5 MART AZƏRBAYCANDA BƏDƏN TƏRBİYƏSI VƏ İDMAN GÜNÜDÜR
Bakı, 2 mart (AZƏRTAC). Martın 5-də Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunacaqdır.
Günün daha yadda qalan və maraqlı keçməsi üçün Gənclər və İdman Nazirliyi (GİN) tədbirlər planı hazırlamışdır.
Nazirlikdən bildirmişlər ki, martın 4-də bədən tərbiyəsi və idmanın aktual problemlərinə həsr olunmuş konfrans keçiriləcəkdir. Ertəsi gün isə səhər saatlarında nazirliyin əməkdaşları Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcəklər.
Daha sonra gənc rəssam Tahirə Allahverdiyevanın idman mövzusunda fərdi sərgisi açılacaq, gənclər və idman naziri Azad Rəhimov idman ictimaiyyətinin nümayəndələri ilə görüşəcəkdir. Günün sonunda isə bayram konserti təşkil olunacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]