Ermənilərin girov götürdükləri azərbaycanlılarla bağlı Berlində aksiya keçirilib VİDEO
Berlin, 3 dekabr, AZƏRTAC
Azərbaycan Tələbə Şəbəkəsi işğal olunmuş Kəlbəcər rayonunda ermənilər tərəfindən girov götürülmüş soydaşlarımız Şahbaz Quliyevin, Dilqəm Əsgərovun və Həsən Həsənovun acı taleyi ilə bağlı Berlində aksiya keçirib.
Aksiyanın keçirilməsində məqsəd Almaniya ictimaiyyətini bu məsələ ilə bağlı məlumatlandırmaq olub. Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, vətəndaşlarımızın doğma yurd-yuvalarından qovulması, Cenevrə Konvensiyalarının müddəaları pozulmaqla soydaşlarımızın öz torpaqlarımızda əsir götürülməsini əks etdirən yazılı məlumat kitabçaları aksiya zamanı şəhər sakinlərinə və turistlərə paylanıb. İnsanların diqqətini ən çox cəlb edən isə gənclərimizin geyindikləri köynəklərdə girovların şəkillərinin və dörd dildə yazılmış “Əsirlərimizi azad et” şüarının əks olunması idi.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:36]
Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO
- 29.09.2026 [14:16]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [12:00]
Vətən müharibəsinin xronikası: 29 sentyabr
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 29.09.2026 [02:24]
Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar VİDEO
- 29.09.2026 [01:12]
Romada “Harmoniya” sənədli filminin təqdimatı olub
- 29.09.2026 [01:05]