Nazir: Dövlət maliyyəsinin idarə edilməsində süni intellekt həlləri genişləndiriləcək VİDEO
Bakı, 22 oktyabr, AZƏRTAC
AZƏRTAC xəbər verir ki, bu sözləri maliyyə naziri Sahil Babayev “Rəqəmsal maliyyə ekosistemi: İdarəetmədə yeni mərhələ” adlı konfransda deyib.
Nazir qeyd edib ki, bu istiqamətdə maliyyə risklərinin proqnozlaşdırılması, kənarlaşmaların avtomatik aşkarlanması, büdcə və xərc dinamikasının modelləşdirilməsi, idarəetmə qərarlarının analitik əsaslarının gücləndirilməsi nəzərdə tutulur.
“Maliyyə Nazirliyi yanında İctimai şuranın fəaliyyəti, “Elektron Büdcə Bələdçisi”, “Vətəndaşın Büdcə Bələdçisi”, “Xəzinə Bələdçisi” və digər təşəbbüslər dövlət maliyyəsi barədə məlumatların ictimaiyyətə əlçatanlığının artırılması baxımından əhəmiyyətli addımlardır. Həyata keçirilən tədbirlər dövlət maliyyəsinin idarə edilməsində vahid rəqəmsal ekosistemin formalaşdırılmasına, maliyyə intizamının möhkəmləndirilməsinə, şəffaflığın və hesabatlılığın gücləndirilməsinə xidmət edir”, - deyə o bildirib.
Videooperator - Ələkbər Baxşiyev