Fərid Zeynalov: İnformasiya təhlükəsizliyi ictimai sabitliyin və inkişafın ayrılmaz hissəsidir VİDEO
Şuşa, 13 iyul, AZƏRTAC
İndiki dövrdə artıq informasiya təhlükəsizliyi yalnız texniki məsələ deyil, bu eyni zamanda, dövlətlərin milli təhlükəsizlik komponenti, ictimai sabitliyin və inkişafın ayrılmaz hissəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bunu Milli Kibertəhlükəsizlik Agentliyinin İdarə Heyətinin sədri Fərid Zeynalov iyulun 13-də IV Şuşa Qlobal Media Forumu çərçivəsində “Rəqəmsal platformalarda təhlükəsiz informasiya mühiti: Müasir çağırışlar və vacib həllər” mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.
O bildirib ki, uşaqlar, yeniyetmələr sosial şəbəkələrdə təhlükələrlə üzləşə bilər. Nəzarətsiz istifadə hallarında rəqəmsal platformalardan asılılıq yarada bilər. Problemin həlli tək dövlətin yox, ailə, təhsil müəssisələri, cəmiyyətin məsuliyyətidir.
"Bu gün dünyada olduğu kimi, Azərbaycanda da uşaqların sosial şəbəkələrdə təhlükələrdən qorunması üçün tədbirlər görülür", - deyə Fərid Zeynalov diqqətə çatdırıb.