Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 70 dəfə pozub VİDEO
Bakı, 9 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 70 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Barekamavan, Voskepar kəndlərində yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Qaymaqlı, Aşağı Əskipara kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Tərtər rayonunun Çiləbürt, Göyarx, Qızıloba, Ağdam rayonunun Şıxlar, Şuraabad, Sarıcalı, Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.