ORDU
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 95 dəfə pozublar VİDEO
Bakı, 18 iyul, AZƏRTAC
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 95 dəfə pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Ermənistanın Noyemberyan rayonunun Dovex, Berd rayonunun Ayqepar kəndlərində və Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Qazax rayonunun Kəmərli, Tovuz rayonunun Əlibəyli kəndlərində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Nəmirli, Şuraabad, Şıxlar, Şirvanlı, Cəvahirli, Sarıcalı, Qaraqaşlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqelərinə atəş açılıb.
Düşmən cavab atəşi ilə susdurulub.