Mingəçevir Reqatasında 3 qızıl medal qazanan avarçəkən: Yarışa ciddi hazırlaşmışdım VİDEO
Mingəçevir, 1 oktyabr, AZƏRTAC
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirində üç dəfə yarışdım. 200, 500 və 1000 metr məsafələrə 1 nəfərlik kayak qayığı yarışlarında iştirak etdim və hər üçündə birinci yeri tutdum. Çəkdiyim əziyyətin nəticəsini gördüm. Aylarla məşq etmişdim, bu yarışa ciddi hazırlaşmışdım.
Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinin üçqat qızıl medalçısı Əlimurad Hacızadə deyib.
İdmançı gələcək yarışlarda da ən yaxşı nəticəyə imza atmağı hədəflədiyini bildirib:
“Gələcək illərdə Avropa və dünya çempionatlarına qatılaraq, orada da ölkəmizi layiqincə təmsil etməyə çalışacağam”.
Xatırladaq ki, Azərbaycan avarçəkənləri "Mingəçevir Reqatası-2026" beynəlxalq turnirini 22 medalla başa vurublar.
Müxbirlər - Vüsalə Cənnətova, Vurğun Mədətov