavini: Azərbaycanın hava məkanından tranzit uçuşların sayı çoxalıb

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan-Britaniya əməkdaşlığı üzrə 2026-2027-ci illər üçün Fəaliyyət Planında 60-dan çox tədbir nəzərdə tutulub VİDEO

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Pərviz Şahbazov: Böyük Britaniyanın Azərbaycana olan investisiyalarının həcmi 39 milyard dolları ötür VİDEO

Rəşad Həsənov: Orta Dəhlizin imkanları genişləndirilir

Qazaxıstanda Hərbi Dəniz Qüvvələrinin keçmiş baş komandanı həbs edilib

® Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin məzunu Beynəlxalq Telekommunikasiya İttifaqının “Gənc Elçisi” seçilib

Nazir: Azərbaycan ilə Böyük Britaniyanın tranzit yükdaşımalarının həcmi 14 faiz artıb

Nazir müavini: Azərbaycanın nəqliyyat və rəqəmsal imkanları vahid bağlantılılıq konsepsiyasında birləşir

Tbilisidə nazirlər səviyyəsində dialoq: iqlim investisiyaları və regional əməkdaşlıq

Strateji neft ehtiyatlarının azalması qiymətlərin 100 dollardan yuxarı qalacağını deməyə əsas verir

“E-Bələdiyyə” tətbiqi istifadəyə verilib

Beynəlxalq Astronavtika Konqresində “Sülh üçün Kosmos-Antalya Deklarasiyası” qəbul edilib

Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb

19 yaşlı müəllim Fidan Əliyeva: İnsan özünü işində göstərdikcə yaş məsələsi tədricən arxa plana keçir

Müəyyən dövlət müəssisələrinin birbaşa özəl kapitala açılması hədəflənir

Rusiyanın Qara dənizdə mülki gəmiyə hücumu nəticəsində ölən və yaralananlar var

Azərbaycan İstanbul İqtisadi Forumunda təmsil olunacaq

“Bakıya uçuş. İncəsənət həftəsonu”: İnsan, təbiət və yaddaşın interaktiv dialoqu

BMT: Təxminən 3,4 milyard insan mənzil böhranı ilə üzləşir

“YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin çıxışındakı əsas mesajlar” - DİA-da dəyirmi masa

Rafik Danakari: Ağoğlan monastırı Azərbaycan xalqının irsidir

Doqquz ayda dəmir yolları ilə 8,5 milyonadək sərnişin daşınıb

Azərbaycan Standartlaşdırma İnstitutu və Türkiyə Standartlar İnstitutu 2026-2027-ci illər üçün Fəaliyyət Planı imzalayıb

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin inkişafı üçün mühüm siyasi baza formalaşıb VİDEO

QHT sədri: 2027-ci il sosial siyasətdə yeni mərhələnin başlanğıcı olacaq

Qazaxıstan Oman limanları vasitəsilə ticarət dəhlizini inkişaf etdirmək niyyətindədir

Professor: Sülh sazişləri təkcə beynəlxalq hüquqa deyil, həm də dövlətlərin konstitusion sistemlərinə əsaslanır

Elza Səmədova: Builki Astronavtika Konqresində 87 tələbəmizin məqaləsi “Scopus Index” bazasına daxil edilib

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Qadcetlər uşaqlar üçün öyrənmə və araşdırma vasitəsinə çevrilə bilərmi? - müəllim izah edir VİDEO

Səudiyyəli yazıçı: Ədəbiyyat yalnız kitab deyil, cəmiyyətləri birləşdirən yumşaq gücdür –MÜSAHİBƏ

UEFA nümayəndələri Bakı Olimpiya Stadionuna təkrar baxış keçirəcəklər

Fransa yüksək faizlərin təzyiqi altındadır

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Almaniya səfiri: Azərbaycanın regionda nəqliyyat əlaqələndirilməsində mühüm rolu var VİDEO

Kral Çarlz Endryunun polisə qarşı hüquqi mübarizəsini maliyyələşdirməyəcək

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Dirk Lölken: Almaniya-Azərbaycan münasibətlərinin inkişafı üçün mühüm siyasi çərçivə yaradılıb VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Nərgiz Viek: Orta Dəhliz yalnız tranzit marşrutu deyil, investisiya platforması olmalıdır VİDEO

Alban-Udi icmasının üzvləri Laçındakı Ağoğlan monastırını ziyarət ediblər

Enerji potensialından yeni iqtisadi imkanlara doğru - ŞƏRH

Fransada gənclərin 76 faizi ölkənin gələcəyindən narahatdırlar

Milli Məclisin sədri PAİ-nin 153-cü Assambleyasının açılış mərasimində iştirak edib

Gerlind Heckmann: Azərbaycan ilə Almaniya arasında iqtisadi sahədə dinamika var

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

Nərgiz Viek: Azərbaycan-Almaniya iqtisadi əməkdaşlığının genişləndirilməsi üçün böyük potensial var VİDEO

AQTA: Fransanın aidiyyəti qurumları ilə heyvanların identifikasiyası sahəsində təcrübə mübadiləsi aparılıb

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və turizm potensialı CİS texnologiyaları ilə araşdırılacaq

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Qubada 59 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb VİDEO

Avropa Yenidənqurma və İnkişaf Bankı: Azərbaycanda tənzimləmə mühiti çox sabitdir

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

Oktyabrın 7-də bəzi yerlərdə leysan yağacaq VİDEO

“Bavariya”nın futbolçusu Fransa millisində tarixi göstəriciyə imza atıb

“OpenAI” Avstraliya hökumət saytlarına müdaxilə ilə bağlı reaksiyasını yetərsiz adlandırıb

AİB 2030-cu ilədək özəl sektor kreditləşməsini illik 13 milyard dollara çatdırmağı hədəfləyir