ORDU
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 45 dəfə pozub VİDEO
Bakı, 9 aprel, AZƏRTAC
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri
cəbhənin müxtəlif istiqamətlərində minaatan və iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 45 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Dovex, Berd rayonunun Mosesqex kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli, Tovuz rayonunun Ağdam kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Çaylı, Qızıloba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Cəvahirli, Novruzlu, Qaraqaşlı, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.