İDMAN
70 YAŞLI AMERİKALI LA-MANŞI ÜZƏRƏK KEÇMİŞDİR
La-Manş Üzgüçülük Federasiyasının əməkdaşı Mik Oram bu hadisə ilə bağlı jurnalistlərə verdiyi müsahibəsində təəccübünü gizlətməyərək demişdir: “Hazırda bir kiminsə La-Manşı üzüb keçməsi adi bir haldır. Amma 70 yaşlı bir adamın bu məsafəni qət etməsi inanılmazdır”.
Maraqlıdır ki, Amerika Hava Yolları şirkətinin keçmiş təyyarəçisi bu günə qədər heç vaxt 16 kilometrdən artıq məsafəni üzməmişdir. O, La-Manşı üzüb keçməklə 67 yaşlı avstraliyalı Bertram Kliforun rekordunu arxada qoymuşdur.