Juan Manuel Fonrouge: Latın Amerikası Xəbər Agentliyi AZƏRTAC ilə əməkdaşlığı genişləndirməkdə maraqlıdır VİDEO
Şuşa, 14 iyul, AZƏRTAC
İyulun 14-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində Latın Amerikası Xəbər Agentliyinin (LANA) təsisçisi və direktoru Juan Manuel Fonrouge ilə görüşüb.
Görüşdə media sahəsində beynəlxalq əməkdaşlığın genişləndirilməsi, xəbər mübadiləsi və gələcək birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Vüqar Əliyev AZƏRTAC-ın dünyanın müxtəlif regionlarının aparıcı xəbər agentlikləri ilə əməkdaşlıq əlaqələrini davamlı olaraq genişləndirdiyini bildirib. O, informasiya qurumları arasında beynəlxalq əlaqələrin gücləndirilməsinin, peşəkar təcrübə mübadiləsinin və etibarlı informasiya məkanının formalaşdırılmasının agentliyin əsas prioritetlərindən biri olduğunu vurğulayıb.
Juan Manuel Fonrouge isə rəhbərlik etdiyi LANA agentliyinin AZƏRTAC ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib. O, iki agentlik arasında xəbər mübadiləsi, qarşılıqlı informasiya dəstəyi və birgə media layihələrinin həyata keçirilməsinin tərəflər üçün faydalı olacağını qeyd edib.
Görüşdə tərəflər əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.